Naxçıvan təxribatında kilsə izləri...
15.06.2024 [10:10]
Xarici güclər Ermənistanı tam nəzarətə almaq istəyir
Ermənistan ilə Azərbaycan arasındakı sülhün əsas komponentlərindən biri kimi xarakterizə olunan delimitasiya və demarkasiya prosesinin ilkin mərhələsinin uğurla icra edilməsi, təxminən 13 kilometrlik ərazidə sərhədlərin müəyyənləşməsi revanşistləri yenidən hərəkətə keçirib. Keşiş Qalstanyanın başçılığı altında başladılan anti-Paşinyan hərəkatının əsas məğzi bölgədə yeni siyasi münasibətlər sistemi formalaşdıracaq sülhə mane olmaqdır. Bir aydan artıqdır ki, İrəvan meydanlarında qarşıdurmaları körükləyən, insanları itaətsizliyə çağıran, mövcud hakimiyyətə qarşı etimadsızlıq tələb edən “kilsə hərəkatı” hələ ki, gözlə görünəcək uğur qazana bilməyib - bunun əsas səbəbi isə, cəmiyyətin sülh və barışığı dəstəkləməsidir. Xüsusilə, sosial şəbəkələrin erməni seqmentində yer alan fikirlər onu deməyə əsas verir ki, kilsənin sülhə qarşı başlatdığı bu təxribatçı “hərəkat”ın Ermənistanın sonu ola biləcəyi ehtimalı belə irəli sürülür.
Yenə sərhəd təxribatı...
Maraqlıdır ki, meydanlarda uğur qazana bilməyən kilsə və ətrafındakı revanşist “cəbhə” yenidən ənənəvi metoda əl atır - Azərbaycana qarşı silahlı təxribatlara start verilib. Artıq günlərdir ki, Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur. Son hal kimi iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Vurğulandığı kimi, Ermənistanın bir ay ərzində sülh imzalanmasının mümkünlüyü ilə bağlı mövqe sərgiləməsi, ardından isə bu kimi təxribatlara əl atması qəribə bir mənzərə formalaşdırır - ya, son dövrlərdə Qərblə yaxınlaşmaqda olan İrəvan özünün olmayan “dişini” qıcamaq kimi sərsəm bir fikrə düşüb, ya da, sülhə mane olmaq istəyən kilsə nəzarətindəki ordu birliyi başçılarını yenidən “fəaliyyətə gətirib”...
Kilsənin nəzarətindəki erməni ordusu
Siyasi mütəxəssislərin fikrincə, Ermənistanda kilsənin və revanşist müxalifətin sürətlə “ordu akvatoriyası”ndan uzaqlaşdırılması prosesi getsə də, bu kadrlar tam təmizlənməyib. Başqa sözlə, illərdir ki, kilsənin sifariş və göstərişlərini əsas götürən bəzi ordu komandanlarının, yüksək rütbəli zabitlərin Ermənistandakı daxili vəziyyəti çıxılmaz hala gətirmək istəyi bu təxribatların əsas istiqamətləndiricisi ola bilər. Bununla yanaşı, həm Azərbaycanla münasibətlərin hazırki normallaşmağa istiqamətlənən vəziyyətini dəyişmək, həm də Paşinyan üzərində kilsə basqısı yaratmaq üçün belə təxribatlara əl atılması ehtimalı da istisna edilmir. Diqqət yetirsək, bu ilin fevralında orduda “təmizlik” aparan hazırki hakimiyyətin əsas hədəfi arasında məhz ötən illərdə “kilsə-iqtidar” birliyinə sadiq olan rütbəli zabitlərin işdən kənarlaşdırılması daha çox yer alıb. Məsələn, Silahlı Qüvvələrin Baş Qərargah rəisinə 3 yeni müavini təyin edilib, 3 idarə rəisi dəyişdirilib. 30 ildən artıq Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə çalışmış birici müavin, 61 yaşlı general-leytenant Kamo Koçunts isə istefaya göndərilib. Xatırladaq ki, Koçunts da kilsənin xidmətində olan generalitetdən sayılır. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışan, 9 iyun 2000-ci ildə Baş Qərargah rəisinin müavini, 14 yanvar 2002-ci ildə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi təyin edilən Koçuntsun vəzifə nərdivanında irəliləməsində də kilsənin rolu böyük olub. Onun xüsusilə katalikos II Qaregin ilə münasibətləri haqda erməni mətbuatında kifayət qədər məlumatlar yer alır.
