Fransa Senatının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
10.10.2013 [17:45]
Oktyabrın 9-da Fransa Senatının üzvü, Senatın Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
AzərTAc xəbər verir ki, nümayəndə heyəti soyqırımı qurbanlarının xatirəsini anıb, Memorial Kompleksin önünə Fransa Senatının üzvləri adından əklil qoyublar.
Qonaqlara məlumat verilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Senat üzvləri komplekslə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Ardınca fransalı nümayəndə heyətinin üzvləri o cümlədən müşahidə missiyasının rəhbəri Natali Qule kompleksin həyətində ağac əkiblər.
Natali Qule jurnalistlərə açıqlamasında Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməklə hadisə qurbanlarının xatirəsini andıqlarını bildirərək deyib: “Burada basdırılanlar rahat uyuya bilərlər. Çünki bu möhtəşəm kompleks sayəsində gələcək nəsillər olanlar haqqında ətraflı məlumat ala biləcəklər”.
Senatorlardan ibarət nümayəndə heyəti Qubadakı seçki məntəqələrində səsvermənin gedişatını da izləyiblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

