/ / Dövlətimiz işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
Dövlətimiz işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
06.02.2021 [09:18]
-Cavid müəllim, Azərbaycanın Vətən müharibəsində zəfər qazanması bölgədə yeni reallıqlar yaradıb. Bu barədə fikirlərinizi bilmək istərdik…
-Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün kifayət qədər böyük vaxt keçsə də, nəticə olmadı. Əslində, Azərbaycan sülhsevər dövlət kimi münaqişənin dinc yolla həllinin tərəfdarı idi. Lakin münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun, eləcə də Ermənistan siyasi-hərbi rəhbərliyinin mövqeyi məsələnin hərbi yolla həllini qaçılmaz etdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün danışıqlar prosesində maraqlıdır. Lakin bu danışıqlar imitasiya xarakteri daşıya bilməz və Azərbaycan öz torpaqlarını işğalçı Ermənistana bağışlayan deyil. Zaman deyilənləri sübut etdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. Azərbaycan Ordusu döyüş meydanında düşmənə ən ağır formada dərs verdi, Ermənistan Ordusu darmadağın edildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.
Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışmaq olar. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır və regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Təbii ki, Azərbaycan bundan sonra regionda həyata keçirilən bütün layihələrdə qalib ölkə kimi hər bir məsələni diktə edir və edəcək.
Hərbi əməliyyatlar bitdikdən qısa müddət sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Şuşa səfəri isə öz tarixiliyi ilə yaddaşlarda qaldı. Prezidentin Şuşa səfəri öz tarixi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilməsi ilə də əlamətdardır. Müasir standartlara cavab verəcək Füzuli-Şuşa avtomobil yolunun, eyni zamanda, Füzuli rayonu ərazisində Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa-quruculuq işlərinin necə geniş miqyaslı olacağından xəbər verir.
-Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsidir. Bu barədə nə deyə bilərsiniz?
-İşğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçiriləcək. Həmin torpaqlarda reallaşdırılmalı olan ilk iş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesidir. Bərpa işlərinə başlamazdan əvvəl görülməli olan çox vacib işlərdən biri də Ermənistanın işğal nəticəsində ölkəmizə vurduğu ziyanın qiymətləndirilməsidir. Qeyd olunan bütün bu proseslər yekunlaşdıqca bərpa işləri daha geniş vüsət alacaq.
Yaşayış üçün, ilk növbədə, infrastruktur layihələrinin icra edilməsi nəzərdə tutulur. Təhlükəsiz yerlərdə layihələrin icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı görülən işlər artıq ölkə ictimaiyyətinə məlumdur. Sonra isə sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri həyata keçiriləcək. Hesab edirəm ki, sadalanan bütün bu mərhələlər ardıcıl olaraq həyata keçirildikcə bərpa və quruculuq işlərinin miqyası daha da genişlənəcək. Dövlətimizin başçısı da bərpa işlərinin tələsmədən, eyni zamanda, planlı şəkildə, ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edir. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək.
İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması onu deməyə əsas verir ki, bərpa prosesi çevik və təxirə salınmadan həyata keçiriləcək. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Şuşada başlanıldı və Prezident İlham Əliyev Şuşa rayonuna xüsusi nümayəndə təyin etdi. Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işləri nəticəsində Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik.
-Sizcə, atəşkəsə və əldə edilmiş razılaşmalara nəzarəti həyata keçirmək məqsədilə yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin əhəmiyyəti nədən ibarətdir?
-Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması bizim gücümüzü artıran əsas amillərdən biridir. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ona görə də, bizi istəməyən qüvvələr bu məsələyə müdaxilə edə bilmədi. Reallıqlar onu göstərdi ki, qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında əsas faktorlardan biridir. 10 noyabr 2020 tarixində imzalanmış bəyanata əsasən atəşkəsə nəzarət üçün birgə Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulurdu. Artıq yanvarın 30-da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Bu mərkəzin fəaliyyəti, Türkiyə hərbçilərinin burada iştirakı cəmiyyətimizdə böyük sevinclə qarşılanır.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir: "Mərkəzdən gözləntilər çoxdur, çünki birgə monitorinq mərkəzinin əsas hədəfi müharibədən yenicə çıxmış regiondakı vəziyyəti nəzarətdə saxlamaq olacaq. Bu baxımdan hesab edirəm ki, hazırda bölgədə yeni geosiyasi reallıqlar yaranıb və Vətən müharibəsindən sonra regiondakı geosiyasi vəziyyət xeyli dəyişib. Məhz bu kontekstdə Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi də dəyərləndirmək mümkündür".
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09

