Xarici siyasətimizin uğurları...
21.06.2025 [09:51]
Müxtəlif platformalar vasitəsilə təşviq edilir
Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Cənubi Qafqazın yeni mənzərəsi yaranıb
Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.
Uğurlu platforma
Yeni reallıqlara gəlincə, Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi təşəbbüsləri ilə çıxış edir. Bu təşəbbüslər beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Müxtəlif platformalar vasitəsilə Azərbaycanın məlum mövqeyi müxtəlif ölkələrə, təşkilatlara və onların nümayəndələrinə çatdırılır. Bu baxımdan, ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” da önəmli layihədir. Yeri gəlmişkən, iyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə “Xarici Siyasət Proqramı” barədə tədbir iştirakçılarına qısa məlumat verilib. Bildirilib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu proqramda indiyədək 90-a yaxın ölkədən 150 diplomat iştirak edib. Cari il üçün nəzərdə tutulan proqramda isə 27 ölkəni təmsil edən 30 diplomat yer alır. Proqramın əsas məqsədi Azərbaycanla xarici ölkələr arasında qarşılıqlı anlaşmanın, diplomatik əlaqələrin və əməkdaşlıq imkanlarının dərinləşdirilməsidir.
Komitə sədri Səməd Seyidov Milli Məclisin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Bildirib ki, hazırda parlamentdə 100-dən artıq ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, həmçinin diqqətə çatdırıb ki, parlament 19 beynəlxalq parlament təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Milli Məclisi hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Asiya Parlament Assambleyası da daxil olmaqla, 3 beynəlxalq parlament qurumuna sədrlik edir.
Azərbaycan sülh və əməkdaşlığı təşviq edir
Dünyada və regionda baş verən prosesləri dəyərləndirən komitə sədri qlobal və regional transformasiya meyilləri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda formalaşmaqda olan yeni dünya düzənində dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artıb. Ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan söz açan Səməd Seyidov Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.
Görüşdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin prioritetləri barədə fikirlərini bölüşən parlamentin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və deputat Qaya Məmmədov ölkəmizin ilbəil artan beynəlxalq nüfuzundan bəhs edib, Azərbaycanın həm regional, həm də qlobal güclərlə konstruktiv dialoq quraraq qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq münasibətləri formalaşdırdığını bildiriblər. Deputatlar, həmçinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın etibarlı sülh və tərəfdaşlıq platforması kimi tanınmasına töhfə verdiyini vurğulayıblar.
Sonda görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb. Bütövlükdə, “Xarici Siyasət Proqramı” çərçivəsində keçirilən bu görüş regionda yeni reallıqların müəllifi olan Azərbaycanın siyasətinin təqdimi baxımdan önəmli tədbirdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48

