DTXK 2013-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirib
13.02.2014 [09:21]
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) 2013-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirib. Kollegiya iclasını giriş sözü ilə açan komitə sədri, akademik Qərib Məmmədov bildirib ki, komitənin struktur vahidlərinin, o cümlədən tabeçiliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin üzərinə 2013-cü ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına müvafiq olaraq mühüm dövlət tapşırıqları qoyulub: “Bu tapşırıqlarla əlaqədar icraçı struktur vahidlərinin rəhbərlərinin hesabatları dinlənilmiş, müzakirə olunaraq müvafiq qərar qəbul olunmuşdur”.
Qərib Məmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqına diqqət və qayğısının nəticəsi olaraq həyata keçirilməyə başlanılan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən, ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2013-cü ildə də mühüm təxirəsalınmaz tədbirlər görülüb.
Bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi istiqamətində ardıcıl işlər görülüb
Akademik Qərib Məmmədov deyib ki, hesabat ilində Azərbaycan Respublikasının Milli Məclisində dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işləri həyata keçirilib, 34 rayon üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması və xəritələşdirilməsi işlərinə başlanılıb və bundan 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılıb.
Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə bir sıra işlər görülüb
DTXK sədrinin sözlərinə görə, qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və Nazirlər Kabinetinin “Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında” 2002-ci il 23 oktyabr tarixli 233 nömrəli Sərəncamının icrası məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dövlət sərhədində delimitasiya ilə bağlı razılaşdırılmamış sahələr üzrə ekspertlər səviyəsində işlər davam etdirilib: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində demarkasiya üzrə işlərə start verilmişdir. Belə ki, 2013-cü ilin may ayında Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət sərhədlərinin demarkasiyası ilə bağlı Dövlət Komissiyalarının ilk iclası keçirilmişdir. Hal-hazırda ekspertlər səviyyəsində demarkasiya ilə bağlı normativ sənədlər hazırlanır”.
Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılıb.
Qarşıda duran vəzifələrə uyğun davamlı tədbirlər görülür
Komitə sədri bildirib ki, torpaq müsabiqələri və hərracları, məcburi köçkünlərə torpaq sahəsinin ayrılması, daşınmaz əmlakın qeydiyyatı layihəsi, Milli Atlasın hazırlanması, iri taxılçılıq təsərrüfatlarının yaradılması, geodeziya, topoqrafiya, kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti və bu fəaliyyətlə bağlı lisenziyaların verilməsi və digər məsələlərə dair mühüm tədbirlər görülüb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
NURLAN
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

