Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq
14.10.2024 [19:33]
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Numan Kurtulmuş Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimizin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova qardaş ölkələrimiz arasında Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, qardaş ölkələrimiz bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.
Görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb. Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərimizə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimizin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.
Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

