Qərb regionda gərginliyi artırır...
18.09.2024 [08:32]
Ermənistan böyük güclərin yeni aləti qismində ABŞ Zəngəzura əsgər toplamaqla...
Cənubi Qafqazın timsalında bölgədə yaranan yeni geosiyasi şəraitin strateji və davamlı inkişaf xəttinə çevrilməsi üçün ən mühüm şərt sülh prosesinin müsbət nəticələnməsidir. Sülh iki dövlətin arasında balğlamalı olan bir anlaşma sayılsa da, Ermənistanın siyasi iradəsizliyi və ölkə kimi özünü təsdiq edə bilməməsi gedişata mane olur, onu yubadır. Təbii ki, burada bəzi qüvvələrin öz maraqları xatirinə prosesin ləngiməsi üçün göstərdikləri səyləri də unutmaq olmaz - Fransanın İrəvanı silahlandırması, ABŞ-ın “dəstəyi” Ermənistanı yeni destruktiv addımlara sürükləyir. Bu fakt bir sıra siyasi təhlilçilər tərəfindən də təsdiqlənir.
ABŞ yeni mübaribənin əsasını qoyur...
Məsələn, rusiyalı politoloq Vitali Arkov “PolitRus” saytında dərc edilən məqaləsində bildirib ki, Birləşmiş Ştatlar “Qartal Tərəfdaşı” (“Eagle Partner”) sülhməramlı təlimləri başa çatdıqdan sonra gözlənildiyi kimi, bütün ordusunu Ermənistandan çıxarmadı, onları gizli şəkildə ölkənin cənubunda - Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsində yerləşdirdi. Bakı əmindir ki, Vaşinqton İrəvana siyasi, iqtisadi və xüsusilə hərbi dəstək verməklə yeni müharibənin əsasını qoyur və erməni xalqını revanşizmə təhrik edir.
Beləliklə, Ermənistanın qeyri-konstruktiv davranışlarına verilən hər bir dəstək Cənubi Qafqazda sülh arxitekturasının qurulmasına yaradılan maneədir - bu mənada, Ermənistanın silahlandırılması və “ümidləndirilməsi”, hər hansı “birgə təlim” və ya “əməkdaşlıq paktı” yolverilməzdir. Eyni zamanda, Ermənistan bunları əldə “bayraq edərək” guya “mühüm dəstək”lər əldə etməsi haqda yenidən “miflər” formalaşdırmağa çalışır. Ən xırda detalları belə böyüdərək təqdim etməyə cəhd göstərən İrəvan hətta təzadlı görüntü yaratmaqdan belə çəkinmir.
Digər tərəfdən, bu “hərbi dəstək” görüntüsünün heç bir əsası yoxdur və bütün bunlar əbəsdir. Bu təlimlərin heç bir effekti yoxdur - onların məqsədi və təlimatları heç də aktiv döyüş qabiliyyətinin artırılmasına xidmət etmir. Çünki Ermənistanda aktiv ordu bölmələri yoxdur və ABŞ-ın Ermənistan kimi gücsüz, ordusuz bir dövlətdən özünə “regional dayaq” düzəltməsi özü birmənalı qarşılana bilməz.
Gözlənilən müharibənin açıq siqnalı...
Arkov bildirib ki, Amerika ordusunun məqsəd və vəzifələri bəyan edilənlərlə uyğunluq təşkil etmir. Belə ki, əvvəllər Avropa İttifaqının monitorinq missiyası adı altında kəşfiyyatçılar bu bölgədə fəaliyyət göstəriblər. Amerikanın “fəaliyyəti” də, məhz bunu davam etdirməkdir. ABŞ hərbçilərinin Azərbaycana qarşı mümkün yeni hərbi əməliyyatlarda birbaşa iştirak edəcəyini gözləmək olmaz (baxmayaraq ki, Ukrayna münaqişəsində də oxşar hallar qeydə alınıb), lakin onları Ermənistan Silahlı Qüvvələrinin hərbi məsləhətçiləri və təlimatçıları hesab etmək olar. Əgər hərbçilərin ardınca Vaşinqton İrəvana müasir hücum silahları göndərməyə başlayarsa, bu, Azərbaycana qarşı gözlənilən müharibənin açıq siqnalıdır.
