Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

28.10.2024 [11:21]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ə.Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.

Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31