/ / Qərbi Azərbaycan İcması: Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib
Qərbi Azərbaycan İcması: Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib
19.11.2024 [15:09]
Qərbi Azərbaycan İcması Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyini qınayır.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.
Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun, indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsini monitorinq predmetinə çevirmək barədə Şuraya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.
Bundan başqa, rəyin məhz indi açıqlanması onu göstərir ki, Məşvərət Komitəsi “Freedom House” kimi qondarma qurumlar, Frank Pallone kimi korrupsioner siyasətçilər kimi COP29 kontekstində daha da güclənən anti-Azərbaycan kampaniyasına qoşulub.
Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

