Türk dövlətləri arasında inteqrasiya güclənir
24.01.2026 [11:34]
Bu il TÜRKPA önəmli tədbirlər keçirəcək
Qloballaşan dünyada yeni güc mərkəzlərinin, eləcə də yeni beynəlxalq təsisatların yaranması zərurətə çevrilir. Regional inkişafın ən mühüm ünsürlərindən sayılan birliklər yeni nizamda bölgənin ümumi mənzərəsində əsaslı rol alır. Türk dövlətlərinin və xalqlarının birliyi də bu nöqteyi-nəzərdən mühüm faktorlardandır. Türk Dövlətləri Təşkilatı kimi mühüm təşkilatlar yeni nizamda regional güc mərkəzləri kimi artıq formalaşma mərhələsinə qədəm qoyur. Türk dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindəndir. Mərkəzi Asiya birliyinin üzvü olması, Türkiyə ilə strateji müttəfiqliyə malik olması Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirir. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. TDT çərçivəsində siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində əsaslı addımlar atılır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
Təşkilatın fəaliyyəti...
Vurğulandığı kimi, son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biridə Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.
Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur.
“TÜRKPA Plus” formatının tətbiqi mühüm yenilikdir
Yeri gəlmişkən, bugünlərdə TÜRKPA-nın Baş katibi Ramil Həsən bildirib ki, Assambleya Şurasının qəbul olunmuş qərarları çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının təşəbbüsü ilə qadın və gənc parlamentarilərin hər il bir dəfə toplantısı keçirilir. Bu il də həm qadın, həm də gənc parlamentarilərin TÜRKPA çərçivəsində toplantıları nəzərdə tutulub. Planlaşdırılan tədbirlərdən birinin Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Toplantısı olduğunu bildirən Baş katib diqqətə çatdırıb ki, belə fəaliyyətlər üzv ölkələr arasında əməkdaşlıq imkanlarını genişləndirərək davamlı dialoq və ortaq layihələrin həyata keçirilməsinə yol açacaq. “Bu toplantılar TÜRKPA-nın hərtərəfli parlament diplomatiyasından istifadə istiqamətində nəzərdə tutduğu mühüm addımlardandır. Belə təşəbbüslər həm əlaqələrin gücləndirilməsinə, həm də gənclərin və qadınların idarəetmə mexanizmində söz sahibi olmasına xidmət edir. Eyni zamanda, gender balansının qorunması və digər mühüm məsələlərin müzakirəsi üçün də əhəmiyyətlidir”, - deyə R.Həsən vurğulayıb.
Baş katibin sözlərinə görə, bu il Qazaxıstan parlamenti tərəfindən də TÜRKPA çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. O deyib ki, bu tədbirlərdən biri üzv ölkələrin parlamentlərinin Xarici Əlaqələr komitələrinin növbəti toplantısının keçirilməsidir. Qazaxıstanın paytaxtı Astana şəhərində bununla bağlı ciddi hazırlıq prosesi aparılır: “Türk Dövlətləri Parlament Assambleyası qanunvericilik orqanları arasındakı münasibətləri yaxınlaşdırmaq, yeni qanun layihələrinin hazırlanmasına dəstək olmaq və TÜRKPA-nın institusional olaraq güclənməsi üçün fəaliyyət göstərir. Eyni zamanda, rəsmi və hüquqi bazanın gücləndirilməsi, sənədlərin yenilənməsi və beynəlxalq parlament təşkilatı kimi yeni formatda fəaliyyət göstərmək də prioritetlərdəndir. “TÜRKPA Plus” formatının tətbiqi də bu istiqamətdə atılan addımlardandır. Əminik ki, yaxın gələcəkdə həyata keçiriləcək hər bir addım türk dünyasının birlik və bərabərliyinə xidmət edəcək və dövlət başçıları tərəfindən Qəbələdə qəbul olunmuş deklarasiyanın məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayacaq”.
Bütövlükdə, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Qurum dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqunu təşviq edir, parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki Türk dünyasında, həmçinin daha geniş müstəvidə öz layiqli yerini tutmaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

