/ / Bakıda “Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda Beynəlxalq simpozium işə başlayıb
Bakıda “Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda Beynəlxalq simpozium işə başlayıb
18.10.2012 [00:01]
AzərTAc xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Yahad-İn-Unum Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak ediblər. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, beynəlxalq simpozium Azərbaycanın İkinci Dünya müharibəsində roluna həsr olunub. Elm tariximizdə, hətta dünya tarixşünaslığında ilk dəfədir ki, Qafqazda Holokostun önlənməsində Azərbaycanın və xalqımızın rolu məsələsi müzakirə edilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsi bəşəriyyətin ən qanlı, ən dəhşətli, ən fəlakətli müharibəsi olaraq tarixə düşüb. Bu dəhşətli müharibənin başa çatmasından bizi 67 il ayırır. Ötən müddətdə dünyanın müxtəlif sənət sahibləri -tarixçilər, siyasətçilər, filosoflar, politoloqlar bu müharibənin müxtəlif aspektlərini araşdırıblar. Faşist Almaniyasının milli, dini, irqi ayrı-seçkilik və üstünlük ideologiyası əsasında başlanmış müharibənin bəşəriyyətə gətirdiyi fəlakətlər, onun səbəbləri, gedişi, qalib gələcəyi təqdirdə bəşəriyyətin taleyinin necə olacağı məsələləri tədqiq edilib.
Tarixdə bu dərəcədə qanlı müharibənin baş vermədiyini bildirən Əli Həsənov deyib ki, İkinci Dünya müharibəsindən 100 il də keçsə, bəşəriyyət bu müharibəni araşdıracaq, ondan ziyan çəkmiş xalqları, millətləri yada salacaqdır. Biz tarixi ona görə öyrənirik ki, gələcəkdə bu cür hadisələr təkrar olunmasın. Keçmiş, bu gün və gələcək arasında körpü insanlığa ona görə lazımdır ki, o, keçmişdə yol verdiyi səhvləri gələcəkdə təkrar etməsin, gələcəyini qurarkən keçmişin səhvlərini nəzərə alsın: “Biz yəhudi vətəndaşlarımızla fəxr edirik, onların müvəffəqiyyətlərinə sevinirik. Yəhudilər Azərbaycan xalqı ilə çiyin-çiyinə verərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş və edirlər. Azərbaycan özü də həm İkinci Dünya müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə etnik, dini və milli ayrı-seçkilik üzərində qurulmuş siyasətin qurbanı olub. Zamanın müxtəlif dövrlərində milli mənsubiyyətinə, müsəlman, türk olduğuna görə xalqımızın nümayəndələrinə qarşı soyqırımı törətmiş ermənilər haqqında dünya kifayət qədər məlumatlı deyildir. Azərbaycanın Xocalı şəhərində kimsəyə aman vermədən bir gecənin içində 613 insanı qətlə yetirmiş ermənilər ilə Holokost faciəsini törətmiş faşistlər arasında heç bir fərq yoxdur”.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikası özünün tolerantlığı ilə qürur duyur və fəxarət hissi keçirir. Azərbaycan dövlətinin və xalqının ideologiyası ondan ibarətdir ki, etnik, milli, dini ayrı-seçkilik üzərində qurulmuş ideologiyaya qarşı biz etnik, milli, dini tolerantlıq ideologiyasını qoyuruq. Respublikamızda yaşayan bütün xalqların nümayəndələri bizim ümumi mədəniyyətimizin sintezini təşkil edir. Bütün bu xalqlar Azərbaycan dövlətçiliyi ilə qürur duyur və azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Onlar Azərbaycan dövlətini öz dövlətləri, sərvətini öz sərvəti sayır, xalqımızın kədərini, sevincini bölüşürlər.
Tədbirdə Yahad-İn-Unum Assosiasiyasının prezidenti Patrik Desbois, Holokost Ətraflı Araşdırmalar Mərkəzinin direktoru Pol Şapiro Holokost faciəsi və bu faciə ilə bağlı aparılan tədqiqatlardan, görülən işlərdən danışıblar.
Simpozium oktyabrın 18-də işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

