Yeni Dünya Müharibəsi ehtimalı...
19.07.2024 [10:40]
Qlobal qarşıdurma riskləri get-gedə artır
Ukrayna - Rusiya müharibəsinin arxada qalan iki ildən artıq dövrü hərbi əməliyyatlarla yanaşı, siyasi prosesləri də gərginləşdirdi. Zaman-zaman ortaya çıxan nüvə ritorikası, geniş sanksiyalar paketləri, qütbləşmə təhdidi və bu kimi situasiyalar qlobal qarşıdurma risklərini artırır. Bu isə öz növbəsində qlobal müharibə deməkdir - başqa sözlə, III Dünya müharibəsi ehtimalı artmaqdadır. Bu məsələ bir çox siyasətçilər, hətta dövlət xadimləri və rəhbərləri tərəfindən müzakirə predmetinə çevrilir. Mütəmadi dəyişən beynəlxalq siyasi kombinasiyalar isə özlüyündə bir reallığı tam şəkildə ortaya qoyur - qlobal təhlükəsizlik və geniş anlamda sülh məsələsi məcburən ikinci plana adladılır. Macarıstanın sülhpərvər mövqeyinin Aİ tərəfindən sabotaj edilməsi, Qərbin sülh məsələsində baryer yartmaq üçün ard-arda etdiyi cəhdlər, hətta qlobal qarşıdurmanın sərhədlərinin genişləndirilməsi uğrunda aparılan fəaliyyət bunu deməyə əsas verir...
Verilən qərarlar sülhü təşfiq etmir...
Ötən əsrdə yaşanan iki dünya müharibəsinin acı nəticələri hələ də həm yaddaşlardan, həm də dünya xəritəsindən silinməyib. Xüsusilə, II Dünya müharibəsinin dünyaya vurduğu psixoloji-mənəvi zərbələr hələ də xatırlanır. Maraqlıdır ki, bundan daha çox əziyyət çəkən məhz Qərb, konkret desək, Avropa olmuşdu. Müharibənin real nəticələrini bir kənara qoysaq, bütün Avropa məkanı böyük əziyyətlə və böyük zaman kəsiyində yeni özünübərpa prosesi adladı. Dağıdılan şəhərlər, mədəni inkişafın bir neçə onillik gecikməsi, hətta beynəlxalq münasibətlər sisteminin təmərküzləşməsi üçün gərəkən illər bunu təsdiqləyir - nəzərə alsaq ki, qarşı - qarşıya durmuş hərbi güclərin hazırki arsenalı daha geniş və yeni texniki parametrlərə əsaslanır, budəfəki dağıntıların və qurbanların miqyası haqda indidən faciəvi proqnozlar vermək mümkündür.
Təəssüfləndirici haldır ki, dünya ölkələrinin qlobal qarşıdurmanın bir addımlığında dayanması bütün kriteriyalar üzrə təsdiqlənməkdədir. Son dövrlərdə Qərbin tutduğu mövqeyə radikal ştrixlərin əlavə olunması bunu deməyə əsas verir. Xüsusilə, Ukraynaya yardımın həm maddi, həm təchizat, həm texniki səviyyəsi genişləndikcə, bu amil özünü daha qabarıq hiss etdirməkdədir. Təsadüfi deyil ki, NATO-nun Vaşinqton sammitində verilən qərarlar heç də sülh və təhlükəsizlik parametrləri ilə uyğunluq təşkil etmədi - əksinə, daha yüksək təchizatın Kiyevə təslim edilməsi, üstəlik hava hücumunun genişlənmə imkanlarının tanınması yəqin ki, miqyası da böyüdəcək.
Dünya müharibəsinin hazırlıq mərhələsi...
Yeri gəlmişkən, Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar da bu məsələyə toxunub. O bildirib ki, bir növ 3-cü Dünya Müharibəsi başlayıb: “Müharibə dediyimiz 3 mərhələdən ibarətdir. Hazırda hazırlıq mərhələsindəyik”.
