Bakıda internet medianın informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub
05.02.2014 [09:22]
Fevralın 4-də Bakıda Azərbaycan İnternet Forumu (AİF), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan AİF-in prezidenti Osman Gündüz “dəyirmi masa”nın əsas məqsədinin ölkədə internet media sektorunda təhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr, onların aradan qaldırılması üçün informasiya mühitini inkişaf etdirməkdən ibarət olduğunu bildirib. Qeyd edilib ki, milli xəbər portallarına, internet media resurslarına virtual hücumlar, qanunsuz müdaxilələr və müxtəlif elektron təhlükələr, ondan qorunmaq yolları “dəyirmi masa”nın əsas müzakirə mövzularıdır.
AİF-in prezidenti informasiya təhlükəsizliyi ilə bağlı yaradılan dövlət qurumlarının önəmini diqqətə çatdıraraq, ETM-in təsis olunmasını dövlətin bu istiqamətdə irəliyə atdığı mühüm addım kimi qiymətləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev dövlətin informasiya siyasətindən bəhs edib. Prezident Administrasiyasının rəsmisi deyib ki, dövlət siyasətinin prioritetlərindən biri məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas aləti kimi KİV-lərin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır. KİV-lərin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının qorunmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin mahiyyətini təşkil edir. Hazırda Azərbaycanda yüzlərlə KİV, internet informasiya resursu cəmiyyətimizin informasiyaya olan tələbatının ödənilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Milli KİV-lər, xüsusilə onlayn media dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulub və artıq bu sahədə ciddi uğurlar da əldə edilib. Azərbaycan dövləti istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də praktiki addımlarla, informasiya sektorunda yeni təzahürlər və inkişaf meyllərini nəzərə almaqla ardıcıl şəkildə KİV-lərin inkişafını stimullaşdırır, ona hərtərəfli kömək göstərir. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və KİV layihələrinin maliyyələşdirilməsi, mətbuat orqanlarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət problemlərinin həlli və digər tədbirlər bunun əyani sübutudur.
Azərbaycanın ötən il İKT sahəsində əldə etdiyi uğurlardan bəhs edən V.Əliyev deyib ki, bu sektorun inkişafını stimullaşdırmaq məqsədilə ardıcıl şəkildə dövlət proqramları, müxtəlif layihələr həyata keçirilib. Görülən tədbirlər elə bir şərait yaradıb ki, bu gün beynəlxalq informasiya məkanını formalaşdıran komponentlərin hamısı Azərbaycanda mövcuddur. Ölkəmiz artıq vahid informasiya şəbəkəsinin fəal subyektlərindən birinə çevrilib. Bu amil internetin imkanlarını genişləndirib və respublikada müasir internet şəbəkəsi formalaşıb. Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb ki, bu da dünyadakı orta göstəricidən 2 dəfə çoxdur. İnternet trafikinin giriş-çıxış həcmi dəfələrlə artıb, internet xidmətlərindən istifadə haqları aşağı salınaraq region ölkələrindəki tariflərlə uyğunlaşdırılıb. Bu gün 9 milyondan çox əhalisi olan Azərbaycanda təkcə “facebook” sosial şəbəkəsində istifadəçilərin sayı artıq 1,2 milyon nəfəri keçib.
Təxmini hesablamalara görə, bu gün Azərbaycanda 300-ə yaxın fəal internet informasiya resursu fəaliyyət göstərir. Bu resurslar Azərbaycan ictimaiyyətinin informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Buna görə də dövlət onlayn medianın inkişafını daim diqqətdə saxlayır.
İnformasiya təhlükəsizliyinin yalnız dövlətin üzərinə düşən vəzifə olmadığını vurğulayan V.Əliyev bildirib ki, biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Hər kəsin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ Konstitusiya normasıdır. Amma bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır.
Bəzən hansısa yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiya ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunmuş ölkələr üçün daha çox aktualdır. Buradan da göründüyü kimi, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlətlə medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində ərsəyə gələn məsələdir.
Dünyada internet medianın sürətlə inkişaf etdiyini deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov xəbər portallarının, eləcə də sosial şəbəkələrdə sürətlə yayılan informasiyaların fikirlərə təsirindən danışıb. Qeyd olunub ki, Azərbaycanda təkcə keçən il 170 xəbər portalı yaradılıb, eyni zamanda, sosial şəbəkələrdə fəallıq göstəricisi daha da artıb.
Virtual aləmdə informasiya təhlükəsizliyinin önəmini nəzərə alaraq Mətbuat Şurası internet media ilə bağlı komissiya da yaradıb. O cümlədən 2014-cü ili “İnformasiya ili” elan etmişik və bu il internet media ilə bağlı çoxsaylı tədbirlər keçirməyi planlaşdırırıq. Həmçinin, internet xəbər portallarında jurnalistlərin etik normalara necə əməl etmələri də diqqət mərkəzində olacaq, mütəmadi keçirilən monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in direktoru Faiq Fərmanov isə informasiya təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirib. Bildirilib ki, ETM kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsini, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən dövlət orqanıdır.
Ölkəmizdə İKT sahəsində əldə olunan uğurları diqqətə çatdıran F.Fərmanov qeyd edib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına əsasən, Azərbaycan son 10 ildə bu sahədə dünya üzrə dinamik inkişaf edən ilk on ölkə arasındadır. Əldə olunan bütün uğurlar dövlətin bu sahəyə dəstəyinin əyani sübutudur.
ETM-in rəhbəri informasiya təhlükəsizliyinin qorunması istiqamətində görülən işlər və gələcək fəaliyyət istiqamətləri haqqında da ətraflı məlumat verib.
Sonra ETM-in sektor müdiri Rəşad Əliyev internet medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Xəbər portalları və saytlarının redaktorlarının, informasiya təhlükəsizliyi ilə bağlı məsul şəxslərin, həmçinin sahə üzrə ekspert və mütəxəssislərin də iştirak etdikləri “dəyirmi masa”da bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

