Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır və daha yaxşı perspektivlər vəd edir
03.07.2020 [08:56]
Milli Məclisin deputatı Kamran Bayramov www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizə ilə bağlı BMT Baş Assambleyasının sessiyasının keçirilməsi haqqında təklifi dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. Bu hadisənin əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Sədri qismində Hərəkatın üzvü olan dövlətlərin pandemiyaya qarşı mübarizə üzrə Təmas Qrupunun bu il mayın 4-də videokonfrans vasitəsilə keçirilmiş Zirvə Görüşü zamanı səsləndirilmişdir. Təşəbbüs nəzərdən keçirilərək Hərəkatın üzvü olan 130-dan çox ölkə yekdilliklə dövlət başçımızın təklifini dəstəkləmiş, bununla bağlı BMT-nin baş katibinə müraciət ünvanlanmışdır. Nəticədə təşkilatın üzvü olan 2/3-dən çoxu Azərbaycan Prezidentinin təşəbbüsünə öz birmənalı dəstəyini göstərmişdir.
Keçiriləcək tədbirin əhəmiyyətindən danışaraq qeyd etmək istərdim ki, hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu məqsədə nail olunmasında ölkəmiz xüsusi fəallıq göstərir, cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronovirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn tədbirlər keçirilib və bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordonasiyanın və həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunub. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəkdir.
- Sizcə, bu amil ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına necə təsir göstərəcək?
- İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan pandemiya dövründən öncə də dünyada nüfuzu böyük, mövqeyi möhkəm dövlət kimi qəbul olunub, ölkəmizin həm xarici siyasəti, həm də daxili islahatları dünya birliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib. Ölkəmizin dostluq, əməkdaşlıq və həmrəylik niyyətlərini özündə əks etdirən xarici siyasəti dünya dövlətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin bərqərar olunması, onların Azərbaycanın irəli sürdüyü təşəbbüslərə qoşulması, dövlətimizin beynəlxalq həmrəylik məsələsində aparıcı rol oynaması üçün əlverişli şərait yaratmışdır.
Koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə səmərəli və məhsuldar fəaliyyət göstərib. Azərbaycan beynəlxalq səviyyədə də COVID-19-a qarşı mübarizədə yüksək fəallıq göstərib, 30-dan artıq ölkəyə yardımlar təşkil edib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib, bu əməllərlə dünyanın rəğbətini qazanıb.
Bu gün isə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə verilən dəstək həm xarici dövlətlərin, həm də beynəlxalq təşkilatların ölkəmizə olan böyük etimadının göstəricisidir. Bu həm də onu göstərir ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzu gündən-günə artır və daha yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin isə beynəlxalq problemlərə düzgün və praqmatik yanaşması, müdrik baxışı və qlobal liderlik keyfiyyətlərinin nümayiş etdirilməsi göz qabağındadır.
- BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə dünya ölkələrinin birgə səylərini nə dərəcədə birləşdirəcək?
- Əslində, cənab Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Və bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Yalnız belə olan halda nəticələr əldə etmək mümkündür.
Bu baxımdan, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin aradan qalxması üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

