Polşa hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
05.12.2009 [09:19]
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən biri də Polşa Respublikasıdır. ötən müddət ərzində ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdadır. Digər tərəfdən isə, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət başçıları qarşılıqlı surətdə Bakıda və Varşavada rəsmi səfərlərdə olub, ticarət dövriyyəsinin həcmi xeyli artıb. “Bizim qonaq” rublikamızın növbəti iştirakçısı Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskidir.
- Cənab səfir, öncə icazə verin, kollektivimiz, eləcə də, qəzetimizin oxucuları adından Sizi Polşa Respublikasının dövlət müstəqilliyinin 91-ci ildönümü münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa dövlətlərindən biri də Polşa olmuşdur. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- öncə, icazə verin, mən də öz növbəmdə 11 noyabr-Polşa Respublikasının dövlət müstəqillik günü münasibəti ilə təbrikləriniz üçün qəzetinizin kollektivinə, çoxminli oxucu ordusuna və ümumiyyətlə, bütün Azərbaycan xalqına öz dərin ehtiramımı bildirim. 1918-ci ilin 11 noyabr tarixində xalqımız üçün XX əsrdə ən önəmli siyasi hadisələrdən biri baş verdi. Polşa 1795-ci ildə itirdiyi dövlət müstəqilliyinə yenidən qovuşdu. Məhz bu tarix, Polşanın tarixində dönüş nöqtəsinə çevrildi, ölkənin iqtisadi inkişafının əsasını qoydu, onu dünya birliyinin həqiqi üzvünə çevirdi. İndi Polşa Avropanın, eləcə də, dünyanın nüfuzlu dövlətlərindən biridir, Avropa İttifaqının və NATO-nun üzvüdür. Polşa, eyni zamanda, bərabərhüquqlu münasibətlər əsasında dost və tərəfdaş ölkələrlə əməkdaşlığın inkişafına da böyük önəm verir. Müstəqilliyə qovuşduqdan bəri, uzun müddət əməkdaşlıq etdiyimiz belə ölkələrdən biri də məhz dost Azərbaycan Respublikasıdır.
Polşa Azərbaycanın dövlət müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. ölkələrimiz arasında diplomatik münasibətlərin əsası isə 1992-ci ilin 21 fevralında qoyulub. 2001-ci ildən etibarən Bakıda Polşa Respublikasının səfirliyi fəaliyyət göstərir. öz növbəsində Azərbaycan Respublikası da 2004-cü ildə Varşava şəhərində diplomatik nümayəndəliyini açıb. Mən Polşa Respublikasının Azərbaycanda sayca ikinci səfiriyəm. İki ölkə arasındakı diplomatik münasibətlərdən danışarkən, bir faktı xüsusi olaraq qeyd etmək istəyirəm. Bakıda çalışdığım 4 il ərzində Polşa Respublikasının prezidenti cənab Lex Kaçinski beş dəfə Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Bu, hər şeydən əvvəl ölkələrimiz arasında münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, prezidentlərimiz arasında çox səmimi və mehriban dostluq münasibətləri mövcuddur. Sözsüz ki, bu faktor ölkələrimiz arasında münasibətlərin inkişafına da öz müsbət təsirini göstərir. Bundan əlavə, iki ölkənin parlamentləri arasında münasibətlər yüksək səviyyədə qurulub. ötən müddət ərzində Polşa Senatının sədri cənab Boqdan Boruseviç iki dəfə Bakıda səfərdə olub. öz növbəsində Milli Məclisin sədri Oqtay Əsədov Varşavada rəsmi səfərdə olub. 2006-cı ildən etibarən parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. İki ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət qurumları arasında əməkdaşlıq inkişaf edir. Polşa-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası artıq 3 dəfə öz iclaslarını keçirib. Sonuncu dəfə, bu ilin mayında, hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Varşavada səfərdə olub. Polşa tərəfdən baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkə arasında enerjidaşıyıcıları sahəsində əməkdaslıq məsələləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları müzakirə olunub. Məlum olduğu kimi, 2005-ci ilin martında Prezident İlham Əliyev Varşavada rəsmi səfərdə olarkən Azərbaycanla Polşa arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Həmin sazişdən irəli gələrək əməkdaşlığımız davam etdirilir. Digər tərəfdən, Azərbaycan və Polşa Avro-Atlantik Tərəfdaşlıq Şurası, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı və Azərbaycanın təqdim etdiyi “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivəsində sıx əməkdaşlıq edirlər.
