Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Qəbələdə bölgənin gəncləri ilə görüş keçiriblər
31.07.2013 [09:36]
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qəbələ şəhərində gənclərlə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əhəmiyyətindən danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas edib, Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb. Hazırda Prezident İlham Əliyev Ümummilli liderin müdrik daxili və xarici siyasət kursunu layiqincə davam etdirir.
Diqqətə çatdırıb ki, bütün ömrünü Azərbaycan xalqına həsr etmiş Ulu öndər Heydər Əliyevin hər sözü, açdığı uğurlu yol bu gün gənclərimizin həyat amalına çevrilib. Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutmasından və onların ətrafında sıx birləşməsindən danışan natiq eyni zamanda, qeyd edib ki, ağsaqqallar da gənclər üçün kamil örnək olmalıdırlar. Bu baxımdan keçirilən tədbir həm də nəsillərin görüşüdür.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizin inkişafında gənclərin və ağsaqqalların rolundan da geniş söhbət açıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin bir ağsaqqal olaraq Azərbaycan üçün açdığı yol ən düzgün istiqamətdir. Bu yolu bəyənməyənlərin və irad tutanların əksəriyyəti kənar qüvvələrin maraqlarına xidmət edirlər və onların təsiri altına düşürlər. O, üzünü ağsaqqallara tutaraq deyib ki, sizin rolunuz gəncləri düz yola istiqamətləndirməkdən ibarətdir.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanda ağsaqqal institutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən ağsaqqallar rayon şöbələrinin fəaliyyətində gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini deyiblər. Bildirilib ki, gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclər və musiqi məktəblərində görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.
Gənclər ölkəmizdə aparılan uğurlu islahatlardan danışıb, qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

