“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabı çapdan çıxıb
12.10.2013 [10:44]
Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” adlı kitabı çapdan çıxıb.
AzərTAc xəbər verir ki, 11 fəsildən ibarət olan 664 səhifəlik kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova, rəyçiləri hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, hüquq elmləri doktoru Xanlar Hacıyev, hüquq üzrə fəlsəfə doktoru İntiqam Eyvazovdur.
Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxucuya təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır.
Kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilib, həm də mövcud hüquq qaydalarının praktiki tətbiqini nəzərdə tutan Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilib. Oxucuların onları maraqlandıran konkret hüquqi mövqelərlə tanış olmalarını asanlaşdırmaq üçün həmin mövqelər qərar və qərardadların qəbul edildiyi tarix ardıcıllığı ilə deyil, müvafiq hüquq sahələrinə uyğun başlıqlara və fəsillərə bölünərək təqdim olunub. Hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilib, həmçinin mümkün olmadığı hallarda müvafiq prosessual məcəllənin mündəricatına uyğun ardıcıllıqla alt başlıqlara bölünüb.
Nəşr oxucular üçün konstitusiya nəzarətinin anlayışı, formaları, təşkilati modelləri, konstitusiya nəzarəti orqanlarının funksiyaları və qərarlarının hüquqi təbiəti, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə və fəaliyyətinə, şəxsiyyətin konstitusiya-hüquqi statusuna, ədalətli məhkəmə müdafiəsi hüququna, mülki hüquq, cinayət hüququ məsələlərinə, inzibati, ailə, əmək, vergi hüquq münasibətlərinə, hüquqi tənzimləmənin prinsiplərinə dair geniş məlumat bazasıdır.
Kitabda, həmçinin məna yükü baxımından oxucular üçün əhəmiyyəti nəzərə alınmaqla bir sıra əsas anlayışlar fərqləndirilərək onların ayrıca siyahısı tərtib edilib.
Kitab hakimlər, hüquq mühafizə orqanlarının işçiləri, vəkillər, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların, dövlət orqanlarının nümayəndələri, həmçinin elmi işçilər və tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