Bütün sadaladığım səfərlər, bu zaman müzakirə olunan məsələlər, iqtisadi, enerji, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan verib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bir çox məsələlərdə ölkələrimizin mövqeyi üst-üstə düşür: hər iki tərəf dünyada və regionda təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışırlar. ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, GUAM və Avropa Şurası Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, eyni zamanda, parlamentlər və xarici siyasət idarələri arasındakı əməkdaşlığı genişləndirirlər. Əminəm ki, Polşa hər zaman Azərbaycan üçün mühüm tərəfdaş və etibarlı müttəfiq bir ölkə olacaqdır.
- Sadalananlardan da göründüyü kimi, ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyədə inkişaf edib. Bəs, bunu iqtisadi əlaqələrimiz haqda söyləmək mümkündürmü?
- ölkələrimiz arasındakı mövcud hüquqi baza Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün kifayət qədər zəmin yaradıb. Amma iki ölkə arasındakı uzaq məsafə, birbaşa aviareyslərin olmaması iş adamları arasında əməkdaşlığa, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafına öz mənfi təsirini göstərir.
Bir neçə il əvvəl milli aviaşirkətlər- “LOT” və “Azərbaycan Hava Yolları” Dövlət Konserni arasında Varşava-Bakı birbaşa aviareysinin açılması məsələsi müzakirə olunmuşdu. Lakin yeni aviareysin rentabelli olmamasından ehtiyatlanan tərəflər hələ də bu təşəbbüsü reallaşdırmağa risk etmirlər. Nəticədə iki ölkənin iş adamları arasında əməkdaşlıq istədiyimiz kimi sürətlə inkişaf etmir.
2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ümumilikdə 100 milyon ABŞ dolları təşkil edib ki, bu da ölkələrimizin malik olduğu potensial imkanları əks etdirmir. Digər tərəfdən isə, dünyada baş verən iqtisadi böhran bir sıra ölkələrə təsir etdiyi kimi, iki ölkə arasındakı iqtisadi əlaqələrə də təsirsiz ötüşməyib.
Doğrudur, hazırda Azərbaycanda Polşada istehsal olunan mebellər, müxtəlif şirniyyatlar, geyim və digər məhsullar satılmaqdadır. Amma bunların çeşidi çox da geniş deyil. Odur ki, hazırda biz səfirlik olaraq, əsas diqqətimizi ölkələrimizin ixrac potensialının artırılması istiqamətində yeni yolların axtarılıb tapılmasına yönəltmişik. Bu zaman qarşılıqlı surətdə ixrac olunan malların çeşidlərinin artırılması çox vacibdir. Hesab edirəm ki, regionlarımız arasında iqtisadi əlaqələri genişləndirməklə, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini arzu olunan səviyyəyə yüksəltmək mümkündür.
Digər tərəfdən, iqtisadi əlaqələrin inkişafında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının, qarşılıqlı biznes-forumların, Polşa və Azərbaycanın iqtisadi potensialını əks etdirən təqdimatların, sərgilərin və digər tədbirlərin həyata keçirilməsi çox vacibdir. Belə ki, həmin tədbirlər əməkdaşlığa dair yeni imkanların tapılmasına, əməkdaşlığın miqyasının genişləndirilməsinə, qarşılıqlı faydalı layihələrin hazırlanmasına yardım edir. İqtisadi forumların keçirilməsi isə, yeni müqavilələrin imzalanması ilə yanaşı, iş adamlarına iki ölkənin potensial imkanları haqda məlumatların çatdırılmasına böyük dəstək olur.
