"Eurovision" mahnı müsabiqəsi ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası iflasa məhkumdur
24.05.2012 [00:45]
- Mübariz müəllim, artıq Bakı şəhərində “Eurovision” mahnı müsabiqəsinə start verilib. Bildiyimiz kimi, bəzi dairələr bu yarışmanı siyasiləşdirməyə çalışaraq ölkəmizin imicinə zərbə vurmağa cəhd göstərirlər. Necə hesab edirsiniz, həmin dairələr çirkin niyyətlərinə nail ola bildimi?
- ümumiyyətlə, “Eurovision” mahnı yarışmasında Azərbaycan təmsilçilərinin qələbə qazanması və bu yarışmanın ölkədə keçirilməsi bizim üçün mənəvi, siyasi baxımdan olduqca əhəmiyyətli hadisədir. ölkəmizdə bu nüfuzlu müsabiqənin keçirilməsi üçün yüksək hazırlıq işləri görüldü. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi musiqi yarışmasının yüksək səviyyədə keçirilməsi üçün qarşıda duran vəzifələri tam şəkildə həyata keçirib. Bu faktı tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici qonaqlar da etiraf edir, Avropa Yayım Birliyi də təşkilati işləri yüksək qiymətləndirir.
“Eurovision”un Bakıda keçirilməsi Azərbaycanın iqtisadi, siyasi uğurları ilə yanaşı bizim mədəniyyət sahəsində uğurlarımızın təbliği və təşviqi baxımından da əvəzolunmaz hadisədir. Amma “Eurovision” yarışmasının keçirilməsi ərəfəsində Azərbaycana qarşı “qara piar”ın aparılması göz önündədəir. Bizim bu yarışmadakı mənəvi-siyasi üstünlüyümüzdən kim daha çox narahat olur? İlk növbədə, narahlıq keçirən işğalçı Ermənistandır, erməni lobbisidir. çünki Azərbaycanın hər bir uğuru Ermənistan üzərində bizim üstünlüyümüzü təsdiq edir. Ona görə də, erməni lobbisi bundan narahat olur. Təbii ki, Azərbaycanın uğurundan narahat olan ermənilər bu yarışmaya mane olmaq, gözdən salmaq üçün bütün vasitələri işə salmışdılar.
Xarici mətbuatda da biz Azərbaycan əleyhinə yazılarda bu yarışmanın boykot edilməsinə çağırışlar eşidirdik. Amma həyat göstərdi ki, Azərbaycana başqa sahələrdə olduğu kimi bu sahədə də təzyiq etmək qeyri-mümkündür. çünki Azərbaycan bölgənin lider dövlətidir, güclü ölkədir, uğurlu siyasət həyata keçirir. Azərbaycan Prezidenti çevik bir siyasətlə Azərbaycana qarşı zərbələri dəf edir, ölkəmizin hədəflərini dəqiq müəyyən edib və bu hədəflərə çatmaq üçün düşünülmüş siyasət həyata keçirir. Ona görə də, “Eurovision” mahnı müsabiqəsinə qarşı aparılan kampaniya, deyərdim ki, həmin “qara piarı” təşkil edənlərin istədiyi kimi nəticələnmədi. Artıq yarışma başlayıb və uğurla davam edir.
Yenə də qeyd etmək istəyirəm ki, anti-Azərbaycan dairələrinin ölkəmizi gözdən salmaq cəhdləri istənilən nəticəni vermədi. Burada xüsusi olaraq, Azərbaycan Prezidentinin qətiyyətli siyasətini, “Eurovision” yarışmasına hazırlığın yüksək səviyyədə olmasını, Azərbaycan KİV-lərinin vətənpərvər hissəsinin fəaliyyətini vurğulamaq lazımdır. Yəni bütün bunların fonunda anti-Azərbaycan dairələrin ölkəmizə qarşı aparılan kampaniyasını dəf etdik. Ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti Azərbaycana qarşı zərbələri dəf etməkdə böyük rol oynadı.
- Bu musiqi yarışması ərəfəsində bəzi müxalifət partiyalarının qanunsuz aksiyalar keçirməsi həmin kampaniyanın tərkib hissəsi deyilmi?
- Bəli, ölkəmizin daxilindəki bəzi dairələr, radikal müxalifət yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. “Qara piar” kampaniyasının aparılmasında çox təəssüf ki, ökəmizin daxilindəki siyasi dairələr də iştirak etməkdədir. Bu dairələr anti-Azərbaycan kampaniyasında “beşinci kalon” rolunu oynamaqdadır. Onlar nəyin bahasına olursa olsun, Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində qanunazidd fəaliyyətə rəvac verilməsi və bunun davam etdirilməsi həmin dairələrin anti-Azərbaycan mahiyyətini bir daha göstərir. Əslində, vətənpərvərlik hissi olan dairələr bu ərəfədə siyasi proseslərdə daha çox milli maraqları gözləməli idi. Yəni şəhərimizdə qeyri-qanuni aksiyalara cəhd göstərmək əslində “Eurovision” yarışmasına xələl gətirmək, ölkəmizin müsbət imicinə hansısa formada ziyan vurulmasına göstərilən cəhddir. Əlbəttə, burada radikal dairələr istədiyinə nail ola bilmir və bilməyəcək də. çünki Azərbaycan xalqı onlara dəstək vermir və bundan sonra da verməyəcək.
