Silahlanma yarışı...
24.08.2024 [10:15]
Harrisin vədi: Dünyanın bir nömrəli ordusunu yaradacağam
ABŞ-də cari il noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyi rəsmən təsdiqlənən vitse-prezident Kamala Harris seçki marafonuna nisbətən gec qoşulmasına rəğmən, böyük sürət yığmağa nail olub. Başlanğıcda Respublikaçılar Partiyasının namizədi Donald Trampla müqayisədə “zəif bənd” təsisi bağışlayan vitse-prezident marafonda inamla irəliləyərək artıq rəqibindən önə keçib. Bu günlərdə “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdikləri sorğunun nəticələri açıqlanıb. Sorğu iştirakçılarının 46 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, 43 faizi isə Trampa üstünlük verib. Eyni zamanda, Kamala Harrisin seçki qərargahı bir ay ərzində təxminən 500 milyon dollar vəsait toplamağa nail olub. Bildirilir ki, Harrisin və seçki yarışından çəkilən Prezident Cozef Baydenin topladığı vəsaitin ümumi məbləği 1 milyard dolları ötüb. Donald Trampın seçki qərargahında isə ümumilikdə 327 milyon dollar vəsait var.
Analitiklər bildirirlər ki, Harrisin qısa müddətdə seçki marafonunun liderinə çevrilməsi onun komandasının görüşlərə yaxşı hazırlaşması, həmçinin vitse-prezidentin verdiyi vədlərlə bağlıdır. Kamala Harris sanki ABŞ cəmiyyətinin nəbzini tutaraq vədlərini verir ki, bu da onun populyarlığını artırır. O cümlədən Kamala Harrisin son olaraq ordu quruculuğu ilə bağlı vədi də böyük rezonans doğurub. Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib. Kamala Harrisin bununla bağlı fikirləri müxtəlif baxış bucaqlarından, o cümlədən də dünyadakı mənzərə nəzərə alınmaqla dəyərləndirilir.
Dünya üzrə sürətlə silahlanma yarışı
Hazırda dünya miqyasında sanki bir sürətlə silahlanma yarışı gedir. 2023-cü ildə qlobal hərbi xərclər 2022-ci ilə nisbətən 6,8 faiz artaraq 2,443 trilyon dollara çatıb. Bu, 2009-cu ildən bəri ən böyük artım olub. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı hesabatda bildirilib. Sənəddə qeyd olunub ki, müharibə, artan gərginlik və qeyri-müəyyənlik fonunda qlobal hərbi xərclər artır. Artım bütün regionlarda - Avropada, Asiyada və Okeaniyada, eləcə də Yaxın Şərqdə müşahidə olunub. Ötən il ümumi hərbi xərclər qlobal ÜDM-in 2,3 faizini təşkil edib. Bu sahədə ən çox vəsait xərcləyən ilk beş ölkə ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub. Qlobal hərbi xərclərin 61 faizi bu ölkələrin payına düşüb. Qlobal reytinqin zirvəsində olan həm ABŞ, həm də Çin 2023-cü ildə hərbi xərclərini artıraraq müvafiq olaraq bu sahəyə 916 milyard və 296 milyard dollar ayırıblar. 2023-cü ildə Rusiyanın hərbi xərcləri 24 faiz artaraq 109 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 57 faiz çoxdur. Hindistan ən böyük hərbi büdcəyə malik ölkələr arasında dördüncü yerdə qərarlaşıb: Bu ölkə hərbi məqsədlərə 83,6 milyard dollar xərcləyib ki, bu da 2022-ci illə müqayisədə 4,2 faiz çoxdur.
Bütövlükdə, hazırda ABŞ dünyanın ən güclü orduları sıralamasında ilk onluğun ön s?rasında gəlir. Onluğu ardıcıllıqla Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya tamamlayır. Qardaş Türkiyə bu sıralamada 11-ci yerdə qərarlaşıb.
ABŞ-nin iddiaları
“The New York Times” qəzetinin məlumatına görə, Harris ordu quruculuğu strategiyasını Çikaqoda keçirilən Demokrat Partiyasının Milli Qurultayında çıxışı zamanı bildirib. “Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm”, - deyə Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razılıq verdiyi çıxışında deyib Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib.
Vitse-prezidentin indiki həssas dönəmdə “bir nömrəli ordu” quruculuğundan bəhs etməsi təsadüfi deyil. Bununla o həm ABŞ cəmiyyətində öz reputasiyasını yüksətməyə çalışıb, həm də bütövlükdə ABŞ-nin iddialarını dünyanın diqqətinə çatdırıb və ölkənin rəqiblərinə mesajlar verib.
Bu mesajlardan o qənaət hasil olur ki, ABŞ dünya üzrə hərbi hegemonluğunu başqa bir dövlətlə bölüşmək niyyətində deyil. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Baydenin mart ayında Çinin nüvə imkanlarının genişləndirilməsinə yönəlmiş məxfi nüvə strateji planını təsdiqlədiyi məlum olub. Sənəddə qeyd olunur ki, 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq ABŞ-nin yeni prezidenti üç il əvvəlki vəziyyətdən köklü şəkildə fərqli və olduqca qeyri-sabit nüvə mühiti ilə üzləşəcək və ölkə ölüm saçan bu rəqabətdə öndə olmalıdır. ABŞ-nin yeni nüvə strategiyası eyni zamanda Rusiya, Çin və Şimali Koreyanı cilovlamağa yönəlib. Qeyd olunur ki, bu, ABŞ-nin nüvə siyasəti üçün görünməmiş çağırışdır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55

