/ / Hazırda respublikamızda 7034 nəfər xarici ölkə vətəndaşı qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur
Hazırda respublikamızda 7034 nəfər xarici ölkə vətəndaşı qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur
08.06.2010 [14:24]
- Rauf müəllim, ölkəmizdə əmək miqrasiyasını yaradan səbəblər və bu sahədəki dövlət siyasətini necə xarakterizə etmək olar?
- Bildiyiniz kimi, son on ildə ölkəmiz sürətli iqtisadi inkişaf dövrü yaşayır. Bu inkişafın təməli hələ 90-cı illərdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. ölkəmizin bugünkü yüksəlişi həmin illərdə mövcud olan mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, ümummilli liderimizin uzaqgörənliklə həyata keçirdiyi tədbirlərin, dəqiqliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunun və sonrakı dövrlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin, müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir. Müasir dövrdə iqtisadi inkişafa nail olmuş bütün ölkələr xarici işçi qüvvəsindən bu və ya digər şəkildə istifadə edir. Xarici işçi qüvvəsi, xüsusi ilə də yüksək ixtisaslı mütəxəssislər cəlb edilmədən irimiqyaslı layihələrin həyata keçirilməsi xeyli dərəcədə çətindir. Eyni zamanda, dünya ölkələrinin inteqrasiyasının güclənməsi və qloballaşma miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın miqyasının genişlənməsində təsirli rol oynamaqdadır. Bütün bunların nəticəsi olaraq son illər ölkəmizə gələn əcnəbi işçilərin də sayı artmaqdadır və bu tendensiya davam edir. Lakin məlum olduğu kimi, bir sıra sahələrdə kadr çatışmazlığına baxmayaraq, respublikamız kifayət qədər əmək ehtiyatlarına malikdir və ölkəmizdə hər hansı formada demoqrafik böhran mövcud deyil. Belə bir şəraitdə miqrasiya proseslərinin ölkənin iqtisadi maraqları baxımından effektiv tənzimlənməsinin təmin edilməsi, bu sahədə məqsədyönlü siyasətin həyata keçirilməsi zəruridir. Mövcud vəziyyət nəzərə alınaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunmasına üstünlük verilməsi, yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, yerli kadrların hazırlanması, zərurət olmadan xarici işçi qüvvəsinin cəlb olunmasının qarşısının alınması, qanunsuz miqrasiya ilə mübarizə əmək miqrasiyası sahəsində əsas prioritetlər kimi müəyyən edilib. ölkənin iqtisadi inkişaf meylləri və əmək miqrasiyası proseslərinin mövcud vəziyyəti yaxın gələcəkdə də bu siyasətin davam etdiriləcəyini deməyə əsas verir.
- Əmək miqrasiyası sahəsində siyasətin həyata keçirilməsi üçün hansı mexanizmlər mövcuddur və bu sahədə nə kimi işlər görülür?
- Məlum olduğu kimi, “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqi və fiziki şəxslər əcnəbi işçilər üçün müvafiq fərdi icazə alınmaqla onları işə cəlb edə bilərlər. Belə icazələrin verilməsində başlıca şərt kimi həmin işi yerinə yetirə biləcək lazımi ixtisasa və təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşının olmaması və ya həmin iş yerinə Azərbaycan vətəndaşının iddia etməməsi, həmçinin, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkünsüzlüyüdür. Xüsusi ehtiyac olmadan əcnəbi işçilərin cəlb olunmasının qarşısının alınması, yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına üstünlük verilməsinin təmin edilməsi məqsədi ilə 12 fevral 2009-cu il tarixdən fərdi icazələrin verilməsinə və müddətlərinin uzadılmasına görə dövlət rüsumunun məbləği artırılaraq 1000 manat müəyyən edilib. Bununla yanaşı, qanunsuz olaraq əcnəbiləri işə qəbul edən işəgötürənlərə qarşı sanksiyalar sərtləşdirilib, cərimələrin məbləğləri artırılıb. 2010-cu ildən başlayaraq əcnəbilərin əmək miqrasiyasına kvota tətbiq edilir. Kvota il ərzində ölkədə işləyə biləcək əcnəbilərin maksimal sayını müəyyən edir. Əmək miqrasiyası kvotası iqtisadi fəaliyyət sahələri üzrə müəyyən edilib. Bütün bunlar daxili əmək bazarının qorunmasına, vətəndaşlarımızın məşğulluğunun təmin edilməsinə və xarici işçi qüvvəsindən səmərəli istifadə edilməsinə xidmət edir. Qeyd olunan inzibati tədbirlərlə yanaşı, digər tədbirlər də görülür ki, bunlar da əmək miqrasiyası siyasətinin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Son illər ölkəmizdə kadr hazırlığına diqqət də artırılıb. Qısa müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və regionlarda müasir tipli peşə tədrisi mərkəzləri yaradılıb. Tədris mərkəzlərində hər il 5000-dən çox vətəndaşımız əmək bazarının tələbatına uyğun yeni peşələrə yiyələnirlər. Bu tədbirlər yerli mütəxəssislərin əmək bazarında rəqabətədayanıqlığını artırır, xarici işçi qüvvəsinə tələbatın azalmasına əhəmiyyətli təsir göstərir.
