Zəngəzur dəhlizinin açılması...
03.09.2024 [09:55]
Cənubi Qafqazın həyatına yenilik gətirə bilər
Paşinyan isə korporativ maraqları regional mənafenin önünə keçirməyə çalışır
Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran Azərbaycan sabitləşdirici amil kimi çıxış etməkdədir. Yaranan yeni mənzərə həm də olduqca mühüm ştrixləri özündə əks etdirir - sülh və əməkdaşlıq platforması daha da genişlənmə perspektivini özündə əks etdirir. Diqqət yetirsək, son 1 ildə beynəlxalq aləmin diqqəti bölgənin iqtisadi potensialına köklənib. Bu mənada, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələ önə çıxır. Azərbaycanın apardığı fəaliyyət Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni - təhlükəsiz (bu amil xüsusi əhəmiyyət daşıyır) bir mühit yaradıb - burada Zəngəzur dəhlizi ayrıca əhəmiyyət daşıyır.
Naxçıvan 30 ildir blokadada saxlanılır
Bəli, növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başlaya bilər. Bu günün rakursundan baxdıqda, yaranan təhlükəsizlik xəttinin vaciblik indeksi daha yaxşı nəzərə çarpır. Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Bu gün mühüm bir coğrafiyada sülh və sabitliyin təmin olunması ilkin mərhələdə bölgə dövlətlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilər.
Amma Ermənistan onun üçün yaranan bu fürsətdən istifadə etmək əvəzinə yenidən manipulyativ manevrlərə əl atır. 30 il Naxçıvanı blokadada saxlayan Ermənistan özünün bu davranışına son vermək istəmir. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi blokada siyasəti, xüsusilə də Naxçıvan Muxtar Respublikasına (MR) tətbiq etdiyi 30 illik blokada, bölgədə sosial-iqtisadi durumu son dərəcə çətinləşdirib - blokada nəticəsində Naxçıvan MR faktiki olaraq Azərbaycanın əsas ərazisindən təcrid olunub, ticarət, enerji təchizatı və digər mühüm əlaqələr kəsilib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun olmaması bəzi hallarda iqtisadi inkişafın ləngiməsinə səbəb olub.
Erməni məkri - xəbis maraqların izi ilə
2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanın xarici və daxili siyasətində müəyyən dəyişikliklərə söz verilsə də, yeni baş nazir öz davranışı ilə bu sözləri yerinə yetirməyəcəyini ortaya qoydu - eyni zamanda, Naxçıvanın blokadası davam etdi. Paşinyan hakimiyyəti bir tərəfdən demokratiya və regional sülh barədə bəyanatlar verərkən, digər tərəfdən Naxçıvana qarşı blokadanı aradan qaldırmaq üçün real addımlar atmayıb. Bu, Ermənistan rəhbərliyinin reallığa uyğun olmayan siyasət yürütməsinin göstəricisi kimi də qiymətləndirilə bilər. Paşinyan hökuməti blokadanı regional təhlükəsizlik məsələləri və Azərbaycanın mövqeyinə qarşı təzyiq aləti kimi istifadə etməyə davam edib və etməkdədir. Paşinyan hakimiyyəti sülhü və blokadanın aradan qaldırılmasını manipulyasiya edir, bundan öz maraqları üçün istifadə etməyə çalışır. Əslində, Ermənistanın məqsədi özünün iqtisadi və siyasi mənafeyini təmin etməkdir. Paşinyan hökuməti, blokadanın açılması ilə Ermənistanın dalan ölkə statusundan qurtulacağını, iqtisadi üstünlüklər əldə edəcəyini bilir - buna rəğmən özünün çirkin niyyətindən əl çəkmir. Önə sürdüyü təkliflər isə bu mənada real sülh niyyətindən uzaqdır. Ermənistanın təklifləri yalnız öz maraqlarını qorumaq məqsədi daşıyır və Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almır. Ermənistanın bu mövqeyi, onun sülh prosesində səmimiliyinə və konstruktivliyinə ciddi şübhələr yaradır.
Zəngəzur dəhlizinin aktuallığı
Azərbaycan Ermənistanın riyakarlığını ifşa edərək, Naxçıvan MR ilə kommunikasiyanın bərpa olunmasını prioritet məsələlərdən biri kimi önə sürür. Ölkəmizin prinsipial mövqeyi ondan ibarətdir ki, əvvəlcə Ermənistan öz xoş niyyətini göstərərək Naxçıvanla əlaqənin bərpasına imkan yaratmalıdır. Yalnız bundan sonra digər nəqliyyat və kommunikasiyanın açılması məsələlərinə baxıla bilər. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, həm də milli təhlükəsizliyin qorunması üçün vacibdir. Beləliklə, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanı Türkiyə ilə birləşdirərək, bölgədə yeni nəqliyyat və ticarət marşrutlarının yaranmasına səbəb olacaq. Bundan başqa, Zəngəzur dəhlizi Çindən Avropaya gedən nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün mühüm addım olacaq. Bu yol Avropa ilə Asiya arasında yeni birləşdirici funksionallıq daşıyan marşruta çevrilmə potensialına malikdir. Zəngəzur dəhlizinin reallaşması dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinə yol açacaq ki, bu həm Avropa, həm Asiya, həm Türk Dövlətləri Təşkilatı, həm də Çin və digər region dövlətləri üçün çox böyük əhəmiyyət daşıyır. Bu fakt ilk növbədə ümumilikdə Avrasiyanın yeni iqtisadi mərhələyə qədəm qoymasını şərtləndirəcək.
Lakin bu prosesin baş verməsi üçün Ermənistanın əvvəlcə səmimi addımlar atması və blokada siyasətinə son qoyması vacibdir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, regionda davamlı sülhün təmin edilməsi üçün bu məsələnin vacibliyini beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

