/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Xəzər, Nizami, Nəsimi, Nərimanov rayonlarındakı internat məktəbində, körpələr və uşaq evlərində, Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Xəzər, Nizami, Nəsimi, Nərimanov rayonlarındakı internat məktəbində, körpələr və uşaq evlərində, Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar
01.10.2013 [10:06]
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində olublar.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edilib.
Bildirilib ki, 1969-cu ildən fəaliyyət göstərən bu məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılıb. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır. Onlar daim həkim, psixoloq və loqoped nəzarətindədirlər.
Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva uşaqlarla səmimi söhbət ediblər və xatirə şəkli çəkdiriblər.
Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim olunub.
* * *
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəliblər.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edilib.
Düşərgədə uşaqlarla görüşən Leyla xanım və Arzu xanım onlarla söhbət ediblər, yaşayış şəraiti ilə maraqlanıblar, uşaqların rəqslərinə tamaşa ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin kollektivi ilə xatirə şəkli çəkdiriblər.
Leyla xanıma və Arzu xanıma məlumat verilib ki, düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılıb, həyətyanı sahə abadlaşdırılıb. Yeni, müasir stadion inşa edilib, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılıb.
Leyla xanım və Arzu xanım uşaq evinin sakinləri ilə birgə çay süfrəsi arxasında söhbət ediblər.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də olublar.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edilib.
Məlumat verilib ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Leya xanım və Arzu xanım valideyn himayəsindən məhrum uşaqlarla görüşüblər, onlarla söhbət ediblər.
Qeyd olunub ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır.
Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindiriblər.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də olublar.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edilib.
* * *
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında da olublar.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edilib.
Bildirilib ki, Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.
Daun sindromlu uşaqlarla söhbət edən Leyla xanıma və Arzu xanıma məlumat verilib ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdirlər. Assosiasiyanın nəzdində “Dəcəllər” teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcək.
Leyla xanım və Arzu xanım uşaqların rəqslərinə tamaşa ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

