/ / Pakistan mətbuatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Pakistan mətbuatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
26.08.2024 [14:36]
Pakistanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qardaş ölkədə çoxşaxəli humanitar fəaliyyətindən bəhs edən məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, Pakistanın nüfuzlu “İslamabad Post” qəzetinin birinci səhifəsində baş məqalə kimi dərc olunmuş “Heydər Əliyev Fondunun Pakistanda humanitar izləri” sərlövhəli məqalədə qeyd olunub: “Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı, Zati-aliləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif dost ölkələrdə, o cümlədən qardaş Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fond genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda səhiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb, bununla da iki qardaş xalq arasında əlaqələri gücləndirib”.

Məqalənin müəllifi qeyd edib ki, Heydər Əliyev Fondunun Pakistandakı diqqətəlayiq təşəbbüslərindən biri əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyan Hayber-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvənd kampaniyası olub. Bundan əlavə, Fond xüsusi ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək olmaq öhdəliyini nümayiş etdirərək, Peşəvərdəki “Əkbər Baxım” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edib.
Pakistanın daha bir geniş oxucu kütlərinə malik olan “Herald Star” nəşrində dərc olunan məqalədə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun Pakistandakı tibb müəssisələrinə, məsələn, açıq ürək əməliyyatlarının aparıldığı İslamabaddakı Kulsum Xəstəxanasına göstərdiyi dəstək çoxsaylı insanların həyatını xilas edib və keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırıb. Qəzet vurğulayıb: “Müasir qanköçürmə avadanlığı ilə təchiz olunmuş təcili tibbi yardım maşınının Həmzə Xeyriyyə Fonduna bağışlanması Fondun regionda təcili tibbi yardım xidmətlərinin və qanköçürmə imkanlarının genişləndirilməsi istiqamətində səylərini vurğulayır”.

“Pakistan in the World” və “PakeConet” nəşrləri də Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi təhsil və səhiyyə layihələrindən yazıb. Məqalədə qeyd olunub: “Təhsil Heydər Əliyev Fondunun Pakistandakı təşəbbüslərinin diqqət mərkəzində olub. 2007-ci ildə Pakistandakı zəlzələdən sonra Müzəffərabadda qızlar üçün Rara Liseyinin tikintisi kimi layihələr uşaqlara daha yaxşı tədris mühiti və təhsil imkanları təmin edib. Bundan əlavə, Fondun İslamabaddakı Talassemiya Mərkəzinə, həmçinin paytaxtdakı Əl-Fərabi adına Fiziki Qüsurlu Uşaqlar üçün Xüsusi Təhsil Mərkəzinə göstərdiyi dəstək xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatına müsbət təsir göstərib”.

Məqalədə vurğulanıb ki, Heydər Əliyev Fondu səhiyyə və təhsillə yanaşı, Pakistanda infrastrukturun inkişafına da mühüm töhfələr verib. Dərə İsmayıl Xan bölgəsində Heydər Əliyev adına Su Təchizatı Sisteminin tikintisi elektrik infrastrukturunu təkmilləşdirməklə yanaşı, yerli icmaların təmiz suya və etibarlı elektrik enerjisinə çıxışını yaxşılaşdırıb, bununla da insanların həyat keyfiyyətini artırıb.
“DailyIttehad”, “World News”, “Diplomatic News Agency” xəbər portallarında Heydər Əliyev Fondunun humanitar səylərinin Pakistandakı müxtəlif sosial rifah institutlarını, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzlərini əhatə etdiyi qeyd olunur. Portalların dərc etdiyi məqalədə deyilir: “Pakistanın Beyt-ul-Maal Anemiya Mərkəzinin təmiri və avadanlıqla təchiz edilməsi üçün maliyyə yardımı göstərən, eləcə də Lahordakı “Edhi Homes” uşaq evində tədbirlər təşkil edən Fond, eyni zamanda, əhalinin həssas təbəqəsinə dəstək vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyini nümayiş etdirib”.

Məqalələrdə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə, təhsil, infrastrukturun inkişafı və sosial rifahı əhatə edən geniş humanitar fəaliyyəti saysız-hesabsız fərdlərin və icmaların həyatına dərin təsir göstərib. Fond ehtiyacı olan insanlara xidmət etmək üçün böyük fədakarlıq göstərərək, həm də qardaş Azərbaycan ilə Pakistan arasında əlaqələri daha da möhkəmləndirib.
“The Gulf Observer”, “The Europe Today” informasiya portalları Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edərək yazıb: “Qeyd edək ki, Heydər Əliyev Fondunun Pakistanda nümunəvi işləri diqqətdən kənarda qalmayıb, onun rəhbəri cəmiyyətə verdiyi görkəmli töhfələrə görə təqdir və rəğbət qazanıb. Mehriban xanım Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”ə layiq görülməsi onun humanitar işlərə böyük sadiqliyinin göstəricisidir. Daha sonra, 2015-ci ildə Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi müstəsna səylərə görə Fondun rəhbəri Pakistanın dövlət mükafatı olan nüfuzlu “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib. Bu mötəbər mükafatı alan ilk birinci xanım olan Zati-aliləri Mehriban xanım Əliyeva beynəlxalq əməkdaşlığın və xoşməramlılığın gücləndirilməsi istiqamətində fədakar səylərini davam etdirir”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

