Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin icrası Naxçıvanda fəaliyyət prioritetidir
25.02.2026 [16:06]
Cənab Prezidentin Naxçıvana, iqtisadi bölgənin perspektiv inkişafına yüksək diqqət və münasibəti, Naxçıvan əhalisinin, Muxtar Respublika rəhbərliyinin də qarşısında mühüm vəzifələr, təxirəsalınmaz öhdəliklər müəyyənləşdirir.
Ötən ilin 12 noyabrında cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini qəbul edərkən bu vəzifələri diqqətə çatdırdı, Naxçıvanın inkişafı ilə bağlı konkret tapşırıqlarını verdi. Bu görüş həm rəhbərlikdə dəyişikliklərin əhəmiyyətini, həm də dövlətin regionlarda davamlı inkişaf siyasətini nümayiş etdirdi. Prezident çıxışında ölkəmizin sosial-iqtisadi uğurlarına, bölgələrdə həyata keçirilən layihələrə və strateji hədəflərə geniş toxundu. Dövlət başçısı qeyd etdi ki, əsas prioritet bölgələrdə sabitliyin qorunması və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Prezident İlham Əliyev vurğuladı ki, rəhbərlikdə şəffaflıq, ədalət və xalqın rifahı hər zaman ön planda olmalıdır.
Dövlət başçımızın qarşıya qoyduğu hədəflər, müəyyənləşdirdiyi vəzifələr və bütün bunların məsuliyyəti Naxçıvanda düzgün, aydın, birmənalı dərk edilir. Onların yerinə yetirilməsi Naxçıvan rəhbərliyi tərəfindən prioritet vəzifə kimi qəbul olunur, bu fəaliyyət müvafiq işçi qrupları yaradılmaqla, effektiv icra və operativ nəzarət mexanizmi formalaşdırılmaqla adekvat şəkildə qurulur, nəticə etibarilə iqtisadi region möhtərəm Prezidentimizin müəyyən etdiyi istiqamətdə uğurla irəliləyir.
Naxçıvan illərdir ki, dövlətimizin başçısının diqqət mərkəzindədir. Naxçıvanın inkişafı ilə bağlı imzalanan sənədlər, qəbul edilən Dövlət Proqramları bunu deməyə əsas verir. Ümumilikdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin arzularının diyarıdır. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm özəl biznes, həm kənd təsərrüfatı dirçəldiləcək, ticarət, logistika, turizm sektorlarında böyük canlanma yaradacaq. Zəngəzur dəhlizi Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi izolyasiyanın sonu olacaq.
Qarabağ və Şərqi Zəngəzura azadlıq bəxş edən Müzəffər Ali Baş Komandan Naxçıvanı da son onilliklər ərzində alınmaz, məğrur qala kimi möhkəmləndirib. Lakin dünyanın ən böyük fövqəldövləti ilə strateji tərəfdaşlığın təhlükəsizlik prioritetləri sırasında olan məqamlar xüsusən, Naxçıvan kimi həssas bölgədə yerləşən ərazilərimiz üçün əlavə təminat yaradır. Hər iki dövlətlə yanaşı beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verəcək yeni münasibətlərdə təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi məramı şübhəsiz ki, cənab Prezidentin Naxçıvan və digər geohəssas ərazilərimizin daha etibarlı müdafiəsinə yönələn siyasətidir.
Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha sıx inteqrasiyasını əsas məqsədlər sırasında elan edən Strateji Xartiyanın bu maddəsinin reallaşmasında mühüm sərhəd və tranzit bölgəsi kimi Naxçıvanın önəmi diqqəti xüsusi çəkir və qeyd etdiyimiz Dövlət Proqramının mahiyyətcə vacib təminatı kimi səciyyələnir. Enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsində Azərbaycanın mövqeyinin güclənməsində əlbəttə ki, bu sahələrdə yetərincə təcrübə toplamağa müvəffəq olan Naxçıvanın da xüsusi töhfəsi olacaq.
Regional bağlantılar, iqtisadi sərmayə və prosesə özəl sektorlarının cəlb edilməsi sahələrində əməkdaşlıq sferasında Naxçıvan həm bu tərəfdaşlığa fayda verəcək, həm də özü faydalanaraq, cənab Prezidentin regionların inkişafında yerli təşəbbüslərin vacibliyi çağırışını reallaşdırmış olacaq.
Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Xartiyada təsbit edilmiş quru və hava nəqliyyatı infrastrukturunun inkişafı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika kimi müddəalar əlbəttə ki, daha çox məhz Naxçıvan məzmunludur. Regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi olacaq Zəngəzur dəhlizi – TRIPP Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısını təmin edəcək. Ən əsası isə Naxçıvanın Avrasiyanın mühüm qovşağına çevrilməklə bağlı cənab Prezidentin strateji hədəfinin gerçəkləşməsinə əsaslı şərait yaradacaq.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

