Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır
31.07.2020 [10:53]
- Sevinc xanım, ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və məcburi köçkünlərə yüksək dövlət qayğısı mövcuddur. Bu istiqamətdə görülən işlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanda həyata keçirilən nümunəvi sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Bu kontekstdə respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütövlükdə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi həmin kateqoriyadan olan insanlara qayğının daha bir nümunəsidir. Təqdimat mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə dövlətimizin başçısı qeyd edib ki, bizim güclü sosial siyasətimiz var. Cənab Prezident ölkəmizdə həssas qruplardan olan insanlara xüsusi qayğı göstərildiyini nəzərə çatdıraraq vurğulayıb: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb”.
- Bu sahədə görülən işlər konkret faktlarda özünün əksini necə tapır?
- Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması böyük aktuallıq daşıyır. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən təqdimat mərasimində məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. Müvafiq kateqoriyadan olan vətəndaşlara 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək artıq 430 mənzil təqdim olunub. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verilməsi proqramının uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ümumilikdə 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edlib və 7 minə yaxın avtomobil verilib.
Bu il bütövlükdə 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcək. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub. Eyni zamanda, sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur. Yeri gəlmişkən, qeyd edim ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb.
- Pandemiya şəraitində ölkəmizdə bütün sosial və iqtisadi layihələr uğurla həyata keçirilməkdədir. Bu haqda da fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, pandemiya şəraitində ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Pandemiyanın vurduğu zərərin qarşısının üçün sosial-iqtisadi sahədə mühüm addımlar atılıb, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunaraq icra edilir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Bilirsiniz ki, bugünlər Prezident İlham Əliyev bölgələrə səfər edib. Dövlət başçısı Qobustanda, İsmayıllıda, Balakəndə, Şəkidə və Qəbələdə səfərdə olarkən bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışını etdi. Buraya modul tipli xəstəxanalar, yeni yollar, mədəniyyət, xidmət mərkəzləri və s. daxildir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir sosial layihə təxirə salınmır.
Hazırda ölkəmizdə təbii qazla təmin olunma prosesi 96 faizə çatdırılıb, elektrik enerjisi məsələləri tam təmin edilib. Hazırda su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər keçirilməyə başlayıb. Cənab Prezidentin sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə də bunu təsdiqləyir. Görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi, artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib. Hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir. Cənab Prezidentin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalaması da bu məqsədə xidmət edir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır. Hansı ki, işğalçı Ermənistan və ölkəmizdəki “5-ci kolon”un nümayəndələri neftin qiymətinin azalmasına sevinirdilər ki, bunun nəticəsində ölkədə ciddi sosial-iqtisadi problemlər yaşanacaq. Onlar ümid edirdilər ki, bundan da öz məqsədləri üçün istifadə edərək Azərbaycanda sabitliyi pozmağa çalışacaqlar. Amma onların niyyətləri iflas oldu. Azərbaycanda nəinki sosial layihələr, həmçinin infrastruktur layihələrinin heç biri ixtisara düşmədi. Bununla da, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, dövlətimizin siyasətinin mahiyyəti dəyişməzdir və davamlıdır. Çünki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman onun vətəndaşı və vətəndaşının yüksək rifah vəziyyətinin yaradılması məqsədi dayanır.
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09

