Türk Dövlətlərini bir çətir altında görmək ən böyük arzumdur
29.12.2021 [10:48]
Şair: Şuşanı ziyarət etmək istəyirəm
Günel
Sen vur ki coşsun suyumuz
Sen vur ki Türk’tür soyumuz
Dağları aşsın boyumuz
Azerbaycan, Azerbaycan
Həmsöhbətimiz bu misraların müəllifi, Qarabağ zəfərinə qələbə şeirləri həsr edən türkiyəli gənc şair Gökhan Günaldır. Gökhan Günal Türkiyənin Girəsun şəhərində anadan olub və hazırda orada yaşayır. Hazırda Girəsun Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı üzrə ali təhsil alır. Gənc şairlə söhbətimiz də ən az misraları qədər təsirli və maraqlı oldu.
- Gökhan bəy, şeir yazmağa marağınız nə zamandan başladı?
- İlk dəfə orta məktəbdə keçirilən şeir müsabiqəsində iştirak etmişəm. O zamandan müəllimlərim istedadıma bələd oldular. İlk peşəkar şeirimi yazana qədər özümü təkmilləşdirməyə çalışdım. Orta məktəb həyatım universitetə hazırlaşmaq və poeziya üzərində işləməklə keçir. Elə “Şairlər” adlı şeirimi də orta məktəbdə oxuyanda çap etdirdim.
- İndiyə qədər neçə şeir yazmısınız?
- İndiyə qədər 40 şeirim olub. Bəzi şeirlərim jurnallarda dərc olunaraq oxucular ilə görüşüb.
- Şeirlərinizi yazarkən sizi nə ruhlandırır, həmin anlarda əsasən hansı əhval-ruhiyyədə olursunuz?
- Şeir yazarkən sakit mühitə diqqət edirəm. Zamanla əhvalım dəyişir. İlham sözü geniş bir anlayışdır, amma deyə bilərəm ki, Türk Xalq musiqisi şeir yazarkən ruhumu açır.
- İlham aldığınız şairlər varmı?
- Elə şairlər var ki, hər bir şair onları özünə örnək götürür. Əbdürrəhim Karakoç, Arif Nihat Asya, Aşık Sefai və Dilavər Cebeci ilham aldığım şairlərdir.
- Azərbaycana bu qədər sevginiz Türkiyə ilə qardaş dövlət olmağımızdan qaynaqlanır, ya necə?
- Bir türk gənci olaraq türk dövlətlərini bir çətir altında görmək ən böyük arzumdur. Mənim Azərbaycana sevgim türk olmaqdan irəli gəlir. Bütün türk dövlətlərinin ürəyimdə yeri var. Hər bir türk gənci Azərbaycana öz ölkəsi kimi hörmət edir və sevir.
- Şeir yazmaqda məqsədiniz nədir?
- Məncə, poeziya cəmiyyətə xitab etməlidir. Xalqımızın öyrənməsi, bilməsi üçün ən böyük dəstək sənət adamlarından gəlməlidir. Məqsədim xalqa müraciət etmək, xalqa təlqin etməkdir.
- Sizcə, sonradan şair olmaq olar, yoxsa şeir yazmaq ilahi vergidir?
- Məncə, şeir yazmaq Tanrıdan gələn bir vəhdir. Sonra şair olmur, şair doğulur.
- Şeiri nəyə bənzədirsiniz?
- Uzun mətnlər yazmaqdansa, 4-5 sətirlə fikrindəkiləri söyləmək və bunu obrazlara, ritorikaya, sözlərə başqa mənalar aid etməklə oxucuya təqdim etməkdir.
- Gənc kadr kimi Azərbaycan və Türkiyənin əlaqələri barədə necə düşünürsünüz?
- Azərbaycan-Türkiyə qardaşlığı və siyasi-iqtisadi əlaqələri Qarabağ Zəfərində bir daha özünü göstərdi. Ümid edirik ki, bu qardaşlıq əbədi olacaq. Bəxtiyar Vahabzadənin də şeirində dediyi kimi biz iki dövlət, bir millətik.
- Azərbaycan dilini bilirsinizmi?
- Azərbaycan dilini mükəmməl bilmirəm. Amma bilirəm ki, Türkiyə türkcəsinə çox bənzəyir. Və düşünürəm ki, Azərbaycana gələndə ünsiyyət yaratmaqda heç bir çətinliyim olmayacaq. Mən indiyə qədər Azərbaycanda olmamışam. Amma getmək istədiyim ölkələrdən birincisidir.
- Azərbaycan şairlərindən hansının yaradıcılığından bəhrələnirsiniz?
- Əsərlərini çox oxuduğum Azərbaycan şairlərindən biri də Əhməd Cavaddır. Məncə, onun “Çırpınırdı Qaradəniz” adlı şeirini hər bir türk gənci əzbər bilməlidir.
- Qarabağ haqqında da şeir yazmısınız. Sizi buna nə ruhlandırdı? Qarabağ qələbəsi?
- Qarabağ Zəfərinə “Qarabağ türküsü” adlı şeir həsr etmişdim. Azərbaycan Ordusunun müstəqillik uğrunda mübarizəsi məni çox təsirləndirdi. Azərbaycanın qələbəsi Türkiyədə hamını sevindirdi. Azərbaycan xalqı kimi biz də zəfəri səbirsizliklə gözləyirdik. Qardaşlarımız müharibədə qalib gəldikdən sonra bu şeiri yazmaq bir türk gənci olaraq mənim borcum idi.
- Qarabağla bağlı yeni şeirləriniz varmı?
- Hələ gəncəm, Allahın izni ilə, Qarabağa şeirlər yazıb Azərbaycan xalqına təqdim etmək istəyirəm.
- Qarabağa gəlməyi planlaşdırırsınız?
- Qarabağın mənim qəlbimdə xüsusi bir yeri var. Azərbaycan bayrağını Qarabağda görmək hər bir türk gəncinin arzusu və istəyidir. Ona görə də Azərbaycana gələn kimi ilk getmək istədiyim məkan məhz müqəddəs Qarabağ torpaqlarıdır.
- Qarabağda hansı şəhəri görmək istərdiniz?
- Şuşa şəkillərdən, videolardan və ən əsası xəyallarımda gördüyüm qədər çox gözəldir. Valehedici gözəlliyi öz gözlərimlə görmək və şəninə gözəl şeirlər həsr etmək üçün Şuşaya getmək istəyərəm.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

