Asəf Hacıyev Ankara şəhərində İCAPP Daimi Komitəsinin toplantısında iştirak edib
23.11.2013 [12:45]
Noyabrın 21-də Türkiyənin Ankara şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 21-ci toplantısı keçirilib. Toplantıda YAP-ı partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev təmsil edib. Asəf Hacıyevin yap.org.az saytına verdiyi məlumata görə, YAP Daimi Komitənin 22 üzvündən biri olaraq bu qurumun işində fəal iştirak edir.
Asəf Hacıyevin deyib ki, İCAPP Daimi Komitəsinin üzvlərinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü olub: “Görüşdə Türkiyənin Baş naziri dünyada baş verən prosesləri təhlil etdi. Cənab Ərdoğan söhbət əsnasında BMT-nin fəalliyyətinə də öz narazılığını bildirdi. YAP-ın nümayəndəsi kimi mən də görüşdə çıxış edərək Azərbaycan cəmiyyətinin BMT ilə bağlı narazılığını çatdırdım. Çünki BMT Təhlükəsizlik Şurası 20 ildir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı dörd qətnamə qəbul edib. Amma kiçik dövlət olan Ermənistan bu qətnamələri yerinə yetirmir. Buna görə də, BMT hansısa tədbirlər görməlidir. Bununla əlaqədar cənab Ərdoğan qeyd etdi ki, torpaqlarının işğal olunması nəinki Azərbaycan üçün, bütün bölgə üçün böyük təhlükədir. Türkiyənin Baş naziri bildirdi ki, Rusiyaya səfəri zamanı bu ölkənin dövlət başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini də müzakirə edəcək. Cənab Ərdoğan Rusiya tərəfi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsinin yaratdığı problemlər haqqında da müzakirələr aparacağını vurğuladı. Baş nazir söhbət zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfərini də yüksək qiymətləndirdi”.
İCAPP-ın Daimi Komitəsinin iclasının gündəliyinə gəlincə, A.Hacıyev bildirib ki, toplantıda qurumun bir sıra tədbirləri haqda müvafiq qərarlar qəbul olunub. Belə ki, İCAPP-ın IX Baş Assambleyasının Şri-Lankada keçirilməsi qərara alınıb. Toplantıda İCAPP-ın BMT-yə müşahidəçi üzv kimi qəbul olunması məsələsi də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50

