/ / Gənclərin stimullaşdırılması, onların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi ölkənin güclü gələcəyinə xidmət edən amillərdəndir
Gənclərin stimullaşdırılması, onların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi ölkənin güclü gələcəyinə xidmət edən amillərdəndir
02.02.2021 [09:46]
Milli Məclisin deputatı Emin Hacıyev www.yap.org. az saytına müsahibə verib:
- Emin müəllim, məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Sizcə, Gənclər Gününün təsis edilməsinin Azərbaycan gəncliyinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?
- Hər bir dövlətin inkişafı baxımından insan resursları dayaqlarının möhkəm qurulması prioritet hədəflərdən hesab olunur. Gənclərin stimullaşdırılması, onların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi məhz ölkənin güclü gələcəyinə xidmət edən amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin müdrik idarəçilik fəaliyyətində dövlətçilik siyasətinin hərtərəfli inkişafının təminatı olan gənc nəsil daim diqqətdə saxlanıldı. Onların peşə bacarıqlarının yönləndirilməsi, dəstəklənməsi, əmək bazarında fəaliyyət imkanlarının genişləndirilməsi, gənclik mühitində sağlam düşüncə və təfəkkürün formalaşdırılması inkişaf planlarının əsas öhdəliklərinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi Azərbaycan gəncləri üçün böyük ümid və motivasiya oldu. Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Təbii ki, bu çağırış, gənclərə göstərilən etimad onların dövlət qarşısında məsuliyyətini artırdı, gənclərin birliyinin möhkəmləndirilməsinə, təşkilatlanmasına təkan verdi.
- Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdı. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Əlbəttə, biz, ilk növbədə, Ali Baş Komandanın siyasi gücünə arxalandıq və xalq olaraq dəmir yumruq kimi birləşdik. Cənab Prezidentimiz də xalqına, ölkə gəncliyinin qüdrətinə inanaraq Zəfər savaşına yola çıxdı. Müqəddəs şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın böyük əksəriyyəti məhz gənclərdir. Bəlkə də, ölkə tarixində ilk dəfə hər sahədə həmrəyliyimizin, gücümüzün şahidi olduq. Təkcə döyüş cəbhəsində deyil, informasiya cəbhəsində də gənclərin rolu danılmazdır. İstər sosial şəbəkələr üzərindən, istərsə də xarici KİV-lərin məlumatlandırılması baxımından bu mübarizədə bütün cəbhələrdə vuruşduq, deyə bilərəm. Əlbəttə, müharibə gənclərimizi daha da müdrikləşdirdi, onların vətəndaş məsuliyyətini artırdı, həyata baxışlarını dəyişdi. Bu tarixi qələbəni qorumaq, bu zəfərdə payı olan şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad etmək, qazilərimizə, hərbi qulluqçularımıza qayğı, diqqət göstərmək hər bir vətəndaşımız, hər bir gəncimiz üçün əsas insanlıq borcudur. Allah şəhidlərimizə rəhmət eləsin!
- Azərbaycanda gəncliyin inkişafı ilə bağlı həyata keçirilən layihələrin önəmi barədə nə deyə bilərsiniz?
- Təməli Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə davamlı olaraq “Azərbaycan gəncliyi” dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərimizi stimullaşdırır.
Eyni zamanda, I Avropa Oyunları, Formula-1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi gənclər arasında könüllülük hərəkatını da genişləndirdi. Bununla yanaşı, son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri bölgə gənclərinin də diqqətdən kənar qalmaması, onların sosial fəaliyyətlərə cəlb edilməsi, asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli dövlət dəstəyidir. Bu məqamda, hazırda davam edən “Yüksəliş” müsabiqəsini də qeyd etmək istərdim. Müsabiqə cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Hazırda müsabiqədə iştirakını davam etdirənlərin əksəriyyəti gənclərdir. Təbii ki, ümumilikdə gəncləri əhatə edən, adı çəkilən bütün dövlət layihələri gənclərin təhsili, məşğulluğu və sahibkarlığın inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.
- Sizcə, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi hansı səviyyədə təmsil edirlər?
- Əlbəttə ki, bayaq qeyd etdiyim layihələrin də önəmli təsiri sayəsində yetişən, fərdi istedad və bacarıqları ilə böyük nailiyyətlər əldə etmiş gənclərin elə ölkəmizdə də, xaricdə də uğurlarına tez-tez şahid oluruq. Xarici ölkələrin nüfuzlu şirkətlərində çalışan, səhiyyə, təhsil sahəsində fəaliyyət göstərən xeyli sayda uğurlu gəncimiz var.
Yenə də xatırladım ki, biz onların çoxunun fəaliyyətini, dəstəyini Vətən müharibəsi dönəmində də gördük. Onların böyük əksəriyyəti yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər. Təbii ki, harada yaşayırıqsa yaşayaq, biz azərbaycanlı olduğumuzu, vətənin bizə həmişə ehtiyacı olduğunu unutmamalıyıq.
Sonda gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram!
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09