- Qonşu İranda ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsinin əleyhinə olan çağırışları necə başa düşmək olar?
- Həqiqətən də, biz İranda müəyyən dairələrin “Eurovision” müsabiqəsi ilə əlaqədar yanlış fikirlər söylədiyini və bu yarışmaya mane olmaq üçün müxtəlif cəhdlər etdiyini görməkdəyik. çox qəribə situasiya yaranıb. Qərbdə erməni lobbisinin təsiri altında olan mətbu orqanlarda Azərbaycan əleyhinə yazıların getdiyi bir vaxtda, İranda da buna oxşar hərəkətlər edilməkdədir. Bütün bunlar onu göstərir ki, erməni lobbisi ilə İrandakı dairələr arasında sinxron əlaqə vardır və bu fəaliyyət bir mərkəzdən idarə olunur. Yəni İranda olan müəyyən dairələr və rejimin müəyyən qrupları əslində erməni lobbisinin hərəkətlərini təkrar etməkdə və yaxud sifarişlərini yerinə yetirməkdədir. Buna misal olaraq Təbrizdə Azərbaycan əleyhinə mitinqlərin təşkil olunmasını göstərə bilərik. Bu aksiyalarda səslənən fikirlər xarici mətbuatda erməni lobbisinin yazdırdığı yazılarla eyniyyət təşkil edir. Təbrizdəki aksiyaları təşkil edənlər o şəxslərdir ki, erməni lobbisi ilə bağlıdır, eyni zamanda, Azərbaycanın inkişafına qarşı olan, bölgədə ölkəmizin rolunun artmasından əndişələnən dairələrdir.
Əlbəttə, İranda ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olan, xoşagəlməz halları pisləyən qüvvələr də mövcddur. Onlar hakimiyyətdə də, parlamentdə də təmsil olunur. Eyni zamanda, İranda əhalinin yarısı milliyətcə azərbaycanlıdır. Onların da mütləq əksəriyyəti Azərbaycanın müstəqil dövlət kimi inkişafını dəstəkləyir. Həmçinin, İran daxilində demokratik əhval-ruhiyyəli darələr var ki, onlar Azərbaycanın demokratik inkişafının və imicinin yüksək olmasına tərəfdardır. Ona görə də, İrandakı anti-Azərbaycan qruplaşmaları keçmişə xidmət edənlərdir və onlar işğalçı Ermənistanla əməkdaşlıq edən qruplardır. Bu qruplar Azərbaycan - İran münasibətlərinə xələl gətirən qruplardır. Biz İran mətbuatında anti-Azərbaycan yazılarını təhlil etsək, oradakı tezislərin tamamilə yalana söykəndiyini söyləyə bilərik.
İranda keçirilən aksiyalarda iddia edilir ki, guya Azərbaycanda “gey-parad” keçiriləcək. Azərbaycan milli-mənəvi dəyərlərini üstün tutan ölkədir. Azərbaycan öz ərazisində belə tədbirlərə icazə verməyib, ümumiyyətlə, ölkəmizin ərazisində belə cəhdlər olmayıb. İranda bu cür düşünən və Azərbaycan əleyhinə çıxışlar edənlər yalana söykənirlər.
- Müsəlman dövləti olan İranın işğalçı Ermənistanla sıx əməkdaşlıq etməsinə münasibətiniz necədir?
- Təəssüf ki, islam dövləti olan İran bu gün minlərlə günahsız müsəlmanın qanını tökən, torpaqlarımızı işğal edən təcavüzkar Ermənistanla sıx əməkdaşlıq edir. Biz qonşu İrandan işğalçı dövlətə qarşı sərt addımlar atılmasını gözlədiyimiz halda İran Ermənistanla münasibətləri daha da gücləndirir. Bu ölkə Qarabağ məsələsi ilə bağlı sözdə bir şey deyir, amma əməldə başqa cür hərəkət edir. Azərbaycanın bölgədəki nüfuzu və rolu hamıya bəllidir. Azərbaycanın İranla bağlı siyasəti bu dövlətin hakim siyasi elitasına da bəllidir. Prezident İlham Əliyev bölgədə müstəqil siyasət yeridir və bu siyasətilə də dünyada tanınan liderdir. Müstəqil siyasətin ən bariz nümunəsidir ki, Azərbaycan İranla bağlı beynəlxalq müstəvidə təşkil olunan layihələrə yanaşmada münasibətlərimizi göz önünə alaraq hərəklər edir. Azərbaycan Prezidenti ən çətin vaxtlarda belə İran əleyhinə Azərbaycandan istifadə edilməyəcəyini bəyan edib. Dövlətimizin başçısı bu mövqeyinin üzərində həmişə dayanıb. Azərbaycan İranla imzalanmış müqavilələrə sədaqətini nümayiş etdirib. Amma Təbrizdə belə mitinqlərin təşkil edilməsi siyasi və əxlaqi baxımdan yolverilməzdir, iki dövlətin münasibətlərinə ziyan vuranların əməlləridir. Bu əməllərin arxasında biz erməni lobbisinin təsirini görməkdəyik.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