Beləliklə, kilsə kadrlarının ordudan təmizlənməsi prosesi hazırki hakimiyyətin əsas qayəsidir - qeyd edək ki, Ermənistan mətbuatı bu dəyişikliklərin çoxdan planlaşdırıldığını yazsa da, kilsənin nüfuzunun köhnə kadrlarla vidalaşılmasına, yeni şəxslərin ordunun başına gətirilməsinə maneçilik törətdiyi bildirilirdi. Xatırladaq ki, bu il fevralın 12-13-də məhz Azərbaycanla sərhəddə baş vermiş silahlı insident Nikol Paşinyan hökumətinə orduda kadr dəyişiklikləri həyata keçirməyə fürsət yaratmışdı - Koçunts işdən çıxarılmışdı. Beləliklə, siyasi hakimiyyət kilsənin və revanşist müxalifətin nəzarətindən kənar hərbi elita formalaşdırmaq niyyətini ortaya qoymuşdu. Beləliklə, Paşinyan ən çox ehtiyat etdiyi hərbi çevriliş ehtimalını aradan qaldırmağa çalışırdı.
Xarici təsir amili...
Amma deyəsən, görülən işlər yetərli olmayıb - hazırda daxili sferada kritik vəziyyət yaranıb. Xüsusilə, revanşistlərin İrəvan küçələrində polislə açıq qarşıdurmalara getdiyi, xarici təsirlərin gücü ilə Ermənistanın siyasi hakimiyyətini sülhdən yayındırmaq istəyinin gücləndiyi bir dövrdə həssas nöqtə sayılan Naxçıvan istiqamətindən ard-arda bu kimi təxribatların törədilməsi, atəş açılması birmənalı qarşılana bilməz. 2022-ci ilin noyabrında Paşinyanı devirmək cəhdi baş tutmayan kilsə yeni metoda əl atmışdı - əgər həmin dövrdə kilsə daha çox revanşist müxalifətin cızdığı trayektoriya ilə hərəkət edirdisə, bu gün rollar dəyişib. Erməni kilsəsinin təşkil etdiyi mitinqlər onu göstərir ki, katalikos Qaregin müxalifəti ofsayda salır, hətta ordu daxilindəki “son kartlarını” belə ortaya qoyur. Bu, siyasi dairələrdə kilsənin son oyunu kimi dəyərləndirilir - bu qarşıdurmanın sonunda ya kilsə birdəfəlik siyasi proseslərdən uzaqlaşdırılacaq, ya da...
Paşinyan həm də bir reallığı dərk etməlidir - nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əsassız iddialar yer alacaq, istər xarici güclər, istərsə də daxili revanşistlər bundan yararlanmağa çalışacaq, bölgədə müharibə təhdidi səngiməyəcək. Paşinyan bu kimi silahlı təxribatların, siyasi oyunların başa çatması üçün, ilk növbədə Ermənistanın özünün gələcəyi üçün Konstitusiyanın dəyişdirilməsi prosesini ləngitməməlidir.
Qeyd edək ki, baş verənlərin ardında xarici təsirlərin dayanması sirr deyil - xaricdəki anti-Azərbaycan və anti-Türkiyə mərkəzləri, hətta bəzi dövlətlər hər zaman erməni kilsəsinin “xidmətlərindən” istifadə ediblər. Bu dəfə də kilsəyə müraciətin əsasında məhz bu amilin dayanması inandırıcıdır. Erməni xalqının inam və etibarını qazana bilməyən müxalifət, revanşist qüvvələri prosesdən kənarlaşdıraraq yalnız II Qaregindən Paşinyana qarşı istifadə olunması, həm də Qərbin son oyunudur - onlar bu yolla kilsəni də zərərsizləşdirirlər. Yəni, hakimiyyətlə kilsəni üz-üzə qoyan qüvvələr prosesin əsas idarəedicisi olduqlarını sübuta yetirirlər. Özünü Paşinyana “dost göstərən” bu qüvvələrin daxili balansı qoruması həm də hər iki tərəf üzərində təsirini açıq şəkildə nümayiş etdirməsidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

