İkili standartlar Avropaya nə qazandıracaq?
07.08.2024 [13:12]
Klaardan Aİ-nin reputasiyasına daha bir zərbə
Mübariz ABDULLAYEV
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar “JAM news” media resursuna müsahibə zamanı yenə də öz ampluasında qalaraq növbəti dəfə ermənipərəstliyini nümayiş etdirib. O, “Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğu, “Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal olduğu barədə absurd fikirlər səsləndirib. Sabiq xüsusi nümayəndənin reallıqla bir araya sığmayan fikirləri qəbuledilməzdir və ölkəmizdə etirazla qarşılanıb. Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vasif Əliyev Toivo Klaarın səsləndirdiyi fikirləri şərh edərək ona kəskin münasibətini bildirib. Həmçinin Qərbi Azərbaycan İcması bəyanat yayaraq Toyvo Klaarın ölkəmizlə bağlı qərəzli fikirlərinin əsassız oldyğunu diqqətə çatdırıb.
Toivo Klaar növbəti dəfə erməni yançısı rolunda
Ayrı-ayrı Avropa ölkələrinin və təsisatlarının İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə təcavüzkar Ermənistana hərtərəfli dəstək vermələri hər kəsə yaxşı məlumdur. Beynəlxalq hüquq normaları qonşu dövlətin ərazilərini zor gücünə işğal altına alan ölkənin sərt şəkildə cəzalandırılmasını tələb edir. Lakin biz otuz il ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini zəbt edən, oradan bir milyondan artıq soydaşımızı öz ev-eşiyindən didərgin salan Ermənistana münasibətdə cəza tədbirlərinin görülməsinin, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin şahidi olmadıq. Əksinə təcavüzkar Ermənistanla təcəvüz qurbanı olan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyulurdu. Belə ikili yanaşma işğalçını yeni ərazilər ələ keçirməyə ruhlandırırdı. Bu ölkə hətta özündə cəsarət taparaq BMT-nin dörd məlum qətnaməsini yerinə yetirmədi. Nəticədə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etmək məcburiyyətində qaldı.
Postmüharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqlar regionda davamlı sülhə və faydalı əməkdaşlığa nail olmaq üçün geniş perspektivlər açıb. Bu fürsət pəncərəsindən maksimum dərəcədə səmərəli şəkildə istifadə olunmalıdır. Cənubi Qafqaz coğrafiyası onilliklər ərzində təhlükələrdən, müharibə risklərindən əziyyət çəkən bölgədir. İndi isə bu səhifəni bağlamaq mümkündür. Hazırda Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Beynəlxalq təşkilatlar, o cümlədən də Avropa İttifaqı xoş niyyətdən çıxış etməklə sülhyaratma prosesini sürətləndirə bilərlər. Ancaq Toivo Klaarın bəhs olunan müsahibəsində ifadə olunan absurd fikirlərdən o qənaət hasil olur ki, bəzi Avropa təsisatlarının təmsilçiləri yenə də ermənilərə yandaşlıq etmək ənənələrindən geri dönmək istəmirlər. O, müsahibəsində iki məsələdən danışır - Qarabağda yaşamış və oranı könüllü tərk etmiş ermənilərin geri qaytarılmasından və zamanında Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma yurd yerlərinə dönməsindən. Ancaq Aİ-nin sabiq xüsusi nümayəndəsinin bu iki məsələyə yanaşması sırf subyektiv mülahizələrdən, daha dəqiq desək, onun ermənipərəstliyindən qaynaqlanır. Görəsən, Azərbaycanın hansısa öhdəliyindən bəhs edən T.Klaar hansı səbəbdən Ermənistanın öhdəliklərini xatırlatmağa lüzum görmür. Halbuki mənzərə tam fərqlidir. T.Klaar iki ölkənin məsuliyyətinə və öhdəliklərinə bilərəkdən səhv yozum verir. Bunu diqqətə çatdıran Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vasif Əliyev şərhində vurğulayıb: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir”.
Azərbaycan dövlətinin erməni əhalinin Qarabağda yaşamasına münasibəti bəllidir. Ölkəmizin mövqeyi dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Bizim erməniləri Xankəndidən və digər yaşayış məntəqələrindən zorla çıxarmaq kimi bir niyyətimiz və məqsədimiz olmayıb. Yeganə tələbimiz o olub ki, ölkəmizin ərazisində yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikamızın suverenliyinə hörmət bəsləməlidirlər. Burada beynəlxalq hüquqdan kənar heç nə yoxdur. Hansı dövlət onun ərazisində qanunlarına tabe olmayan insanların yaşamasına razılıq verər? Əlbəttə ki, heç bir suveren dövlət bunu qəbul etməz. T.Klaar uzun müddət Aİ-də məsul vəzifə daşıyıb, indi səfir vəzifəsinə təyinat alıb. O bu kimi həqiqətlərdən, hüquq normalarından bixəbər olan birisi deyil. Belə isə bəs nə üçün əsassız şəkildə Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərin hüquqlarının müdafiəsinə qalxır? “Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.
Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi, ilk növbədə, Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir”, - deyə Vasif Əliyev vurğulayıb.
Etnik və dini əsasda ayrı-seçkiliyin sübutu
T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edib və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu isə tanımayıb. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulayıb. Aİ - nin sabiq rəsmisinə sual edirik: Ermənilərə müstəsnalıq verilməsi hansı məntiqə əsaslanır? Burada hansısa bir məntiq, izah tapmaq mümkün deyil. Göründüyü kimi, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad edib. Qərbi Azərbaycan İcması yaydığı bəyanatda çox doğru olaraq bunu etnik və dini əsasda ayrı-seçkiliyin sübutukimi dəyərləndirib. “Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur”, - deyə sənddə qeyd olunub.
QAİ-nin bəyanatında bildirldiyi kimi, Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir. Məlumdur ki, hazırda sülhyaratma prosesi Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda aparılan müzakirələr çərçivəsində irəliləyir və müəyyən razılaşmalar əldə olunub. Prosesin tamamlanması üçün Ermənistan Azərbaycanın bir neçə zəruri şərtinə əməl etməlidir. T.Klaar kimi rəsmilər həqiqətən Cənubi Qafqaza sülh gəlməsini istəyirlərsə, məhz Ermənistanı real addımlar atmağa sövq etməlidirlər. Aİ-nin sabiq rəsmisinin Ermənistanın özünün də gündəliyindən çıxardığı bir məsələnin reanimasiyasına uğursuz cəhdlər göstərilməsi isə bir daha onun xoş niyyətdən uzaq olduğunu ortaya qoyur. “Qərbi Azərbaycan İcması Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir”, - deyə QAİ-nin bəyanatında vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

