İslam Əməkdaşlıq Təşkilatından çağırış...
07.05.2024 [10:20]
Ermənistan öhdəliklərini yerinə yetirməlidir!
Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.
Ceyhun Bayramov İƏT-in sammitində postmünaqişə dövründə vəziyyətlə bağlı məlumat verib
Hazırda İƏT 44 günlük Vətən müharibəsindən sonra Ermənistandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir. Belə ki, bu tələb mayın 4-də Qambiyanın Banjul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində səsləndirilib. Əvvəlcə qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu sammitdə iştirak edib. Tədbirdə çıxışı zamanı C.Bayramov sammitin mövzusuna - “Daha yaxşı gələcək üçün birlik və əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyini diqqətə çatdırıb. Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız islamofobiya meyilləri, habelə müqəddəs “Qurani-Kərim”in yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub. Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.
Ermənistanın işğalçı siyasəti dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırladan nazir Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb. C.Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib. Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.
COP29-a sədrliyimizdən bəhs edən nazir qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin əhəmiyyətini vurğulayıb.
Sammitin sonunda Yekun Kommunike qəbul olunub. Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.
İƏT-in 16-cı İslam Sammiti Azərbaycanda keçiriləcək
Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb. Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.
2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub. Kommunike, eyni zamanda, “Bakı Prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

