“Böyük ambisiyaların” xırda oyuncağı...
27.09.2024 [09:39]
“Human Rights Watch”un COP29 öncəsi qərəzi
Adının önünə “beynəlxalq” yarlığı yapışdıraraq bəzi güclərin əlində “dəyənəyə” çevrilmiş təşkilatların həyata keçirdikləri funksiya hər kəsə bəllidir. Daha çox müstəqil xarici siyasət yürüdən ölkələrə qarşı “mübarizədə” istifadə olunan bu kimi “təşkilatlar”ın ənənəvi təzyiq mexanizmləri mövcuddur - daha çox “insan hüquq və azadlıqları”, “söz azadlığı”, “plüralizm”, “siyasi məhbus” predmetləri ilə siyasi təzyiq yaratmağa çalışan bu qurumların əsl niyyəti isə ortadadır.
ABŞ-da fəaliyyət göstərən və dünya ölkələrində “insan hüquqları”, “sosial-siyasi təsisatların demokratik indekslər baxımından “durumu” və fəaliyyət mexanizmi kimi “fundamental məsələləri” araşdıraraq hesabatlar hazırlayan “Human Rights Watch” təşkilatı da bu qəbildəndir. Birləşmiş Ştatların “yumşaq güc” siyasətində xüsusi “mahiyyət” daşıyan bu təşkilatın xidmətindən Ağ Ev tez-tez istifadə edir - “Kapitoli”nin maraqlarının diqtəsinə uymayan dövlətlər tez-tez bu təşkilatın hazırladığı “hesabatlarda” son yerlərdə göstərilir, həmin ölkələrdə “insan haqqlarının qorunması” məsələsinin “təhlükədə” olduğu bəyan edilir. Təbii ki, illərdir davam edən bu siyasi oyun bütün parametrləri üzrə ifşa edilib.
“Hücumun” səciyyəsi...
Təəssüflə qeyd etmək lazımdır ki, tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Amma ölkədaxili ictimai-siyasi vəziyyətə dair obyektiv, təhrif olunmamış faktlara nəzər salan hər bir şəxsə aydındır ki, hökumətdənkənar təzyiq qrupu qismində çıxış edən “Human Rights Watch” təşkilatının iddia etdiyinin əksinə olaraq Azərbaycanda ictimai-siyasi təsisatların fəaliyyəti üçün olduqca demokratik mühit mövcuddur, eləcə də siyasi sistemin struktur elementləri mütəmadi surətdə təkmilləşməkdədir, həmçinin, dövlətimiz insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısı qismində çıxış edir...
Bu halda bəhs olunan təşkilatın “ideoloji hücum” səciyyəli kampaniyasını necə dəyərləndirmək olar? Eyni zamanda diqqəti cəlb edən bəzi məsələlər var:
- “Human Rights Watch” təşkilatının “hədəfi” və xidmət etdiyi qüvvələrin “arzuları”...
-Sözügedən təşkilatın “hesabat” və ya “bəyanat”larında istinad mənbəsi...
-Qeyri-obyektiv, birtərəfli və qərəzli “məlumatlar”ın əsl məqsədi...
Yeni siyasi “kampaniya” - ənənəvi kod, dəyişməyən “parametrlər”...
Məsələnin mahiyyətinə keçməzdən öncə bildirək ki, bu “dəyənək təşkilat” gözlənildiyi kimi COP29 öncəsi ermənipərəst maraqların diqtəsi ilə Azərbaycana qarşı şər-böhtan kampaniyasına start verib. Erməni lobbisinə bağlı bu qurumun nümayəndəsi, adı “ətraf mühitin baş mühafizəçisi” kimi qeyd edilən postunu tutan Mirto Tilianaki Azərbaycanda COP29-da iştirak edən hökumətlərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin müstəqil səslərin mühüm iştirakını tələb etdiyini açıq şəkildə bildirmələrini deyib. Qeyd edəb ki, BMT-nin 29-cu illik iqlim dəyişikliyi konfransında (COP 29) iştirak edən hökumətlər insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidirlər.
