30 il səssiz qalan ABŞ-ın "səsi" niyə indi çıxır?
06.10.2024 [18:16]
Bizlər artıq uzun illərdir ki, xüsusilə də beynəlxalq tədbirlər keçirmək ərəfəsində Qərb dairələrinin ölkəmiz əleyhinə böhtan dolu ittihamlarına şahidlik edirik. Şübhə yoxdur ki, Qərbin Azərbaycana qarşı irəli sürdüyü ittihamların əsas məqsədi ölkəmizin müstəqil siyasətini sarsıtmaq və Azərbaycanın geosiyasi üstünlüyünü zəiflətməkdir. Azərbaycan beynəlxalq arenada müstəqil və balanslı siyasət yürütməsi, müti və sözəbaxan ölkəyə çevrilməməsi Qərb ölkələrini narahat edir, çünki onlar Azərbaycanın tamamilə Qərbin təsiri altında olmasını istəyirlər.
İndi də ölkəmiz dünya miqyaslı olduqca nüfuzlu tədbirə ev sahibliyi hüququ əldə edəndən etibarən biz həm Avropa institutlarının, həm də ABŞ-ın yeni təzyiq dalğası ilə üzləşmişik. Qərb dairələri bütün imkanları ilə COP-29 tədbiri öncəsi diqqətləri iqlim dəyişikliyindən yayındırmağa cəhd edirlər. Bu cəhdlərin arxasında duran əsas güc isə ABŞ-dır. Bir neçə gün əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmenin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də bunun bariz sübutudur.
Cənab Prezidentin də bu məsələyə münasibət bildirərkən qeyd etdiyi kimi, bu cür müraciətlərin Dövlət Departamenti rəsmilərinin özləri tərəfindən yazıldığı və sonradan Konqres tərəfindən ünvanlanmış müraciət kimi təqdim edilməsi artıq heç kəsdə şübhə doğurmur. Məqsəd yenə də ölkəmizə təzyiq etmək, hədələmək, yeni ittihamlar irəli sürməkdən ibarətdir. Bu cür çirkin kampaniya aparan ABŞ və Avropa İttifaqının ayrı-ayrı ölkələri onların iradəsi olmadan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışa bilmirlər və bunu bizə bağışlaya bilmirlər.
Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Qərb dövlətləri və onların nəzarətində olan ayrı-ayrı təşkilat və fondları tərəfindən irəli sürülən iddiaların obyektivlikdən uzaq olduğu və bu iddiaların əsasında siyasi motivlərin dayandığı hər kəsə yaxşı məlumdur. “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, Soros fondu, AŞPA, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı vaxtaşırı insan hüquqları ilə bağlı verilən bəyanatlar və qəbul olunan qərarlar ölkəmizi təzyiq altında saxlamaq üçün bəhanədən başqa bir şey deyil.
Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən mülki şəxslərin hədəfə alınmadığını, ölkəmizin heç bir etnik təmizləmə həyata keçirmədiyini, ərazilərimizi tərk edən ermənilərin bunu könüllü şəkildə etdiklərini, “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslərin müharibə caniləri, əlləri Xocalıda uşaq, qadın, yaşlı insanların qanına bulaşmış cəlladlar olduqlarını bilə-bilə bizi mülki şəxsləri hədəfə almaqda, etnik təmizləmədə ittiham etmək və qeyd edilən caniləri sərbəst buraxmaqla bağlı çağırışlar etmək elə o canilərdə bir sırada dayanmağa, uşaq və qadın qatillərinə haqq qazandırmağa bərabərdir. Və bütün bu çağırışları edərkən ABŞ Konqresi niyəsə otuz il ərzində torpaqları işğal altında qalan, əraziləri dağıdılmış, dinc insanları qətlə yetirilmiş ölkənin Azərbaycan olduğunu unudur. Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə səssiz qalan, 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı bir dəfə də olsun səsini çıxarmayan ABŞ Konqresinin indi bizi nədə isə ittiham etməyə nə hüququ, nə də haqqı çatmır.
Odur ki, ABŞ Konqresi başqalarını ittiham etməkdənsə, yaxşı olar ki, öz ölkələrinin ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamasına, BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmamasına aydınlıq gətirsin. Sual olunur: əgər sizin üçün insan hüquqları bu qədər prioritetdirsə, o zaman niyə Ermənistanla bağlı oxşar qərarlar qəbul olunmur? Axı bu gün İrəvanda ən müstəqil QHT-lər belə Ermənistan tarixində indi olduğu qədər siyasi məhbusun olmadığını bildirirlər.
Bütün bunlar onu göstərir ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, regionda sülhün bərqərar olunması istiqamətində ortaya qoyduğu mövqeyə davamlı dəstəyini bəyan edən Ağ Ev əslində sülhdə deyil, separatçı rejimlərin mövcudluğunda maraqlı olub. Çünki dünyanın ayrı-ayrı bölgələrindəki separatçı rejimlərin mövcudluğu ABŞ-a həmin ölkələrə təzyiq göstərmək imkanı verib. Odur ki, indi də separatçıların ərazilərimizə qayıtmasına, separatçı liderlərin azadlığa çıxmasına can atırlar.
Bizim, yəni, 5 min illik dövlətçilik ənənələrinə malik olan bir millətin, Şərqdə ilk Demokratik dövləti quran, qadınlara seçki hüququnu ABŞ-dan, Fransadan və Avropanın bir sıra ölkələrindən daha əvvəl vermiş bir dövlətin kiminsə məsləhətlərinə ehtiyacı yoxdur. Biz dövlət və millət olaraq, heç kimin təzyiqinə boyun əyməyəcəyimizi dəfələrlə sübut etmişik.
Məhbubə Mehdiyeva,
Araşdırmaçı, sosioloq
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

