ABŞ, Çin, Hindistan, Fransa, İsrail liderləri COP29- a niyə gəlmir və niyə də gəlməsinlər?..
28.10.2024 [10:35]
Özlərini dünyanın ən güclülərindən sayan ABŞ, Çin, Hindistan, Fransa, İsrail və Rusiya liderləri məlumatlara görə COP29-da şəxsən iştirak etməyəcəklər. Niyə? Məgər iqlim təsirləri ilə məhv olmaq həddinə sürətlə yaxınlaşan dünyanın xilas cəhdlərinin onlara dəxli yoxdur? Fransa, ABŞ, Çin , Rusiya, İsrail, Hindistan dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələr olduqları üçün dünya iqlimini ən çox korlayan da məhz onlar deyilmi ? Belə olduğu halda dünyanı daha artıq iqlim fəlakətlərindən xilas etmək üçün çiynini yük altına vermiş Azərbaycana tam dəstək göstərməyən bu ölkə liderlərinin məntiqi nədir? Azərbaycanın bu ölkələrin liderlərindən gözlədiyi və umduğu sadə bir şey var- COP- da şəxsən iştirak etsinlər və dünyanın ən qısa xilas yolları barədə fikirlərini bildirərək töhfələrini versinlər.Ətraf mühiti çirkləndirməkdə bu ölkələrin məsuliyyət payı 100 şkaladırsa, Azərbaycanın payı yüzdə bir ola - olmaya....Bu ölkələri bir- bir nəzərdən keçirək.
Rusiya lideri Putinin gəlişi ilə bağlı məsələ həssaslığı ilə seçilir. Yəni Putinin Azərbaycana və prezident İlham Əliyevə münasibəti məlumdur, heç bir pərdəarxası pis fikir yoxdur. Mən əminəm ki, Putinin Bakıya gəlməməsi bir sıra Qərb liderlərinin Azərbaycan əleyhinə pozucu bəhanələrinə əsas verməmək məqsədi daşıyır.
Bəs ABŞ nə istəyir? Keçmiş Dağlıq Qarabağ erməniləri ilə dialoq masasına otursaydıq, Bayden Bakıya gələrdimi?...
Fransanın qarnının dərdi nədir? Yenə Qarabağ erməniləri? Fransanın azadlıq vermək istəmədiyi müstəmləkə xalqlarına Azərbaycanın dəstəyi?
Çin lideri niyə gəlməsin? Hələ də Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana Çinin bir sıra məqamlarda qucaq açmasını anlayışla qarşıladıq.Çinin kontinental layihəsi olan " Bir kəmər, bir yola" hamıdan əvvəl və hamıdan çox dəstək verdik.Çin malları Azərbaycanın kənd və şəhərlərini tutub. Daha nə etməliyik ki, cənab Si Bakıya gəlsin və bu gəlişlə Azərbaycanın nə qədər qlobal miqyaslı və nə qədər bəşəri əhəmiyyətli işin altına girdiyini bir daha nümayiş etdirsin,!.
Hindistan nəyi hədəfləyib? Olmaya bizdən Pakistanla qardaşlığımızın və ya Ermənistanla düşmənçiliyimizin qisasını alır? Başqa nə düşünmək olar? Cənab Modi təkcə bir region üçün təhlükə törədən Ukrayna münaqişəsinin xatirinə Kiyevə, Moskvaya gedir, qlobal təhlükəyə qarşı işlər planlayan Bakıya niyə gəlməsin?
İsrail hansı məntiqlə hərəkət edir? Azərbaycandan nə pislik görübsünüz? Yüz illərdi ölkəmizdə bir yəhudinin burnu qanamır, qanamayacaq da...İsrailin bu gün bütün islam dünyası ilə müharibə apardığı bir vaxtda, Azərbaycanda İsrailə nə dövlət, nə də ictimai səviyyədə azacıq da olsa münasibət dəyişikliyi yoxdur. Məhz bu anda Natenyahunun Bakıya gələrək həm COP-a dəstək verməsi, həm də " Mənim müharibəm müsəlmanlara və islama qarşı yox, məhz terrora qarşıdır" mesajını daha inandırıcı şəkildə verməsi pis olardı?!
Özünü dünyanın "böyükləri və ya güclüləri hesab edənlərin" hansı motiv və məntiqlə düşündükləri bir yana qalsın. Bunlar dolayı yollardı .Birbaşa olan yolun başında görünən budur ki, sözü gedən bu ölkələrin liderlərinin COP- a gəlməməsi Azərbaycana yaxşılığın əlaməti deyil. Demək, Azərbaycanın neft-qaz erasında olduğu kimi, yaşıl enerjiyə keçid dövründə də dünyada aparıcı mövqelərdə olmasına dəstək vermək istəmirlər. Demək, Azərbaycanın çox böyük önəm verdiyi iqlimlə bağlı böyük " Bakı sazişinə " dəstək verməyə qısqanc yanaşırlar.Bu sazişin 20- 21- ci əsrlərin ən qlobal sazişi olacağına şübhə yoxdur .
Demək, bu ölkələr iqlim dəyişmələri ilə Bakının yaratmaq istədiyi dünya mübarizə fonduna yetərli vəsait qoymaq istəmirlər.
Şəxsi təhlükəsizlik baxımından qayğınız var, cənablar? Bu gün insan həyatının Azərbaycanda sizlərin hər birinizin ölkəsindən daha güvənli olduğuna şübhəniz var? Şübhənizin əsassız olduğunu Bakıda işləyən səfirlərinizə hər vaxt sübut etməyə hazıram...
Ancaq Azərbaycan təhlükə ilə üzləşmiş dünyanın fəsadlarını tək özünə görə aradan qaldırmır ki....
Məhv olan dünya da hamınındır, xilas olan dünyanın da faydaları hamınındır....
Görsənir ki, məsuliyyət hamı üçün deyil...
Aydın Quliyev,
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

