Kor atın axsaq nalbəndi...
30.08.2024 [10:32]
Okampo pul müqabilində başladığı “separatçıları müdafiə” kampaniyasına özü də inanmır
Qərbdəki Azərbaycanafob şəbəkə ölkəmizə qarşı növbəti çirkin kampaniyaya start verib. Bu günlərdə AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulos, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanon, Almaniya parlamentinin üzvü Frank Şvabe respublikamızın müsbət reallıqları ilə bir araya sığmayan absurd və qərəzli iddiaları ilə gündəmə gəliblər. Bədnam xorda həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cır, zəhlətökən səsi də çox ucadan eşidilir.
Müşahidə edilən odur ki, sabiq prokuror yenə öz ampluasındadır. O, hüquq müdafiəçisi kimi şərəfli adın məsuliyyətini unudaraq xaricdəki erməni lobbisinin yedəyində sürünməyi özünə şərəf bilir. Əlbəttə ki, aldığı paralar müqabilində. Onun barəsində bu gün “muzdlu hüquqşünas” ifadəsini işlətmək daha doğru olardı. O, xaricdəki erməni lobbisindən aldığı sifarişlər əsasında beynəlxalq hüququ heç bir vicdan əzabı çəkmədən ən eybəcər formada şərh edə, qanundankənar istənilən addımı ata bilər. Budur, özünü Qarabağdan könüllü çıxan erməni sakinlərin müdafiəçisi kimi qələmə verən bu şəxs növbəti dəfə Ermənistan və keçmiş separatçı rejimin vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri ilə görüşüb. Okampo onları mübarizəyə səsləyib və geridönüş üçün addımlar atmağa çağırıb.
Qaranlıq keçmişi olan cinayətkar “hüquq müdafiəçisi”
Okampo Qərb dairələrində adı müxtəlif cinayətlərdən keçən birisi kimi tanınır. Onun cinayət əməlləri ilə çox “zəngin” olan qaranlıq keçmişi var. Həmin faktlardan bəzilərinə diqqət çəkmək yerinə düşər.
Beləliklə, Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir.
2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar Hollandiyadakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Bəlkə də, Okampo hər şeyi inkar edəcəkdi, əgər jurnalist araşdırmaları onunla bağlı təkzibolunmaz faktları üzə çıxarmasaydı. Əldə edilən məlumatlardan və bəzi sənədlərin jurnalistlər tərəfindən araşdırılmasından sonra Panamadakı “Tain Bay” korporasiyasının arxasında həqiqətən də Okamponun və həyat yoldaşının olduğu təsdiqləndi. Moreno prokuror kimi fəaliyyətini başa vurduqdan sonra aktivlərini təmkinli şəkildə dəyişdirmək istəyirdi. Eyni zamanda, “Tain Bay” Okamponun yeganə ofşor şirkəti deyil. Sənədlər sübut edir ki, keçmiş prokuror həm də Britaniya Virciniya adalarında (BVI) da bir şirkətin sahibidir. Belizdəki “Lucia Enterprises” şirkəti də onun həyat yoldaşına məxsusdur. Okampo ailəsinin nəzarətində olan daha bir şirkət - “Transparent Markets” Uruqvayda qeydiyyatdan keçib.
Son olaraq haqqında bəhs olunan dələduz hüquqşünas bu yaxınlarda yenidən korrupsiya və zorla pul tələbetmə ittihamı ilə üzləşib. Okampo korrupsiya və vergi qalmaqalları ilə yanaşı, həmçinin cinsi təqibdə də ittiham olunub.
Özünü pis vəziyyətə salan erməni yandaşı
Rüşvətxor və korrupsioner sabiq prokuror məlum görüş zamanı Azərbaycanı növbəti dəfə ittiham etməkdən və qərəzli fikirlər səsləndirməkdən çəkinməyib. O, əli pulla oynayan lobbi təmsilçilərinin xoşuna gəlməkdən ötrü iddia edib ki, məhz erməni sakinlər Qarabağda torpaq sahibləridirlər. Hər şey də onların mübarizəyə necə hazırlaşmaqlarından asılı olacaq. Ardınca sabiq prokuror BMT-nin xalqların hüquqlarının qorunmasını nəzərdə tutan Konvensiyanı yada salıb. Lakin görüşdə iştirak edən ermənilər ona xatırladıblar ki, bir çox ölkələr qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar qəbul etsələr də, bunun praktiki nəticəsi olmayıb. Beləliklə, erməni yandaşı Okampo özünü pis vəziyyətə salıb və görüş iştirakçılarına təskinlik verməkdə aciz qalıb. Burada deyiblər ki, kor atın axsaq nalbəndi.
Okamponun “erməni işi” ilə bağlı başladığı “mübarizənin” hansısa bir nəticə verməyəcəyinə özünün də inanmadığını təsdiqləyən daha bir məqam diqqət çəkir. Sabiq prokuror bəhs olunan görüşdə hazırda Bakıda dəmir barmaqlıqlar arxasında barələrində oxunacaq məhkəmə hökmünü gözləyən Qarabağdakı keçmiş separatçı rejimin “rəhbərlərinin” azadlığa buraxılması tələbini dilə gətirməyib. Halbuki o bundan əvvəl həmin şəxslərə azadlıq istəyirdi. Xatırladaq ki, eks-prokuror dünya ermənilərinə ünvanladığı açıq məktubunda kütləvi informasiya vasitələrini Azərbaycanda cəza çəkən separatçı erməni terrorçularını azad etmək üçün kampaniyaya başlamağa çağırış etmişdi. Okampo hətta onların COP29-a qədər azad olunmasının zəruriliyini dilə gətirmişdi. Lakin Okamponun özünü erməni canıyananı kimi göstərməsi heç nəyə yaramadı və heç nəyi dəyişmədi - Ermənistan rəhbərliyi və nüfuzlu beynəlxalq təşkilatlar bu təşəbbüsə dəstək vermədilər. Görünür, Okampo məhz uğursuzluq sindromuna görə məlum görüşdə “separatçılara azadlıq” məsələsinin üstündən sükutla keçmək məcburiyyətində qalıb.
COP29 ərəfəsində qərəzli kampaniya
Sual yaranır: Azərbaycanafob dairələr niyə məhz indi fəallaşıblar. Bunun izahı başadüşüləndir. Bəlli dairələr ölkəmizi bir qayda olaraq əlamətdar hadisələr ərəfəsində hədəfə alırlar.
Bu dəfə də istisna deyil. Azərbaycan noyabr ayında BMT-nin ən böyük tədbirlərindən birinə - COP29-a ev sahibliyi edəcək. Qlobal iqlim məsələləri Bakıda müzakirə olunacaq. Bu, beynəlxalq birliyin ölkəmizə və onun Liderinə inamının ifadəsidir. Təbii ki, Azərbaycanın dünyada nüfuzunun artması bəlli dairələrdə qısqanclıqla qarşılanır və onlar belə ucuz vasitələrlə uğurlarımıza kölgə salmağa çalışırlar. Ancaq onlar nə qədər çalışsalar da hansısa bir nəticəyə nail ola bilməyəcəklər. Yel qayadan nə qopara bilər ki?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39

