Azərbaycan neokolonializmlə mübarizə aparan xalqları dəstəkləyir
04.12.2024 [10:52]
Bakı Təşəbbüs Qrupu bu istiqamətdə fəaliyyət coğrafiyasını genişləndirir
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı iyirmidən çox beynəlxalq konfrans təşkil edib. Yeri gəlmişkən, dekabrın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası öz işinə başlayıb. Bu tədbir Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində mühüm beynəlxalq platformalardan biri kimi tanınır. Tədbirdə məqsəd əsasən Afrika əslli xalqların müstəmləkəçilik siyasətindən gördüyü zərərlər ətrafında fikir mübadiləsi aparmaqdır. Müstəmləkəçiliklə mübarizədə fəal beynəlxalq QHT olaraq Bakı Təşəbbüs Qrupu da tədbirə dəvət alıb.
Konfransda çıxış edən təşkilatın icraçı direktoru Abbas Abbasov qrupun fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı məlumat verib və müstəmləkə regionlarındakı cari vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin regionlarda Afrika əslli xalqların da yaşadığını qeyd edən BTQ-nin icraçı direktoru təşkilat olaraq onların apardığı müstəqillik mübarizələrinə beynəlxalq hüquq çərçivəsində dəstək verməyə və aidiyyəti beynəlxalq təşkilatlara çağırış etməyə davam edəcəklərini bəyan edib. Abbas Abbasov BTQ-yə, onun üzvlərinə, müstəmləkələrdə yaşayan və müstəqillik tərəfdarları olan şəxslərə müəyyən təzyiqlərin olduğunu da qeyd edib. “Bu əslində təbiidir, çünki indiyə kimi, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qədər dünya ictimaiyyəti bu müstəmləkələrin mövcudluğundan xəbərsiz idilər və bu regionlarda həyata keçirilən çirkin müstəmləkəçilik fəaliyyətləri haqqında geniş məlumat əldə edə bilmirdilər. Qrupun BMT-də keçirdiyi beynəlxalq konfranslardan, aidiyyəti qurumlara müvafiq hesabatlar təqdim etməsindən sonra bu cür informasiyalar daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”,- deyə icraçı direktor əlavə edib.
Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası dekabrın 6-dək davam edəcək.
BTQ sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətlərini, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edir. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu ölkəmizdə keçirilən COP29 çərçivəsində də bir sıra tədbirlər təşkil edib. Məsələn, BTQ SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatla birgə COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub. “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” mövzusunda da təşkil olunan tədbir də bu baxımdan önəmlidir.
Onu da qeyd edək ki, Bakı Təşəbbüs Qrupu COP29 çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfrans da keçirib. “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.
Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak edən afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətini davam etdirməsindən danışıblar və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Xüsusilə də, Fransa dövlətinin müstəmləkə siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Tədbirdə hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyi bildirilib. Natiqlər, həmçinin, müstəmləkəçiliyin Afrikada dərin iz buraxdığını, onun təsirlərinin bu gün də hiss olunduğundan söz açıblar.
Bütövlükdə, BTQ-nin belə təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