Qərəzli şəkildə Azərbaycanda dözümsüzlükdə ittiham edən təşkilat nümayəndəsi özünün “iddiasını” ənənəvi qərəzlə “zənginləşdirməyə çalışıb”. Təzyiq mexanizmlərinin adət edilən yalan ştrixlərini “əlində bayrağa” çevirən qurum üzvü yenə də yalançı “siyasi məhbus”, “azad sözə təzyiq”, “fərqli fikrə dözümsüzlük” kimi qeyri-standart böhtanları önə çıxarmağa çalışır.
Müharibə vaxtı reallığı gözləri ilə görmələri üçün dəvət edildilər...
İlk olaraq qeyd edək ki, “Human Rights Watch” Azərəbaycana qarşı demək olar ki, hər zaman xüsusi qərəzi ilə seçilib. 30 illik erməni işğalı dövründə haqqı, hüququ pozulan, ev-eşiyindən didərgin salınan, doğma yurdunda yaşamaq hüququndan məhrum edilən yüz minlərlə azərbaycanlı nə sirrdirsə, “Human Rights Watch”un gözünə görünməyib - hətta Qərbin aparıcı təsisatlarının erməni işğalı altında olan Azərbaycan torpaqlarında ekoloji tarazlığın pozulması, meşələrin yandırılması, suların çirkləndirilməsi ilə bağlı qətnamə və qərarlarını “oxumayıb”.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Bərdə və Tərtər şəhərlərini bombalayan zaman “Human Rights Watch” və onunla eyni funksiyanı yerinə yetirən təşkilatlar Azərbaycana dəvət olundular - onlara Ermənistanın mülki insanlara qarşı ballistik raketlərdən və kasset bombalarından istifadə etmələri hallarını yerindəcə araşdırmaq, hesabatlar hazırlamaq təklif edildi. Amma bu təşkilatlar yenə də öz qərəzlərindən əl çəkmədilər. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirmişdi ki, Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik: “Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var”.
“Human Rights Watch” əsl həqiqət qarşısında kor və lal olur
Müharibə dövründə həqiqətlər qarşısında kor və lal dayanan bu təşkilat mühribədən sonra erməni vandilizminin qurbanı olan abidələrlə tanış olmaq istəmədi - yenə də, Azərbaycana dəvət almalarına baxmayaraq gəlmədilər. Erməni barbarlığının qurbanına çevrilmiş milli mədəniyyət abidələrinin dağılıdması faktını, dini-tarixi əhəmiyyətli tikililərin yerlə-yeksan edilməsi faktını, hətta qbirlərin uçurdulması, məscidlərin təhqir olunması, meşələrin küləvi şəkildə qırılması və yandırılması, Oxçuçayın timsalında su hövzələrinin qəsdən çirkləndirilməsi hallarını niyə diqqətə almadılar? Beləliklə, fakt ortadadır. “Human Rights Watch” yalnız qərəz axtarışındadır. Bu qərəzin səbəbi isə...
COP29 öncəsi...
Bəli, COP29 qabağı bu kimi siyasi təzyiqlərin aparılcağı gözlənilən idi. Hətta zaman-zaman bunun “işartıları” da bəlli olurdu. İndiki halda, Azərbaycanın bölgədə reallaşdırdığı yeni situasiya, yeni iqtisadi-siyasi konfiqurasiya və ən əsası bölgənin müstəqil inkişaf perspektivi “Human Rights Watch” və onu “idarəedənlər”i hərəkətə gətirib. “Human Rights Watch”u hətta errmənipərəst xorun bir qolu da adlandırmaq olar - o mənada ki, bu qurumun haraya işləməsi, haradan qidalanması, kimlərin əlində oyuncağa çevrilməsi hər kəsə bəllidir. Rəsmi Vaşinqtonun təzyiq kampaniyasının əsas predmetlərindən biri olan “Human Rights Watch” ABŞ-da yaşayan erməni lobbisinin maliyyəsindən “bəhrələnir” - bu baxımdan, onların ölkəmizlə bağlı apardıqları kampaniya da “başadüşüləndir”.
Amma bu kimi qərəzli kampaniyalar ölkəmizi qarşısına qoyduğu hədəflərdən yayındıra bilməz. Dünyanda ekoloji tarazlığın bərpası üçün beynəlxalq müzakirə platforması yaradan Azərbaycanın gördüyü işlər böyükmiqyaslıdır - böyük “ambisiyaların” “Human Rights Watch” kimi xırda oyuncaqlarının bu siyasi şouları heç bir məna və əhəmiyyət kəsb edə bilməz...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

