Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin kollektivi şəhidlərin xatirəsini anıb

Milli Məclisin kollektivi şəhidlərin xatirəsini anıb

27.09.2024 [15:49]

Sentyabrın 27-də Milli Məclis kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ziyarətdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri iştirak ediblər.

Ziyarət zamanı kollektiv tərəfindən Zəfər parkındakı xatirə daşının önünə tər güllər düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30