/ / Prezidentlərin Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin olacağına ümid verir
Prezidentlərin Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin olacağına ümid verir
08.06.2011 [09:51]
- Aydın müəllim, hazırda Azərbaycan cəmiyyətinin diqqətində olan ən vacib məsələ Rusiya prezidentinin təşəbbüsü ilə Kazan şəhərində keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşüdür. Bu görüş haqqında fikirlər heç də birmənalı deyil. Sizcə, prezidentlərin bu görüşündə hansısa irəliləyişlər ola bilərmi?
- Prezidentlərin görüşündə müəyyən nəticələr ola bilər. Bunu demək üçün əsaslar var. Xatırladım ki, həmsədr dövlətlərin rəhbərlərinin birgə bəyanatında konkretlik var idi. Əgər əvvəllər onlar diplomatik çağırışlar edirdilərsə, indi burada konkretliyin olması ciddi məsələdir. Artıq Rusiya 7-8-ci dəfədir ki, dövlət başçısı səviyyəsində bu görüşlərdə iştirak edir. Ortada Rusiyanın nüfuzu məsələsi də var. Yəni hazırkı danışıqlar nəticə verməsə, prezident seçkiləri öncəsi bu, Rusiyanın nüfuzu məsələsidir. Bildiyiniz kimi, gələn il Rusiyada prezident seçkiləri keçiriləcək. Ona görə də, Kazan görüşündə kiçik də olsa, müəyyən nəticə olmalıdır. Hər halda, Soçi görüşünün nəticələri, həmsədr ölkələrin başçılarının bəyanatı, həmsədrlərin bölgəyə səfəri və xarici işlər nazirlərinin gözlənilən görüşü prezidentlərin apardığı danışıqların müsbət nəticələnəcəyinə müəyyən ümidlər verir.
Ancaq bütün ümidləri bu görüşlə bağlamaq o qədər də düzgün olmaz. Azərbaycan məsələlərə həmişə real yanaşır. çünki Ermənistanın tez-tez danışıqlarda özünü qeyri-ciddi tərəf kimi aparması, məsuliyyətsizliyi, götürdüyü öhdəlikdən imtina etməsi və s. hallar da var. Bu baxımdan, bütün ümidləri bu görüşə bağlamaq düzgün olmaz. Düzdür, nəticənin olmaması Azərbaycan üçün müəyyən problemdir. Amma nəzərdən qaçırmayaq ki, nəticənin olmaması bu gün Azərbaycandan da dəfələrlə çox Ermənistan üçün problemdir. Hazırda əhali Ermənistandan durmadan köçüb gedir, ölkə iqtisadiyyatında inkişaf yoxdur, ermənilər regional layihələrdən kənarda qalıb, qonşuları ilə münasibətləri pisdir. Bu gün erməni diasporunun nümayəndələri və erməni siyasətçiləri hakimiyyəti realist siyasət yürütməyə çağırırlar. Bir neçə həftə əvvəl Ermənistanın keçmiş baş naziri Q.Baqratyanın maraqlı bir açıqlaması oldu. O deyib ki, əgər Qarabağda müstəqilliklə bağlı referendum keçirilərsə və əhalinin əksəriyyəti Azərbaycanın tərkibində qalmağa səs verərsə mən buna təəccüblənmərəm. çünki Azərbaycanın inkişafında böyük nəticələr var və Ermənistan ona uduzur. Yəni bütün bunların hamısı istər-istəməz Ermənistanı real düşünməyə sövq edir. Amma prezidentlərin görüşündə konkret nə olacaq, bunu iyunun 25-də biləcəyik.
- ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçıları Dovil bəyanatında tərəflərə çağırışlar etdilər. Bu çağırışlar nədən irəli gəlir?
- Diqqətəlayiqdir ki, son iki ildə yalnız ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndələri yox, həm də bu dövlətlərin başçıları bəyanatlarla çıxış etməyə başlayıblar. Bundan başqa, artıq iki ildən çoxdur ki, Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin başçısı, konkret olaraq Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində birbaşa iştirak edir. Bu faktlar öz-özlüyündə ondan xəbər verir ki, Azərbaycan və Ermənistanın dövlət başçıları arasındakı görüşlər keyfiyyətcə yeni bir formata keçib.
