Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Diplomatik nümayəndəliklərin işçilərinin məvacibinin yeni məbləği müəyyənləşəcək

Diplomatik nümayəndəliklərin işçilərinin məvacibinin yeni məbləği müəyyənləşəcək

17.02.2025 [14:44]

Diplomatik nümayəndəliklərin işçilərinin məvacibinin yeni məbləği müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinin və onların (aparatlarının) işçilərinin dövlət məvacibinin məbləği müəyyənləşəcək.

Fərmanda qeyd edilib ki, Nazirlər Kabineti iki ay müddətində dövlət məvacibinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Eyni zamanda, NK 2 ay müddətində həmin maddədə nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31