Lui Bonu regionda səfərdədir
25.05.2024 [10:30]
ABŞ Cənubi Qafqazda sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirir
Nardar BAYRAMLI
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər sülh sazişi layihəsini müzakirə edir. Sonuncu dəfə bununla bağlı xarici işlər nazirləri arasında görüş 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində gerçəkləşib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində bir sıra beynəlxalq aktorlar da vasitəçilik təşəbbüs ilə çıxış ediblər. ABŞ da bu baxımdan bir sıra təşəbbüslərlə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi ilə bağlı üç görüşü ABŞ-da baş tutub. Bundan əlavə, ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, müxtəlif təşəbüsslərlə çıxış edirlər. Yeri gəlmişkən, hazırda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bölgədə səfərdədir. İlk olaraq İrəvanda olan Lui Bono Baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşüb. Görüşlədə əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması olub. ABŞ rəsmisi Azərbaycanda da səfərdə olacaq.
Xatırladaq ki, ötən həftənin sonlarında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ABŞ-da səfərdə olarkən bu məsələlər diqqət mərkəzində olub. Belə ki, Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Bu barədə Prezidentin köməkçisi “X” səhifəsindəki paylaşımında bildirmişdi: “Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz, həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”. Səfər çərçivəsində Hikmət Hacıyev həmçinin, ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə də görüşlər keçirmişdi.
Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan qarşıdakı mərhələdə regionda təhlükəsizlik arxitektirasının formalaşması istiqamətində addımlar atır. Bunu müşahidə edən dünya birliyi məsələnin mahiyyətini də obyektiv şəkildə dəyərləndirir. Azərbaycanın sülh üçün yaratdığı pozitiv imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məslənin real həllində maraqlı olan tərəflər həm də bu sülhün əbədiliyi və möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı və əbədi sülhü təbliğ edir. Bütün beynəlxalq aktorlar, o cümlədən da ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, pozitiv gündəliyə töhfə verilməsi birbaşa Azərbaycanın iştirakı ilə reallaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