Həmçinin, Azərbaycan və Ermənistan
prezidentlərinin bu ilin iyun ayında Kazanda keçiriləcək görüşü ərəfəsində həmsədr dövlətlərin başçılarının birgə bəyanatı onu göstərir ki, münaqişə tərəflərinin rəhbərləri arasındakı müzakirələrin təşkilini yalnız Rusiya tərəfinin təşəbbüsü kimi qiymətləndirmək lazım deyil. Başqa sözlə, bu fakt ABŞ və Fransa tərəfindən də Dağlıq Qarabağ münaqişəsinə diqqətin olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, əvvəllər Minsk qrupunun həmsədri olan ölkələr yalnız sözdə tərəflərə diplomatik çağırışlar edirdilərsə, artıq indi onlar tərəflərə Qarabağ probleminin nizama salınması üçün əsas prinsiplərin hazırlanmasını tövsiyə edirlər. Buna görə də, indi münaqişə tərəflərindən konkret mövqe ilə çıxış etmək tələb olunur. Bütün bunları nəzərə alaraq belə güman etmək olar ki, tərəflər Kazanda problemin həlli məsələsində öz mövqelərini yaxınlaşdıra bilərlər.
- ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin bəyanatındakı çağırışlar daha çox hansı tərəfə ünvanlanmışdı? Bu çağırışlardan hansı nəticələr çıxarılmalıdır?
- Təbii ki, prezidentlərin birgə bəyanatı diplomatik qaydada tərtib olunub, orada konkret adlar göstərilmir. Amma nəzərə almaq lazımdır ki, onlar torpaqların azad edilməsi məsələsinə toxunublar. Münaqişə tərəflərindən kimin torpağı işğal edilib? Aydın məsələdir ki, Azərbaycanın. Ona görə də, söhbət bir dövlətin torpaqlarının azad olunmasından gedirsə, onda məlum olur ki, həmsədr ölkə başçılarının bəyanatında göstərilmiş çağırışlar bilavasitə Ermənistana aiddir. Digər tərəfdən, Ermənistan ABŞ və Fransadan fərqli olaraq, Rusiya üçün strateji müttəfiqdir. Buna görə də, həmin faktora əsasən nəzərə almaq lazımdır ki, Rusiya prezidentlərin birgə bəyanatını imzalamaqla öz müttəfiqini gələcəkdə səhvlər etməkdən çəkinməyə çağırır. Axı, Azərbaycan torpaqlarının işğalı Ermənistana müsbət heç nə gətirmədi. Yuxarıda dediyim kimi, Ermənistan gerçəkləşdirilən regional layihələrdən kənarda qaldı, bu ölkə regionda Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan tərəfindən həyata keçirilən tədbir və layihələrdə iştirak edə bilmir.
Bununla əlaqədar, Ermənistanın daxilində baş verən hadisələrə görə, əhalinin vəziyyəti gündən-günə pisləşir. Son hesablamalar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvo vəziyyəti davam etdikcə, Ermənistan əhalisi 2020-ci ildə azalaraq cəmi 1 milyon olacaq. Bütün bunlar erməni dövlətinin məhv olmasına gətirib çıxaracaq. Məhz bu amilləri nəzərə alaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri diplomatik yolla Ermənistan rəhbərliyini öz ölkəsinin gələcəyi haqqında düşünməyə çağırırlar.
- Aydın müəllim, necə hesab edirsiniz, Rusiya tərəfinin münaqişənin həll olunmasında fəallıq nümayiş etdirməsi bu problem ətrafındakı status-kvonun dəyişməsinə gətirib çıxara bilərmi?
- Nəzərinizə çatdırım ki, əgər əvvəllər Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı iştirakında beynəlxalq və regional məsələlərdə yalnız öz mövcudluğunu bəyan etməyə çalışırdısa, indi o, Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsində maraqlı olduğunu ifadə edir. çünki Azərbaycan Rusiyanın bölgədə ən yaxın müttəfiqlərindən birinə çevrilməkdədir. Buna görə də, Moskva Bakı ilə olan əlaqələri itirmək istəmir və Azərbaycanın güclənməsində maraqlı olduğunu xüsusi vurğulayır.
Ermənistanla münasibətlərə gəldikdə isə, rus və erməni xalqları arasında tarixən mövcud münasibətləri nəzərə alsaq, Ermənistanın zəifləməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə gətirib çıxarır. Buna görə də, Rusiya bir tərəfdən Qarabağ probleminin tez bir zamanda nizama salınması yolu ilə Ermənistanın gələcəkdə bir dövlət kimi mövcud olmasını zəmanət altına almaq istəyir, digər tərəfdən isə Azərbaycanla münasibətləri korlamamağa çalışır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bütün şübhələrdən uzaq şəkildə, münaqişənin tərəflərinə birtərəfli yanaşma problemin həllinə kömək etməsə də, Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Belə ki, Qarabağ probleminin həlli Rusiya üçün cənub sərhədlərindəki gərginliyi aradan qaldırmaq, eləcə də, onun bu bölgədəki maraqlarının müdafiəsi deməkdir.
Xəbər lenti
Hamısına baxHadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17