Dünyanın, xüsusilə Avrasiyanın yeni dönəmdə ən strateji imkanlara malik hərbi-siyasi aktorlarından sayılan rəsmi Ankaranın aparıcı hərbi simalarından birinin ifadə etdiyi bu fikirlər vəziyyətin ciddiliyini sübut edən arqumentdir. Yeni dünya düzəninə siyasi-iqtisadi imkanları ilə müdaxilə etmək imkanlarından geri düşmüş bir sıra ölkələr bu və ya digər şəkildə “qlobal idarəetmə ansamblı”ndan kənarda qalmamaq üçün müharibə yolunu seçir. Məsələn, artıq aylardır ki, Fransa Ukrayna-Rusiya müharibəsi kontekstində özünün hərbi imkanlarından daha böyük idd?alarla çıxış etməkdədir. Canlı qüvvə yardmı və ya hərbi hücum avadanlıqları göndərmək kimi avantürist təkliflər Avropanın praqmatik düşüncəli dövlət başçıları tərəfindən bloklanır - hətta, təkzib edilir. Hər kəs düşünür ki, qlobal qarşıdurmada Qərbin Ukraynanı dəstəklədiyi qədər qarşı tərəfin də maraqlarından çıxış edəcək qüvvələr peyda olacaq və bu birmənalı şəkildə istisna edilmir. Uzaq Şərqdən, ta ki Avropanın mərkəzinə qədər siyasi parçalanma daha böyük problemlər yaradacaq. Burada məsələyə yalnız siyasi və ya hərbi müstəvidə yanaşma sərgiləmək doğru deyil - məsələn, iki il öncə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edən, özü üçün alternativ enerji mənbələri axtarışına çıxan Avropanın yaşadığı çətinliklər göz önündədir. İndiki halda, vəziyyətin daha da dramatikləşməsi daha kritik risklərə yol aça bilər - bundan ən çox əziyyət çəkəcək coğrafiya isə birmənalı şəkildə Qərb, konkret Avropa olacaq.
Yeni situasiya yarana bilər
Hulusi Akarın “hazırlıq mərhələsindəyik” fikrinin altındakı şifrə həm də bu qlobal qarşıdurmanın qarşısının alınması imkanlarının tükənmədiyini ortaya qoyur. Başqa sözlə, beynəlxalq aləmin məsələ ilə bağlı soyyuqanlı davranış sərgiləməsi ehtimalı hələ də öz aktuallığını qorumaqdadır - xüsusilə, Macarıstanın Aİ-yə sədrliyi dönəmi sülh üçün əsl stimul ola bilər. Eyni zamanda, bəzi siyasi analitiklərin proqnozuna görə, dünya müharibəsi v? ya qlobal qarşıdurmanın yeni mərhələsi payızdan sonra - dekabr ayında daha real şəkildə təhlil edilə bilər. Məhz həmin dövrdə həm beynəlxalq siyasi situasiyada bəzi oturuşmalar öz həllini tapacaq ki, burada da ən aparıcı ünsür kimi ABŞ-da keçiriləcək prezident seçkiləri diqqətə alınır. Nəzərə almaq gərəkir ki, yeni dönəm prezidentlik üçün seçim marafonuna qatılmış respublikaçıların namizədi Donald Trampın və komandasının Rusiya-Ukrayna müharibəsinə baxışı hazırki iqtidardan fərqlidir. Ən azından Ukraynaya genişmiqyaslı dəstək məsələsində daha ehtiyatlı davranış tələb edən iddiaçı tərəfin düşüncəsinə görə, ABŞ-ın bu mübarizədə açıq tərəf olması həm dövlət maraqları, həm də maddi mənafe baxımından Vaşinqton üçün sərfəli sayıla bilməz. Onlar daha çox müharibənin inkdiki şərtlər üzrə dondurulmasının və beynəlxalq qanunvericilik müstəvisində masa arxasında müzakirəsinin tərəfdarı kimi çıxış edirlər. Qeyd edək ki, bu təklif və ya mövqe Avropa məkanında da bəzi ölkələr tərəfindən bu və ya digər şəkildə dəstəklənir.
Nüvə ehtimalı...
Dünya müharibəsi ehtimalı son olaraq göz önünə qarşı tərəflərin təhdidlərinə diqqət yetirməyi də tələb edir. Burada isə nəzərə çarpan ən əsas detal nüvə təhlükəsi məsələsidir. Müharibə başlayan gündən etibarən Qərbin kəskin bəyanatlarına qarşı özünün nüvə imkanlarını “təqdim edən” Kreml kompakt hücuma qarşı müdafiə strategiyasını müəyyənləşdirmiş kimi görünür. Düzdür, rəsmi Moskva bu iddiaları, nüvə silahından istifadə ehtimallarını təkzib etsə də, son müdafiə şansı kimi bu variantı dəyərləndirməyəcəyini də söyləmək olmaz. Nüvə məsələsinin hətta “müzakirə mövzusu”na çevrilməsi belə ondan istifadənin mümkünlüyünü şərtləndirir. Tərəflərdən hansının bu addımı atacağından asılı olmayaraq, nüvə silahından istifadə bütün dünyanı qarşı-qarşıya qoyacaq. Nəticə isə yəqin ki, heç kimin xeyrinə olmayacaq... Nüvə döyüşlərinin qalibi olmur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