Bütün bunlarla yanaşı, biz iqtisadi əməkdaşlığımızın perspektivinə çox nikbin baxırıq. Hesab edirik ki, çox yaxın illərdə Azərbaycan və Polşanın iştirakı ilə Xəzər dənizi hövzəsindən hasil olunan neftin Avropa bazarlarına nəqli imkanları bizim iqtisadi sahədə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar açacaqdır.
- Yeri gəlmişkən, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivini necə görürsünüz?
- Azərbaycanla enerji sahəsindəki əməkdaşlıq Polşa üçün prioritet sahələrdən biridir. Məlum olduğu kimi, 2007-ci ilin mayında Polşa prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə Krakov şəhərində alternativ marşrutla Xəzər dənizi hövzəsindən hasil olunan neftin Avropa bazarlarına nəqli imkanlarına həsr olunan enerji sammiti keçirildi. Bu sammitdə bir neçə ölkənin dövlət başçıları, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev cənabları da iştirak edirdi. Krakov sammitinin davamı olaraq həmin ilin oktyabrında prezidentlər daha geniş formatda Litvanın paytaxtı Vilnüs şəhərində toplaşaraq, öz siyasi iradələrini təsdiqləmiş oldular. Yeni Avropa-Asiya neft nəqli dəhlizinin yaradılması məqsədilə Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva prezidentlərinin imzaladığı saziş Xəzər hövzəsindən hasil olunacaq neftin gələcəkdə mövcud Bakı-Supsa neft boru kəməri vasitəsi ilə Gürcüstanın Qara dəniz sahilindəki limanına, oradan isə Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəməri vasitəsi ilə dünya bazarlarına nəqlini nəzərdə tutur.
Layihənin reallaşması üçün 5 dövlətin milli neft şirkətinin iştirakı ilə “Yeni Sarmatya” birgə müəssisəsi yaradıldı. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması prosesi başa çatmaq üzrədir. Eyni zamanda, bu ölkələrin milli neft şirkətlərinin rəhbərlərindən ibarət işçi qrupu fəaliyyət göstərir. Noyabrın sonunda işçi qrupunun növbəti görüşü Polşada keçiriləcək və tərəflər layihənin reallaşdırılması istiqamətində son hesablamalarını təqdim edəcəklər. Yeri gəlmişkən, qeyd edim ki, növbəti enerji sammitləri ötən ilin mayında Kiyevdə, noyabr ayında isə Azərbaycanın paytaxtı Bakı şəhərlərində keçirildi. Bu sammitlərdə müvafiq qaydada, Bakı-Tbilisi-Odessa-Brodı-Plotsk-Qdansk neft boru kəməri layihəsinin reallaşması istiqamətində növbəti müsbət addımlar atıldı. Düşünürəm ki, layihənin reallaşması Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Bundan əlavə, Polşanın milli neft şirkətləri olan “LOTOS” və “ORLEN”, eləcə də, “PGNİG” qaz korporasiyası Azərbaycanla əməkdaşlığa maraq göstərir. Hər üç şirkətin təmsilçiləri dəfələrlə ayrı-ayrılıqda Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hesab edirəm ki, çox yaxın vaxtlarda biz aparılan danışıqların müsbət nəticələrinin şahidi olacağıq.
- Cənab səfir, ölkələrimiz arasında dostluq əlaqələrindən danışdınız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Varşavanın tutduğu mövqe oxucularımız üçün də maraqlı olardı...
- Polşa hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquqa uyğun şəkildə həllinə tərəfdar olduğunu bəyan edib. Rəsmi Varşavanın mövqeyi açıq-aydındır. Polşa bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Biz belə hesab edirik ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə tərəflər, nəhayət ki, Dağlıq Qarabağda sülhün bərqərar olmasına nail olacaqlar.
- Cənab səfir, Polşa GUAM-la əməkdaşlığını necə görür?
