“Yaşıl dünya naminə həmrəy olaq!”
07.05.2024 [10:10]
Bu çağırış COP29-un şüarı seçilib
Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Milli Məclis müvafiq qanunlar qəbul edib.
Görülən işlər nəticəsində ekologiyamızın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Lakin bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması da dünya dövlətlərinin ölkəmizin bu istiqamətdə səylərinin və töhfələrinin nəticəsidir.
Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməsilə əlaqədar dövlət başçısının müvafiq sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin birinci iclası keçirilib. Bu iclasda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilmişdi. Martın 7-də keçirilən ikinci iclasda isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib. Samir Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb.
Mayın 4-də isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib. Samir Nuriyev COP29-un loqosunun və şüarının müəyyən edildiyini diqqətə çatdırıb. Bildirib ki, COP29-un şüarı “Yaşıl dünya naminə həmrəy olaq!” kimi seçilib.
COP29-un və Liderlər Sammitinin Bakı Olimpiya Stadionunda keçiriləcəyini bildirən Təşkilat Komitəsinin sədri hazırda stadionda və ətrafında layihələndirmə, yerində hazırlıq işlərinin aparıldığını vurğulayıb. Samir Nuriyev tədbirdə iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktublarının göndərildiyini qeyd edib. Samir Nuriyev dövlətimizin başçısının “COP29 və Azərbaycan üçün yaşıl baxış” adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29 və iqlim dəyişikliyi məsələləri ilə bağlı ölkəmizin mövqeyini əks etdirən əsas istiqamətlərə dair məlumat verdiyini bildirib. Təşkilat Komitəsinin sədri ölkəmizin Dünya Bankının Vaşinqton yaz sessiyası və Petersberq İqlim Dialoqu da daxil olmaqla iqlim dəyişmələri sahəsində təşkil edilən mühüm beynəlxalq tədbirlərdə fəal surətdə iştirak etdiyini bildirib və iyun ayında keçiriləcək Bonn iqlim dəyişikliyi konfransına ciddi hazırlıq işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan Samir Nuriyev COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu diqqətə çatdırıb. Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını, xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.
Samir Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə görülmüş işlər barədə məlumat verib.
Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyi ilə bağlı hazırlıq prosesi, COP29 komandasının xarici ölkələrə səfərləri və keçirilmiş görüşlər barədə məlumat verib.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində görülən işlər barədə məlumat verib.
Səhiyyə naziri Teymur Musayev COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısının müəyyən edildiyini, tibb müəssisələrinin və təcili tibbi yardım xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinə səhiyyə könüllülərinin də cəlb olunacağını bildirib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva COP29-la bağlı parlament səviyyəsində aparılan işlər, o cümlədən Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı fəal əməkdaşlıq barədə məlumat verib.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri Həbib Mikayıllı Katibliyin fəaliyyəti, dövlət orqanlarının işinin əlaqələndirilməsi, COP29 prezidentinin komandasına institusional dəstəyin verilməsi və kommunikasiya məsələləri barədə çıxış edib.
Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor Elnur Soltanov Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri, eləcə də özəl sektor və gənclərlə aparılan iş barədə danışıb.
“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova iqlim dəyişmələrinə qarşı fəaliyyət zamanı innovasiya və smart texnologiyaların rolu barədə çıxış edib.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər, müxtəlif ölkələr və danışıqlar qrupları ilə aparılan müzakirələr və danışıqlar prosesinə hazırlıq barədə məlumat verib.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev COP29-da iştirak edəcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında çıxış edib.
“EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə COP29-da vətəndaş cəmiyyətinin rolundan və ekologiya ilə bağlı QHT-lərin tədbirdə iştirakının təmin olunmasından danışıb.
İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
Ümumiyyətlə, görülən işlər sübur edir ki, dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verəcək. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçiriləcək COP29 mühüm beynəlxalq platformaya çevriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