Aİ-nin Ermənistandakı “mülki missiyası”nın hərbi kəşfiyyat üçün oraya göndərilməsi faktı artıq sirr deyil - həmin qrupa daha çox hərbiləşmiş şəxslərin daxil edilməsi, Ermənistanın ayrı-ayrı regionlarda “ofislər” adı altında mərkəzlər yaratması da bu faktı təsdiqləyir. 5 aprel üçtərəfli razılaşması ilə Ermənistanı “şərikli alətlərinə“ çevirən ABŞ və Aİ bölgədə öz mənafelərini təmin etmək üçün İrəvan kartından ustalıqla istifadə edir. ABŞ-ın canfəşanlığı isə Aİ-dən geri qalmamağa hesablanıb. Görünən budur ki, ABŞ Ermənistanı özünün yeni poliqonu kimi “təqdim edir”. Rusiyalı politoloqun da bildirdiyi kimi, bu, müəyyən mənada Ukraynadakı vəziyyəti xatırladır - Avropanın mərkəzində iki ildən artıqdır ki, davam edən müharibədə sülh prosesinə start verilməməsinin ən mühüm səbəblərindən biri məhz ABŞ-dır. Eyni oyunu Qafqaza proyeksiya etməyə çalışan ABŞ-ın İrəvanı silahlandırması isə artıq yeni müharibə şəraiti də sayıla bilər...
İrəvan Tehranı da satdı - ABŞ İrana Ermənistandan nəzarət etməyi planlaşdırır
Arkov onu da vurğulayıb ki, ABŞ hərbçilərinin Ermənistanın cənubunda - İranla sərhəddə olması onların başqa fəaliyyətlərinin (İranla bağlı) olduğu anlamına gələ bilər. Məqalədə qeyd edilir ki, hələlik bu, kəşfiyyat məlumatlarının toplanmasıdır. ABŞ çalışır ki, İran İslam Respublikasında etiraz əhval-ruhiyyəsi daha da artsın və rejim inqilabla devrilsin. Bundan başqa, Amerika hərbçiləri (əvvəllər fransızlar kimi) əvvəlcə Sünik bölgəsində, sonra isə Ermənistanın digər bölgələrində 102-ci Rusiya hərbi bazasına alternativ olmaq istəyirlər.
Bu fikirlər Qərbin əsas marağının üstündəki sirr pərdəsini növbəti dəfə qaldırır. ABŞ-ın gizli və ya aşkar şəkildə Zəngəzura əsgər və silah daşıması bütövlükdə region üçün təhdid deməkdir. Fakt ortadadır: ötən ay ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilmişdi. Təyyarədə həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da yer alması, kəfşfiyyat işlər ilə bağlı aparatların olması da yayılan xəbərlərdə yer alırdı. Zvartnotsa enən təyyarələrdən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlərin olması vurğulanırdı. Gətirilən qurğuların Ermənistanın İranla sərhədində yerləşdiriləcəyi bildirilirdi. Arkovun fikirləri bu xəbərləri növbəti dəfə təsdiqləyir - Ermənistanı ciddi-cəhdlə “qoruyan” İran da İrəvanın xəyanətinin qurbanı olub. Ermənistanın əlaltından Qərbin anti-İran kampaniyasında da istifadə edilməsi faktı ortaya çıxır.
Eyni fikirləri Ermənistanın öz müttəfiqi - Rusiyaya qarşı planda istifadə edilməsi haqda da demək olar. 102-ci Hərbi Baza ilə paralel olaraq ABŞ hərbçlərinin Ermənistana yerləşdirilməsi İrəvanın özü üçün böyük təhdidlər deməkdir. Rusiyaya qarşı alternativ yaratmağa çalışan Ermənistan Cənubi Qafqazda yeni və alovlu müharibə yaratma ehtimalını daha da gücləndirir.
Ermənistan “təcrübə labaratoriyası” kimi...
Arkov deyib ki, Vaşinqton və Brüssel Ermənistanı KTMT-dən çıxarmaq və Rusiya hərbçilərini öz ərazilərindən qovmaq ümidlərindən əl çəkmirlər. Bu baş verərsə, Rusiyanın müdafiə alyansı dağılacaq və Moskvanın onun üçün tarixi və strateji əhəmiyyət kəsb edən regionda təsiri minimuma enəcək. Politoloq bildirib ki, Nikol Paşinyanın rəhbərliyi altında olan Ermənistan Cənubi Qafqazda troya atıdır. Qərb hazırki “dostunu” Qafqaz regionunda öz problemlərini həll etmək üçün istifadə edir. İstəklərinə çatdıqdan sonra isə, onu “yandıracaq”lar.
Səslənən fikirlər heç də sadəcə iddia deyil - Ermənistanın bütün mənalarda “təcrübə labaratoriyası” kimi istifadə edilməsi faktlarla ortadadır. Hətta 5 aprel razılaşması ilə bağlı bəyan edilən fikirlər, səsləndirilən “rəqəmlər” də onu göstərirdi ki, daha böyük miqyasda ABŞ-ın əsas istəyi Ermənistanla “dostluq” deyil, əksinə Rusiya ilə mübarizədə İrəvandan istifadədir. Gürcüstandan əli çıxan Qərb indi eyni “arzularla” Ermənistana göz dikir. İrəvanın siyasi hakimiyyəti isə bu oyuna gedir - təbii ki, sonda zərərli yenə də onlar çıxacaqlar...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

