Yaxın qonşuluq, oxşar talelər...
18.10.2024 [09:38]
Bu gün Cənubi Qafqazın üç dövlətindən ikisi - Azərbaycan və Gürcüstan Amerika Birləşmiş Ştatlarının (ABŞ), Avropa İttifaqının (Aİ) hədəfinə çevrilib. Burada söhbət heç də obyektiv tənqiddən getmir. Rəsmi Bakı və rəsmi Tbilisi apardıqları siyasətdə milli maraqları önə çəkirlər, müstəqillik və suverenlik prinsiplərinə əsaslanmaqla digər mərkəzlərdən gələn diktələri rədd edirlər. Bu da kollektiv Qərbin xoşuna gəlmir.
Tarix boyunca da belə olub. Azərbaycanlılar və gürcülər dəfələrlə yadellilərin hücumlarını dəf etmək məcburiyyətində qalıblar. Həmişə də özlərinin milli varlıqlarını qorumağı bacarıblar, çətinliklərdən keçə-keçə müstəqil dövlətlərini qurmağa və onu inkişaf etdirməyə nail olublar. Belə çıxır ki, iki dost ölkə, iki xalq yaxın qonşular olmaqla yanaşı, onları həm də oxşar talelər birləşdirir.
Həmişə bir yerdə olan iki dost ölkə
Azərbaycan və Gürcüstan bu gün də bir yerdədirlər və Qərbin əsassız təhdidlərinə, təzyiqlərinə baxmayaraq öz gələcəklərini qururlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstan davamlı olaraq Azərbaycanın ərazi bötövlüyünə dəstək nümayiş etdirib. Döst ölkə Vətən müharibəsi günlərində öz ərazisindən işğalçı Ermənistana silah daşınmasına qadağa qoydu.
İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söhbət açarkən, intensiv hal alan qarşılıqlı səfərlərin önəminə xüsusi diqqət yetirmək lazımdır. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin indiyədək Gürcüstana 10-dan çox səfəri reallaşıb. Gürcüstanın yüksək səviyyəli rəsmiləri də tez-tez Azərbaycana səfərə gəlirlər. İrakli Kobaxidze Baş nazir seçildikdən dərhal sonra cari ilin mart ayında respublikamızda səfərdə olub. Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata verdiyi Bəyanatında ikitərəfli dostluq əlaqələrinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur”.
Gürcüstanın aborigen sakinləri - azərbaycanlılar
Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin aborigen sakinləridirlər.
Azərbaycan dövləti və Cənubi Qafqaz coğrfiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu Gürcüstanda yaşayan soydaşlarımızın sosial ehtiyaclarının qarşılanmasını, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını hədəfləyən çoxsaylı layihələr reallaşdırırlar. Hazırda paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Ulu Öndər Gürcüstanla əlaqələrə böyük önəm verirdi. Heydər Əliyev zamanında iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir.
Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Birgə reallaşdırılan layihələr
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı şəkildə genişlənir. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Respublikamız dost ölkənin beşinci ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 15 faiz artıb və hazırda 900 milyon dollara yaxındır . İndiyədək Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur. Azərbaycanda isə 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə, Gürcüstandan Azərbaycana 279 milyon ABŞ dolları məbləğində investisiya qoyulub.
Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Azərbaycan və Gürcüstan energetika sahəsində ənənəvi istiqamətlərdən başqa, həm də “Yaşıl enerji dəhlizi” layihəsi üzrə əməkdaşlığa başlayıblar. Söhbət Qara dənizin dibi ilə Gürcüstan sahillərindən Avropaya çəkiləcək sualtı kabel xəttindən gedir. Yaxın vaxtlarda layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bundan sonra Avropa ölkələri ilə tərəfdaşlıq şəraitində konkret işlərə start veriləcək. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Bu marşrutla Azərbaycanda bərpa olunan mənbələrdən alınan enerji Avropaya çatdırılacaq. Azərbaycan həmçinin Qara dənizin Gürcüstan sahillərində fəaliyyətini daha da genişləndirmək niyyətindədir. “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz Bəyanatında vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMüsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25

