Hökumət-kilsə qarşıdurması
14.05.2024 [10:15]
Ermənistanda vətəndaş müharibəsinə səbəb olacaqmı?
Son günlər Ermənistanda daxili siyasi vəziyyət xeyli gərginləşib. Buna səbəb aprelin 19-da Azərbaycanla Ermənistanın Qazax rayonu istiqamətdə sərhədlərin müəyyənləşməsi və 4 kəndin geri qaytarılması ilə bağlı razılığın əldə olunmasıdır. Ermənistanda etiraz aksiyalarına Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. Qeyd edək ki, mayın 4-də Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən İrəvana doğru yürüşə başlayıb. Mayın 9-dan etibarən Ermənistan paytaxtında etiraz aksiyalarına start verib. Erməni kilsəsinin nümayəndələri də ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulub. Onlar da Azərbaycanın işğal olunmuş dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirlər.
Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Ermənistan polisi ötən gün səhər saatlarında İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda iştirak edən 88 nəfər saxlanılıb.
Dünən, həmçinin müxalifət tərəfdarları arxiyepiskop Baqratın çağırışı ilə İrəvanın küçələrini bağlamağa başlayıb. Aksiyaların davam etdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub. Ermənistan mediası və ekspertlər hərəkatın lideri arxiyepiskop Baqratı xaricdən aldığı pul müqabilində ölkədə vəziyyəti qarışdırmaqda günahlandırırlar.
Bir sıra ekspertlər hesab edir ki, Ermənistanda hökumət-kilsə qarşıdurması vətəndaş müharibəsinə çevrilə bilər. Nikol Paşinyan da etiraf edib ki, bütün ermənilərin katolikosu II Qaregin siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Köçəryandır: “Erməni keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Hələ 2021-ci ildə Robert Köçəryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib”. Keşiş Baqratın mitinqin gedişi zamanı bir müddət “yoxa çıxması” və onun Köçəryanla görüşə getdiyi barədə məlumatların yayılması bu ehtimalları artırır.
Nəzərə alaq ki, Qalstanyan da çıxışlarının birində II Qareginin xeyir-duası ilə dindarların etiraz aksiyasına qoşulduğunu bildirmişdi. Hadisələr göstərir ki, erməni din xadimləri baş nazir Nikol Paşinyanın sərhədlərin delimitasiyasına dair razılıqdan imtinaya məcbur etmək üçün aktivləşib. Bu yaxınlarda bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aram arasında telefon danışığının baş tutması da təsadüfi hesab edilə bilməz. Katalikoslar Ermənistandakı vəziyyəti, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı razılığı müzakirə ediblər. Bu fakt II Qaragenin təxribatların başında dayandığını təsdiqləyir. Hətta Paşinyanı devirdikdən sonra keşiş Baqratın baş nazir vəzifəsinə gətirilməsi planlarının olduğu da bildirilir. Ermənistanın keçmiş xarici işlər naziri, Robert Köçəryanın yaxın adamı Vardan Oskanyan da belə bir təkliflə çıxış edib. Onun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, keçid dövrü üçün baş nazir postuna ən uyğun namizəd məhz Baqrat Qalstanyan ola bilər. Yəni, “erməni diplomat” məhz hazırda kütləvi etiraz dalğasına liderlik edən keşişi Ermənistanın baş naziri kimi görür. Ermənistanda kilsənin siyasətə qarşımasını dəstəkləyənlər də var. Məsələn, müxalifətyönlü politoloq, “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyanın fikrincə, Ermənistanın hazırkı hakimiyyəti orduya, kilsəyə, diaspora və 1991-2018-ci illərdə müstəqillik tarixinə qarşı müharibə aparır: “Bu nifrət uzun müddət davam etdi, ona görə də itkilər çox böyük oldu. Artıq dayanmaq vaxtı çatıb. Nikol Paşinyan soruşur ki, kilsə niyə siyasi proseslərə müdaxilə edir? Cavab vermək lazımdır: Dövlət olmadıqda və ya dövlət öz ən mühüm vəzifələrini təmin etmədikdə kilsə siyasətə müdaxilə edir”.
Məsələ ondadır ki, etiraz aksiyasına rəhbərlik edən keşiş Baqrata erməni cəmiyyətində münasibət birmənalı deyil və onun əməllərini pisləyənlərin sayı kifayət qədər çoxdur. Erməni sosial mediasında keşişi “xarici agent”, “rüşvətxor” adlandıran xeyli insan var. Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan isə ölkədəki xristian kilsəsinin tarixini əfsanə hesab edir. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə də ittiham edib: “Xalqımız çox ağır tale yaşadı. Xalq bu fırtınalı dənizdə gəzmək üçün mif və stereotipləri məhv etməlidir. Dövlətçilik yaratmaqla qismən uğur qazansa da, 1700 illik mifi tamamilə məhv etməlidir”. Paşinyan tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir.
Beləliklə, görünən odur ki, R.Köçəryan və digər müxaliflər erməni xalqı arasında nüfuzunun olmadığı üçün kilsəni irəli verərək hakimiyyətə qarşı yönəldib. Onlar Paşinyanı bu yolla devirə biləcəklərinə ümid edirlər. Hadisələr onu da aşkara çıxardı ki, erməni keşişləri xarici dairələrin təlimatları əsasında qaranlıq layihələr həyata keçirirlər. Belə planlar isə kövrək olan sabitliyə təhdid olmaqla yanaşı, növbəti silahlı toqquşmalara zəmin yaradır. Xarici qüvvələrin erməni kilsəsindən kart kimi istifadə etməsi vəziyyəti daxili silahlı qarşıdurmaya gətirib çıxara bilər. Paşinyan hökuməti hələ ki, vəziyyətə nəzarət edə bilir. Lakin hakimiyyət xarici qüvvələrin müxalifət və kilsə ilə birlikdə cızdığı ssenariləri poza bilməsə, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

