Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev: Keçmiş Prezidentin vəfatı ilə əlaqədar Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm

İlham Əliyev: Keçmiş Prezidentin vəfatı ilə əlaqədar Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm

08.08.2025 [18:35]

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı ilə əlaqədar Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31