/ / Lökbatanda “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Lökbatanda “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans işə başlayıb
07.05.2013 [14:02]
Mayın 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli liderinin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, Rusiyadan və Ukraynadan nümayəndələrin də qatıldığı konfransın iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.
Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Dövlət himnimizin səsləndirilməsi ilə başlanan konfransda Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatındakı rolu ilə bağlı film nümayiş etdirilib.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransda çıxış edərək Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlət siyasətinin əhəmiyyətindən danışıb, bu siyasətin banisinin məhz xalqımızın Ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayıb. Bildirilib ki, Ulu öndərin gənclər siyasətinin qayəsi əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqilliyin, dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi vacib yer tutur. Gənclər yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi və modernləşmə strategiyasının aparıcı qüvvəsidir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədinin yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etdiyini bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazası formalaşdırılıb.
Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyillərinin öz əksini tapdığını bildirib. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini yaradıb. Məhz Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi müəyyənləşdirib.
Milli Məclisin deputatı Mixail Zabelin isə deyib ki, məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının cəmiyyətdə mühüm rolu dövlətin yaratdığı şərait sayəsində mümkün olub.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, hər bir işə yüksək təşəbbüskarlıqla yanaşdıqlarını qeyd edib.
Daha sonra konfransda Taras Şevçenko adına Kiyev Milli Universitetinin 5-ci kurs magistri, Kiyev şəhər Tələbə Şurasının üzvü İlona İvanova “Ukrayna və Azərbaycan təhsil fəzalarının perspektivləri”, Volqoqrad vilayət Gənclər Birliyinin rəhbəri Timur Bəşirov “Volqoqrad vilayətində gənclərin özünüidarəetməsi və bu sahədə beynəlxalq əməkdaşlıq”, Taras Şevçenko adına Kiyev Milli Beynəlxalq Münasibətlər Universiteti, Beynəlxalq Biznes fakültəsinin 4-cü kurs tələbəsi Yuliya Dubrovnaya “Ölkənin aparıcı təhsil müəssisələrinin səviyyəsində təhsil sahəsində Ukrayna ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası gənclər siyasətinin meyarları”, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova “Avrointeqrasiya prosesinə Ümummilli lider Heydər Əliyevin töhfəsi”, Volqoqrad regional “İntegral” ictimai gənclər təşkilatının əlaqələndirilmə şurasının sədri Aleksandr Aleşeçkin “Gənclərin elmi və texniki yaradıcılığının inkişafında beynəlxalq əməkdaşlıq” mövzularında məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

