/ / Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsəri Litva dilinə tərcümə edilib
Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsəri Litva dilinə tərcümə edilib
31.01.2014 [10:39]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” adlı əsəri Litva dilinə tərcümə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, əsərin tərcümə olunmuş variantının bir hissəsi Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Litvanın populyar www.slaptai.lt portalında “Azerbaidzanieciu genocido realijos” başlığı ilə yerləşdirilib.
Əsəri Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə etdirib. Tərcüməçi tərəfindən yazılmış ön sözdə litvalı oxuculara akademik Ramiz Mehdiyevin həyatı və yaradıcılığı haqqında məlumat verilib.
Akademik Ramiz Mehdiyev 2000-ci ildə yazdığı “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdırıb üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığını və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb.
Əsərlə tanış olan litvalı siyasətçilər və tarixçilər akademik Ramiz Mehdiyevin bu əsərini 20 Yanvar faciəsinin tarixinin doğru-dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış əsər öz elmi-tarixi məziyyətləri ilə yanaşı, Azərbaycan tarixinin, eyni zamanda, ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.
Xatırladaq ki, Litva xalqı azadlıq istəyən dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsindən yaxşı bilir. Belə ki, Bakıda baş vermiş 20 Yanvar hadisələrindən bir il sonra - 1991-ci ilin yanvarında litvalılar da qanlı Vilnüs hadisələrini yaşayıblar. Hər iki xalqın eyni aqibətlə üzləşməsinə baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərindən təhlil edib açıqlayan əsər yox idi. Bu baxımdan akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərinin Litva dilinə tərcümə edilib yayılması Litvada azərbaycanşünaslığa verilmiş əhəmiyyətli bir töhfədir.
Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik Ramiz Mehdiyevin bu əsəri ilə Litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyinə daha yaxından bələd olacaq və Ermənistan-Azərbaycan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsl mahiyyətini dərindən öyrənmək imkanı əldə edəcəklər.
Litva ictimaiyyətinin marağını nəzərə alaraq, əsərin yaxın zamanlarda Litva dilində tam şəkildə nəşr edilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

