Əvvəl-axır Əli Kərimli də Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət imzalayacaq
04.07.2023 [15:00]
G.QABİLQIZI
Siyasət və ədəbiyyat bəzi hallarda bir-birindən kənar sahələr kimi xarakterizə edilir. Ancaq bir qədər keçmişə nəzər saldıqda bunun belə olmadığının fərqinə varmaq mümkündür. Hətta müstəqilliyimizin əldə olunmasında ədəbiyyat adamlarının rolu olduqca mühüm idi. Yeni dönəmdə isə siyasətə münasibət yeni kontekstdə təzahür edir. Azərbaycan reallığında cəmiyyət və xalqın etimad göstərdiyi siyasi qüvvə dövlətin və millətin mübarizəsi ilə seçilir. Bu mənada sadalanan faktorlara ən bariz nümunə Yeni Azərbaycan Partiyasıdır. Çünki xalqın partiyası olan Yeni Azərbaycan Partiyası 30 ildir bu etimadı doğruldur. Belə ki, YAP cəmiyyətin sosial məsələlərinin həllində iştirak edir və ümummilli problemimiz olan Qarabağ məsələsinin həllində iştirakı ilə yadda qalıb. Bu da cəmiyyətdə YAP-a olan inamı yüksəldib. Yüksək inamın nəticəsidir ki, bu gün cəmiyyətin müxtəlif sferasının nümayəndələri partiyanın sıralarına qoşulmaq üçün müraciət edir. Onlardan biri də şair Şəhriyar Del Geranidir...
- Partiyaya üzv olmaq barədə qənaətə necə gəldiniz və niyə məhz Yeni Azərbaycan Partiyası?
- Bu günlərdə Laçında səfərdə oldum. Duyğularım büsbütün durulandan sonra Laçının ən uca zirvəsindən göz işlədikcə uzanan dərələrə, yamaclara, sıldırım qayalara baxdım və içimdən həddən artıq təvazökar bir təşəkkür keçdi. Bu hissi Şuşada da keçirmişdim, Kəlbəcərdə də. Düşünürəm, bütün bu ikinci nəfəsi Azərbaycana bəxş edən Ali Baş Komandana, mübarək ruhlu şəhidlərə və qürur ünvanımız olan qazilərə, ordumuza təşəkkür düşür. Bu yolu dahi Heydər Əliyev başlatmışdı. Azərbaycanı min bir məşəqqətlərdən ucalığa aparan yolun tərkib hissəsi olmaq fəxarətdir. Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyim də bu yola olan ehtiramımın göstəricisidir.
- Bu addımınız yaxın ətrafınız tərəfindən necə qarşılandı?
- Yaxın ətrafım böyük hörmətlə qarşıladı. Uzaq ətrafım çaşqınlıqla. Ətrafımda olmayanlar isə narahatlıqla.
- Bəzən deyirlər ki, incəsənət adamları, şairlər, yazıçılar siyasətdən kənar olmalıdır, siz buna necə baxırsınız?
- Tam əksini düşünürəm. Yaradıcı adamlar siyasətin tam mərkəzində dayanmalıdırlar. Siyasət insanların düşündüyü kimi xoşagəlməz bir anlayış deyil. Siyasət də mübhəm bir yaradıcılıqdır.
- YAP-a üzv olmağınız çox adamın xətrinə dəyib deyə bir paylaşım da etmisiniz. Bu məsələylə bağlı problemi olanları canlı yayımda söhbətə dəvət etmisiniz. Orada Əli Kərimli və İsa Qəmbərin də adlarını qeyd etmisiniz. Onların bu məsələyə reaksiyası nə oldu?
- Papadan artıq katolik olmaq istəyənlər həmişə olub, olacaq da. Yad təsirlərə məruz qalmış əzik təfəkkür daşıyıcılarıyla polemikaya girməyə nə həvəs var, nə də üz. Ona görə qeyd etmişdim ki, lazım gələrsə bunu sizinlə yox, məsələn, İsa bəylə edərəm. İsa bəyə hörmətim var, qiyabi dostluq əlaqələrimiz var. Onun bədii təfəkkürünə də, milli düşüncəsinə də, savadına da rəğbətim olub həmişə. Polemikaya gərək olarsa, elə bunu İsa bəylə edərəm, hansısa 4-cü dərəcəli psevdointellektuallarla yox. O ki qaldı Əli bəyə, düşünürəm əvvəl-axır Əli bəy də Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət imzalayacaq. Proses ora gedir. Yaxın 20 ildə Azərbaycanla bütün dünya hesablaşacaq. Hamımız şahidi olacağıq bunun.
- Siyasəti öyrəndikdən və bu sahəyə bələd olduqdan sonra istiqamətinizi dəyişmək fikriniz var?
- Onu gələcək göstərəcək. Mənim işim Azərbaycanı sevmək, Azərbaycanı azərbaycanlılara sevdirmək, daha sonra Azərbaycanı və azərbaycanlıları bütün dünyaya sevdirməkdir. Mən öz siyasətimi sevgi üstündə, eşq üstündə qurmuşam. Sevgidən başlayaq, Allah da bizə tərəf gələcək. Allah belə haqdı…
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

