Tərkibi dəyişsə də, mahiyyəti dəyişmir...
01.03.2025 [10:59]
Avropa Parlamentinin növbəti qərəzi
Son bəyanat “köhnə qitə”nin deqradasiyaya uğradığını bir daha təsdiqlədi
Rüşvətxor imici ilə “şöhrət qazanmış” Avropa Parlamenti növbəti dəfə lokal və qeyri-hüquqi maraqların əsiri olduğunu “sübuta yetirdi”. Azərbaycana münasibətdə hər zaman ikili standart müstəvisində yanaşma sərgiləyən qurum Ermənistana qarşı “cəlbetmə” kampaniyasını davam etdirmək xatirinə beynəlxalq hüququ tapdayır, ədaləti ikinci plana keçirir, həqiqəti danır. Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin son bəyanatına diqqət yetirən zaman bu faktorlar açıq şəkildə üzə çıxır.
30 il susan AP-nin “dili” niyə açıldı?
İlk olaraq vurğulanmalıdır ki, bu “bəyanatın” Xocalı faciəsi ildönümü ərəfəsində qəbul edilməsi Avropa Parlamentinin əsl simasını üzə çıxarır - bir daha bəlli olur ki, bu beynəlxalq təşkilat heç də hüquqi missiya daşımır, tam əksinə, onlar lokal maraqlar çərçivəsində öz mənafeləri üçün işğalçılara, cinayətkarlara və hətta separatçılara belə haqq qazandırmağa cəhd göstərir.
Belə olmasaydı, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları haqda bəyanatlar verməyən, öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı səsini çıxarmayan Avropa İttifaqı bu gün Ermənistan üzərindən manipulyasiya apararaq, özünü canıyanan göstərməzdi. Sözügedən sənəddə yer alan məsələlərdən birinin Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərlə bağlıdır ki, burada da ikili standart özünü açıq şəkildə göstərir. Hətta Ermənistanın özünün belə “qaçqın” adlandırmadığı bu şəxslər üzərindən Avropanın oyun qurmaq istəyinin arxasında fərqli maraqlar yatır - bu səbəbdəndir ki, Avropa İttifaqı kimi bölgədə sülhün formalaşmasına mane olmağa çalışan qurumlar və ya dövlətlər bu kimi hallar üzərindən spekulyasiyalara yol verirlər. Qarabağdan öz xoşu ilə Ermənistana köçən ermənilərin “hüquqlarını qorumağa” çalışanlar niyə Ermənistandan vəhşicəsinə qovulan 300 mindən artıq azərbaycanlının səsini eşitmir? Demək ki, məsələ yalnız yeni reallıqlardan doğan narahatlıqlar və sülh nəticəsində bölgədə formalaşacaq yeni situasiyadan qorxudur.
Yalançı irs üzərindən təzyiq cəhdi...
Ermənilərin formalaşdırdığı “yalançı irs” nağılı üzərindən Azərbaycana təzyiq göstərməyə çalışan Avropa Parlamenti əsl reallığı hər kəsdən yaxşı görür və bilir. Birinci Qarabağ müharibəsi dövründə baş verən işğal və azərbaycanlılara qarşı törədilən qanlı qətliamlar, dağıdılmış yüzlərlə kənd və şəhər, talam edilmiş tarixi-mədəni abidələr bütün fakt və sübutlarla ortadadır. Bu reallığı, faktoloji sübutlara əsaslanan hadisələri, itkin düşmüş 4 minə yaxın azərbaycanlı faktını bir kənara qoyan Avropa Parlamenti hansı dəyərlərdən danışır? Və ya hansı haqqla Azərbaycana qarşı iddialar irəli sürür?