- Əvvəla onu qeyd edim ki, təmsil etdiyim ölkə, demokratiya və iqtisadi inkişaf təşkilatı-GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) yarandığı gündən onun fəaliyyəti ilə yaxından maraqlanıb, onu daim izləyib. Əminliklə deyə bilərəm ki, Polşa GUAM təşkilatı ilə əməkdaşlığa çox böyük önəm verir. Əbəs yerə deyil ki, təşkilatla əməkdaşlıq edən ilk dövlətlərdən biri də məhz Polşa olub. “GUAM+ Polşa” çərçivəsində əməkdaşlıq ölkəmin xarici siyasətinin prioritetlərini təşkil edir, GUAM-a münasibətdə bizim ölkələrin mövqeləri üst-üstə düşür. Belə ki, Polşa və Azərbaycan GUAM-ın potensialından istifadə etməklə regiondakı mövcud münaqişələri həll etmək, irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçirmək, terrorizm, separatizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmağa çalışır.
- Bir qədər əvvəl iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyindən danışdınız. Bəs Azərbaycanın qeyri-neft sektorunda əməkdaşlıq sahəsində Polşanın nə kimi perspektiv planları vardır? ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı Polşa iş adamları üçün nə dərəcədə cəlbedicidir?
- Azərbaycanın malik olduğu iqtisadi potensial, inkişaf tempi, respublikadakı siyasi sabitlik, tikinti-quruculuq işləri hər zaman polşalı iş adamlarının diqqət mərkəzindədir. Ancaq çox təəssüf ki, dünyada baş verən maliyyə böhranı, eləcə də, birbaşa hava reysinin olmaması polşalı iş adamlarını Azərbaycana sərmayə yatırmaqdan bir qədər çəkindirir. Lakin düşünürəm ki, Bakıda və Varşavada qarşılıqlı surətdə keçirilən biznes-forumlar, eləcə də, Polşa şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə iştirakı, mütəmadi olaraq Bakıda təşkil olunan “Polşanın milli sərgiləri” ölkələrimizin iş adamlarının bir-biriləri haqda daha çox məlumat əldə etməsinə imkan yaradır. Bu isə öz növbəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.
Yeri düşmüşkən, bir məsələyə də toxunmaq istərdim. Dörd il əvvəllə müqayisədə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində çox böyük irəliləyiş əldə olunub, böyük inkişaf vardır. İndi ticarət mərkəzlərində daha çox Azərbaycanda istehsal olunan məhsulları görmək mümkündür. Xüsusi ilə, meyvə konservləri və meyvə şirəsi istehsalında ciddi irəliləyişlər hiss olunmaqdadır. Lakin bununla belə, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq hər zaman polşalı iş adamlarının diqqət mərkəzindədir. Hesab edirəm ki, gələn ilin əvvəlində Bakıda keçiriləcək Azərbaycan-Polşa iqtisadi forumu iki ölkənin iş adamları arasında əməkdaşlıqda yeni perspektivlər açacaq.
- Cənab səfir, bəs ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Polşa ilə Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Təkcə bir faktı qeyd etmək istərdim. Gələn il görkəmli polyak bəstəkarı Frederik Şopenin (1810-1849) anadan olmasının 200 illiyi ilə bağlı dünya ölkələrində “Şopen ili” qeyd olunacaq. Sevindirici haldır ki, dünya musiqi mədəniyyətinə korifeylər bəxş edən dost Azərbaycanda da “Şopen ili” çərçivəsində silsilə tədbirlər, konsert proqramları keçiriləcək. Bu tədbirlər xalqlarımızın daha da yaxınlaşmasına, mədəniyyətlərimizin təbliğinə kömək edəcək.
Digər tərəfdən isə, bu gün Azərbaycan və Polşa təkcə iqtisadi sahədə deyil, eyni zamanda, mədəni, elmi, təhsil, səhiyyə, idman və turizm sahəsində də böyük potensiala malik olan ölkələrdir və son zamanlar iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlıqda bir dinamizm hiss edilməkdədir.
Hesab edirəm ki, xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Polşa və Azərbaycan prezidentlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq, tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə qəzetinizin kollektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