- Cari il üçün əmək miqrasiyası kvotası nə qədərdir? ümumiyyətlə, hazırda ölkəmizdə nə qədər əcnəbi əmək fəaliyyəti ilə məşğul olur və ötən ilin göstəriciləri ilə müqayisədə nə kimi fərqlər var?
- Əmək miqrasiyası kvotası müvafiq qaydalara uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 2010-cu il üçün əmək miqrasiyası kvotası 10700 nəfər müəyyən edilib. Hazırda respublikamızda 7034 nəfər xarici ölkə vətəndaşı qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olur. 2008 və 2009-cu illərdə bu rəqəm müvafiq olaraq 4250 və 5784 olub. Göründüyü kimi, ölkəmizdə işləyən əcnəbilərin sayında ötən illərlə müqayisədə nəzərəçarpacaq artım var. Lakin qeyd etmək istərdim ki, bu artım yalnız ölkəyə gələnlərin sayının artması ilə bağlı deyil. Belə ki, son illər miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb, xüsusi ilə əcnəbilərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilib. Bunun nəticəsi olaraq qanunvericilikdə əvvəllər mövcud olan boşluqlar aradan qaldırılıb, ölkədə olma qaydalarının tələblərinin əcnəbilər tərəfindən yerinə yetirilməsinə nəzarət gücləndirilib. Qanunsuz olaraq əcnəbi işçi qüvvəsindən istifadəyə görə sanksiyaların sərtləşdirilməsi və aidiyyəti dövlət orqanları tərəfindən əcnəbilərin ölkədə olmalarına nəzarətin gücləndirilməsi Azərbaycanda işləyən əcnəbilərin əmək fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa vadar edib. Qanuni əsaslarla ölkəmizdə işləyən əcnəbilərin sayında mövcud olan artımın bir hissəsi də belə şəxslərin hesabına yaranıb.
- Rauf müəllim, fikrinizcə görülmüş işlər miqrasiya proseslərinin tənzimlənməsi üçün yetərlidirmi, yoxsa müəyyən problemlər hələ də qalmaqdadır?
- Qeyd etdiyim kimi, bu sahədə xeyli işlər görülüb və miqrasiya prosesləri aidiyyəti dövlət orqanları tərəfindən ölkəmizin maraqlarına uyğun tənzimlənir. Lakin o da məlumdur ki, miqrasiya dinamik bir prosesdir və sosial iqtisadi faktorlardan asılı olaraq forma və xarakterinə görə dəyişir. Məhz buna görə də, mütəmadi olaraq miqrasiya prosesləri ilə bağlı araşdırmalar və təhlillər aparılmalı, mümkün inkişaf meylləri proqnozlaşdırılmalı və bunların əsasında qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi üzrə zəruri tədbirlər görülməlidir. Son dövrlərdə qanunvericilikdə ciddi dəyişikliklərin edilməsinə baxmayaraq, təbii olaraq hələ də bir sıra təkmilləşmə aparılmasına ehtiyac var. Hazırda aidiyyəti dövlət orqanları ilə birlikdə bu istiqamətdə zəruri işlər görülür.
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 11:10
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29

