/ / Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib
Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib
03.10.2013 [10:15]
Oktyabrın 2-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxış edərək konfransın Azərbaycanın səkkiz bölgəsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırıb. O, respublika konfransının əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsi olduğunu bildirib.
Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olduğunu deyən komitə sədri ölkəmizdə ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edib.
E.İskəndərov ötən həftə Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə açılan və Milli Tolerantlıq Mərkəzinin layihəsi olan “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərginin əhəmiyyətindən danışıb. Azərbaycanda müxtəlif dinlərə mənsub icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran komitə sədri deyib ki, son bir ildə daha çox sosial layihələrə cəlb edilməklə onların cəmiyyətdə fəallığı artıb.
Sonra İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın qalibləri elan olunub və onlara sertifikatlar təqdim edilib.
Daha sonra çıxış edən ayrı-ayrı dini icmaların nümayəndələri son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılmasının, dini icmalarla sıx əlaqələrin qurulmasının, ilk dəfə onların sosial layihələrə cəlb olunmasının, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində kompleks tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.
Konfrans “Milli mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “İslamda orta yol” mövzusunda panel iclaslarla davam edib.
İclaslarda “Milli mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli mənəvi dəyər kimi” mövzularında məruzələr dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

