101 yaralı, 16 min dollarlıq sistem...
14.06.2024 [10:15]
İrəvanda nə baş verir?
Etiraz aksiyaları fonunda Paşinyanın təhlükəsizliyi gücləndirilir
Ermənistanda siyasi gərginlik davam edir. İyunun 12-də keşişBaqrat Qalstanyanın başçılığı ilə İrəvanda parlament binasının yaxınlığında növbəti etiraz aksiyası keçirilib. Buna səbəb həmin gün baş nazir Nikol Paşinyanın parlamentin iclasında iştiraketməsi olub. Paşinyanı devirmək istəyən etirazçılarla polis arasında arşıdurma yaranıb.
Ermənistanın Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, nəticəsi olmayıb. “Aksiya zamanı bəzi iştirakçılar Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində polisə butulka atıb, kordonu yarmaq istəyərkən isəpolisin dəyənək və qalxanlarını götürüblər”, - deyə nazirliyin məlumatında bildirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən qanunsuz hərəkətin adekvat cinayət mühakiməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
İyunun 12-də axşam saatlarında Ermənistan parlamentininbinası yaxınlığında baş verən toqquşmalarda 101 nəfəryaralanıb. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yaralılar arasında etirazçılarla yanaşı, polis əməkdaşlarının da olduğu bildirilib. Yaralanan polislərinsayı ən azı 17 nəfərdir. 85 nəfər ilkin tibbi yardımdan sonra evəburaxılıb, qalanları xəstəxanaya yerləşdirilib. Polis İrəvanınBaqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusivasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.
Ermənistan İstintaq Komitəsi isə kütləvi iğtişaşların təşkil imaddəsi ilə cinayət işi açıb. Komitədən KİV-ə verilən məlumatagörə, iyunun 12-də saat 19:30-da İrəvanda Baqramyan prospekti boyu polisin qanuni tələblərinə tabe olmayan etirazçılari ğtişaşlar törədib. Qeyd olunub ki, iğtişaşlar polisə qarşı güc tətbiqi ilə müşayiət olunub - onlara yumruq və təpik zərbələri endirilib, müxtəlif əşyalar atılıb. Hazırda bu ərazidə quraşdırılmış kameraların videoyazılarına baxış keçirilir, iğtişaşların təşkilatçıları və iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Bütün bunlara baxmayaraq, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatı iyunun 13-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini elan edib. Səbəb həmin gün Ermənistan hökumətinin həmin gün iclasının nəzərdə tutulması idi. Amma Baqratın bu çağırışından sonra hökumətin iclasının vaxtı dəyişdirilib.
Erməni mediası onu da yazır ki, baş verən hadisələr fonunda başnazir Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir. “Hraparak” qəzetinin məlumatına görə, hakimiyyət keşiş Baqratın başçılığı altında keçirilən aksiyaya məhəl qoymasa da, N.Paşinyanın təhlükəsizliyinə yönəlik tədbirləri artırır. Hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib. Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.
NARDAR
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