Bəli, AP-nin mahiyyəti dəyişməyən, heç bir hüquqi qüvvəyə malik olmayan bu kimi “bəyanatları” sırasına yenisini əlavə etməsi təəccüblü görünməməlidir. Aİ regionun real mənzərəsinə təsir imkanlarının tam şəkildə itirildiyi bir zamanda bu kimi “sənədlər” ilə Ermənistanı şirnikləndirib “özünə tərəf” çəkməyə çalışır. Onlar dərk edirlər ki, Azərbaycan son dövrlərdə atdığı addımlarla yerləşdiyimiz regionun beynəlxalq əhəmiyyətini artırır. Eyni zamanda, bölgədəki stabil durum cəlbediciliyi ilə göz oxşayır. Bütün bunlar isə Avropadakı erməni lobbisinin və ermənipərəst dairələrin maraqları ilə uzlaşmır. Çünki bölgədə yaranacaq yeni balans Azərbaycanın qaydalarına əsasən nizamlanacaq - ən real oyunçu kimi iqtisadi əlaqələrin formatını Azərbaycan təyin edəcək.
Avropanın qeyri-qanuni çağırışı...
“Bəyanatda” diqqəti cəlb edən məsələlərdən biri də Azərbaycanın ədalət məhkəməsi qarşısında törətdikləri əməllərin qarşılığında cavab verən bəzi şəxslərin “müdafiəsi” ilə bağlı nüanslardır. Həmin şəxslərin azad edilməsinə yönəlik çağırış Avropanın bəyan etdiyi hüquqi dəyərlərin aşağılanmasıdır. Bu bir daha onu təsdiqləyir ki, Aİ özünə lazım olan anda həm separatizmi “kölgəsinin” altına alır, həm müharibə cinayətlərinə və cinayətkarlarına haqq qazandırır, həm də beynəlxalq hüququ gözardı edir. Konkret cinaytlərdə şübhəli bilinən və məsuliyyətə cəlb edilən bu şəxslər haqqında ədalətli məhkəmə prosesi aparılır. Onlar vəkillərlə təmin ediliblər, hətta onların öz ailədləri ilə əlaqə saxlamaq şüququ belə tanınır. Avropa isə onlara azadlıq tələb edir - görəsən, Avropanın özündə niyə belə cinayətlərdə günahlandırılan şəxslər azad edilmirlər.
Azərbaycan dövləti hər zaman bəyan edib və göstərib ki, bizim iradəmizə kimsə təsir göstərə bilməz. Yürütdüyü dövlət siyasətində hər zaman humanizmi əsas prioritet kimi məyyənləşdirən Azərbaycanda qanunun aliliyinin təmin edilməsi bütün halların fövqündədir - Azərbaycan hüquqi dövlət olaraq öz sərhədləri daxilində fərqli cinayətlərdə ittiham olunan şəxslərin qanun qarşısında mühakiməsinə nail olub. Hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən və bütün addımlarında bu kimi bəşəri dəyərlərə istinad edən ölkəmiz üçün ittiham olunan şəxslərin kimliyi, adı, soyadı və ya milli mənsubiyyəti fərq etmir - bizim üçün qanunların çərçivəsində aparılan mühakimə əsasdır. Aİ-nin çağırışı isə Azərbaycan üçün heç bir təsir yarada bilməz - Azərbaycanın davranışları yalnız və yalnız milli maraqlara əsaslanır...
Azərbaycan ictimaiyyəti etiraz edir...
Qeyd edək ki, Ermənistanı sülhdən yayındırmaq, onun militaristləşməsini davamlı etmək məqsədi daşıyan bu bəyanat Azərbaycan ictimaiyyətinin etirazı ilə qarşılanıb. Azərbaycan Milli Məclisinin Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatına münasibətində bildirilib ki, bu sənəd Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsidir. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur. Vurğulanıb ki, bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu. Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir.
Qərbi Azərbaycan İcması (QAİ) da məsələ ilə bağlı yaydığı bəyanatında bildirib ki, Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin fevralın 25-də keçirilmiş iclasında qəbul edilmiş yekun sənədi qınayır və tamamilə rədd edir. Bəyanatda vurğulanır ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir. Eyni zamanda, Militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir. QAİ beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının sülhə mane olan bu addımlarına qarşı çıxmağa çağırıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

