Vətən müharibəsinə 1 il qalmış...
18.10.2024 [20:22]
19 oktyabr 2019-cu il: Bakıda iğtişaşa cəhd nəyə hesablanmışdı?
İlham Əliyev: Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl yörətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib.
16 oktyabr, 2019-cu il
Hazırda ölkəmiz noyabrda ev sahibliyi edəcək COP29 iqlim konfransına hazırlaşır. Belə bir mötəbər tədbirin ev sahibliyi hüququnun təxminən 200 dövlətin razılığı ilə ölkəmizə həvalə edilməsi Azərbaycanın və onun Liderinin artan beynəlxalq nüfuzunun əyani təsdiqidir. Dünya güclü inkişaf templərinə malik olan, eyni zamanda qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycana inam və hörmət bəsləyir. Bu isə xaricdəki erməni lobbisinin sifarişlərini yerinə yetirən Azərbaycanafob dairələrin xoşuna gəlmir və onlar Azərbaycandakı “Beşinci kolon” təmsilçilərini səfərbər edərək qarayaxma kampaniyasına başlayıblar. Redikül müxalifətin də qoşulduğu bu qarayaxma kampaniyası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən qaynaqlanır. Qərb dairələri bundan niyə əndişələnməlidirlər və onlar niyə COP29 ərəfəsində separatçılar mövzusunu yenidən gündəmə gətirməlidirlər axı?
Azərbaycan COP29 ərəfəsində genişlənən belə qarayaxma və əsassız təhdid kampaniyası ilə ilk dəfə deyil ki, üz-üzə qalır. Artıq pis bir ənənəyə çevrilib: Hər dəfə ölkədə əlamətdar hadisələr yaşananda və yaxud respublikamız hansısa beynəlxalq tədbirə ev sahibliyi etdiyi ərəfədə xaricdəki Azərbaycanafob dairələr və onların təhriki ilə daxildəki redikül müxalifət düşərgəsinin təmsilçiləri fəallaşaraq qaralama kampaniyasına start verirlər. Bundan əvvəl ölkəmiz növbəti təxribat cəhdləri ilə İkinci Qarabağ müharibəsi ərəfəsində - Vətən müharibəsinə 1 il qalmış üzləşmişdi. Tarixin bu günündə - 19 oktyabr 2019-cu uldə qondarma “Milli şura”nın mitinq keçirmək cəhdini yada salaq. O dövrdə cərəyan edən prosesləri və reallıqları təhlil etdikdə, xaricdən idarə olunan redikül müxalifətin niyə mitinq taktikasına keçməsinin, iğtişaşa cəhdin, xəyanətin əsl səbəbləri aydınlaşır. O dövrdə Prezident İlham Əliyev müxtəlif tribunalardan qətiyyətlə bəyan edirdi ki, Azərbaycan torpaqlarının bir qarışının da düşmənin əlində qalmasına imkan verməyəcək və ərazi bütövlüyünü istənilən yolla təmin edəcək. Dövlət başçısı belə qətiyyətli mövqe sərgiləyərkən ölkənin gücünə - iqtisadi potensialına və hərbi qüdrətinə əsaslanırdı. Ölkədə 2003-cü ildən etibarən davamlı islahatlar aparılmış, iqtisadi tərəqqi təmin edilmiş, maliyyə imkanları genişləndirilmiş və bu əsasda istənilən vəzifəni yerinə yetirməyə qadir olan ordu formalaşdırılmışdı. Əgər Ermənistan danışıqları yenə də manipulyasiya predmetinə çevirəcəkdisə, Azərbaycan özünün nəyə qadir olduğunu göstərəcəkdi. Azərbaycanafob dairələr yaxşı başa düşürdülər ki, Azərbaycan öz gücünə ərazilərini işğaldan azad etməyə qadir dövlətdir və buna artıq zəmin formalaşıb. Belə bir reallıq ortada ikən onlar ənənəvi taktikalarını işə saldılar. Buyruq qulu olan redikül müxalifətə Qərbdən müvafiq tezislər gəldi, Başda AXCP sədri Əli Kərimli və qondarma “Milli şura”nın digər təmsilçiləri olmaqla qaraguruh Azərbaycanafob dairələrin mətbəxlərində yazılan ssenarinin icrasına başladılar. Xarici qüvvələr və redikül müxalifət 19 oktyabr 2019-cu il mitinqinin permanent hala gəlməsinə nail olmaq istəyirdilər. Bununla qarşıdurma yaranacaqdı və daxili sabitliyi təmin etmək hakimiyyətin əsas işinə çevriləcəkdi. Beləliklə də, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi məsələsi arxa plana keçəcəkdi. İğtişaşlara cəhd, xəyanət məhz buna hesablanmışdı.
Eyni zamanda, o dövrdə hakimiyyət daxilində də müəyyən arzuolunmaz proseslər izlənilirdi. Xüsusilə də bəzilərinin davamlı islahatlar kursundan, Prezidentin ciddi tələblərindən narahatlıq keçirdikləri hiss olunurdu. Buna Prezident İlham Əliyevin Özü diqqət çəkdi. Dövlətimizin başçısı 16 oktyabr 2019-cu il tarixində Onun yanında keçirilən iqtisadi müşavirədə vurğulayıb: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
Bəli, heç kim - nə xarici qüvvələr, nə müxalifət təmsilçiləri, nə də hakimiyyətdəki ayağını iki başmağa qoymaq istəyənlər Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə mane ola bilmədilər. Mitinq taktikası iflasa uğradı və onun davamı gəlmədi. Eyni zamanda, ölkədə islahatlar kursu daha da dərinləşdi. Azərbaycan kənar güclərin ciddi müdaxilə cəhdlərinə baxmayaraq, ümummilli hədəflərinə çatdı - ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Qarşıda isə sarsılmaz xalq-iqtidar, xalq-Prezident həmrəyliyi şəraitində yeni-yeni ümummilli ideyaları reallaşdırmaq hədəflərinə çatmaq vəzifəsi durur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

